Namiq Abdullayev - Wikipedia
Namiq Yadulla oğlu Abdullayev (4 yanvar 1971, Bakı) — 1990-2008-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən sərbəst güləşçi. Namiq Abdullayev Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısıdır. 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib olan Namiq Abdullayev dörd il sonra, 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarının isə qalibi olub.
Namiq Abdullayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Namiq Yadulla oğlu Abdullayev | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan SSR | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 160 sm. (5 ft 6 in) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
İdman növü | Güləş | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyera illəri | 1990—2008 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Məşqçisi | Vahid Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Komandası | Neftçi İK | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Medallar
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKaryerası
redaktə1990—1992-ci illər: SSRİ Çempionatları
redaktəNamiq Abdullayev 1990-cı ilin iyununda Buryatiyanın Ulan-Ude şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.[1] Bir il sonra isə Namiq Abdullayev Zaporojya şəhərində baş tutan SSRİ Çempionatında mübarizə apardı və bu səfər də turnirin bürünc medalına sahib oldu.[2] Həmin illərdə SSRİ yığmasının "bir nömrəli üzvü" 1988-ci il Seul Olimpiadasının bürünc medalçısı Sergey Karamçakov idi. Buna görə də 20 yaşlı Namiq Abdullayev hələ Avropa və Dünya Çempionatlarında mübarizə apara bilmirdi.
90-cı illərin əvvəllərində Sovet İttifaqında baş verən siyasi proseslər nəticəsində SSRİ dağıldı. Namiq Abdullayev isə Azərbaycan bayrağı altında turnirlərdə mübarizə aparmağa başladı. Amma Azərbaycan Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinin üzvü olmadığına görə sovet idmançıları 1992-ci il Barselona Olimpiadasında Birləşmiş Komandanın (bəzi hallarda MDB) heyətində mübarizə apardı. Komandanın heyəti isə turnirlə müəyyən edildi. 26-30 iyunda Rusiyada baş tutan MDB Çempionatında 12 postsovet dövlətinin idmançıları mübarizə apardı. Həmin çempionatda mübarizə aparan Namiq Abdullayev final görüşündə Rusiya güləşçisi Vasili Qoqolevdən üstün oldu və MDB Çempionatının qalibi oldu. Amma məşqçilərin qərarına əsasən Birləşmiş Komandanı Barselona Olimpiadasında milliyyətcə azərbaycanlı olan Belarus nümayəndəsi Vüqar Orucovun təmsil elədi. Nəticədə Vüqar Orucov Barselona Olimpiadasının bürünc medalına sahib oldu.
1994—1995-ci illər: Avropa çempionluqları
redaktəNamiq Abdullayev 1994-cü ildə beynəlxalq turnirlərdə debüt elədi. Onun mövsümdə birinci turniri 8-11 apreldə İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatı oldu.[3] Turnirin final görüşündə Namiq Abdullayevin rəqibi Bolqarıstan nümayəndəsi İvan Tsonov idi.[3] 1988-ci il Seul Olimpiadasının finalçısı olan İvan Tsonov təcrübəli güləşçi hesab olunurdu. Bununla belə final görüşündə Namiq Abdullayev rəqibi üzərində qələbə qazandı və Avropa Çempionatının qalibi oldu.[3] Namiq Abdullayev həm də Avropa Çempionatının qalibi olan birinci Azərbaycan sərbəst güləşçisi oldu. Ümumiyyətlə isə ondan əvvəl cəmi bir Azərbaycan güləşçisi — Natiq Eyvazov (yunan-roma güləşçisi) turnirin qalibi olmuşdu.
1994-cü ilin əsas turniri 25-28 avqustda İstanbul şəhərində baş tutan Dünya Çempionatı idi.[4] Son Avropa Çempionatının qalibi olan Namiq Abdullayev, bu turnirdə də medala iddialı idi. Finala görüşünə qədər bütün rəqiblərinə qalib gələn Namiq Abdullayev, Dünya Çempionatının həlledici görüşündə Bolqarıstan nümayəndəsi Valentin Yordanov ilə üz-üzə gəldi.[4] Valentin Yordanov beş dəfə Dünya Çempionatlarının, yeddi dəfə isə Avropa Çempionatlarının qalibi olan təcrübəli və titullu güləşçilərdən biri idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibinə məğlub oldu və Dünya Çempionatını gümüş medalla başa vurdu.[4]
Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Namiq Yadulla oğlu Abdullayev "Tərəqqi" medalı ilə təltif edildi.[5]
1995-ci ildə Namiq Abdullayev üçün uğurlu bir il oldu. Onun mövsümdə birinci turniri 8-11 apreldə İsveçrənin Fribur şəhərində baş tutan Avropa Çempionatı oldu.[6] Son Avropa çempionu olan Namiq Abdullayev titulunu qorumağa iddialı idi. Finala görüşünə qədər bütün rəqiblərinə qalib gələn Namiq Abdullayev, Avropa Çempionatının həlledici görüşündə Türjiyə nümayəndəsi Metin Topaqtaş ilə üz-üzə gəldi.[6] Bu görüşdə də rəqibi üzərində qələbə qazanan Namiq Abdullayev, növbəti dəfə Avropa Çempionatının qızıl medalına sahib oldu.[6]
İlin əsas turniri 10-14 avqustda Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan Dünya Çempionatı oldu.[7] Turnirin bürünc medal uğrunda görüşündə ABŞ nümayəndəsi Zi Consa məğlub olan Namiq Abdullayev, Dünya Çempionatını dördüncü pillədə başa vurdu.[7]
1995-ci ilin 4-16 sentyabrında isə o, Roma şəhərində (İtaliya) baş tutan Hərbçilərin I Dünya Oyunlarında mübarizə apardı.[8] Finala görüşünə qədər bütün rəqiblərinə qalib gələn Namiq Abdullayev, turnirin həlledici görüşündə Şimali Koreya nümayəndəsinə məğlub oldu və turnirin gümüş medalına sahib oldu.[8]
1996—1999-cu illər: Atlanta Olimpiadasında gümüş
redaktə1996-cı il Azərbaycan idmanı tarixi üçün önəmli bir il idi. Azərbaycan Milli Olimpiya Komitəsinin 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilməsindən sonra Azərbaycanın Olimpiya Oyunlarında mübarizə aparmasına rəsmən icazə verilmişdi. 1996-cı ildə Atlanta şəhərində (ABŞ) baş tutacaq XXVI Yay Olimpiya Oyunları Azərbaycanın qatılacağı birinci olimpiada idi.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının liderlərindən olan Namiq Abdullayev, ilin əvvəlində Avropa Çempionatında mübarizə apardı.[9] 20-30 martda Macarıstanın Budapeşt şəhərində baş tutan turnirdə Namiq Abdullayev bürünc medala sahib oldu.[9]
XXVI Yay Olimpiya Oyunları
İlin əsas turniri 18 iyul-4 avqustda Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunları oldu.[10] Namiq Abdullayev turnirdə avqustun 1-də mübarizə apardı.[10] Atlanta Olimpiadasının birinci mərhələsində onun rəqibi ABŞ nümayəndəsi Lu Roselli oldu.[10] Həmin görüşdə Namiq Abdullayev rəqibi üzərində 7:0 hesabı ilə qələbə qazandı və növbəti mərhələyə adladı.[10] Bu mərhələdə onun rəqibi Yaponiya güləşçisi Hideo Sasayama oldu.[10] Bu görüşdə də Namiq Abdullayev rəqibi üzərində inamlı qələbə qazandı (11:0) və turnirin üçüncü mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Özbəjistan nümayəndəsi Ədhəm Açilov oldu və bu səfər də Namiq Abdullayev rəqibinə qalib gəldi (11:0).[10] Bununla da o, turnirin dördüncü mərhələsinə adladı.[10] Bu mərhələdə Namiq Abdullayevin rəqibi təcrübəli İran güləşçisi Qulmareza Məhəmmədi oldu.[10] Bununla belə Namiq Abdullayev son Dünya Çempionatının finalçısı olan Qulamreza Məhəmmədi üzərində 11:0 hesabı ilə inamlı qələbə və Atlanta Olimpiadasının final görüşünə vəsiqə qazandı.[10] Həlledici görüşdə isə onun rəqibi Bolqarıstan nümayəndəsi Valentin Yordanov idi.[10]
36 yaşlı Valentin Yordanov Dünya və Avropa Çempionatlarında yeddi dəfə qalib gələn təcrübəli və titullu güləşçi idi. 1994-cü il Dünya Çempionatının final görüşündə Namiq Abdullayev məhz Valentin Yordanova məğlub olmuşdu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 2:2 hesabı ilə başa çatdı. Növbəti hissənin əvvəlində Valentin Yordanov rəqibindən daha bir bal aldı və hesab 3:2 oldu. Görüşün son saniyələrində isə Namiq Abdullayev rəqibinə fənd tətbiq elədi və hesab 3:3 oldu. Belə olan halda qızıl medalın taleyi əlavə vaxtda müəyyən olundu. Bu hissədə isə Valentin Yordanov rəqibindən bir bal aldı və final görüşündən qalib ayrıldı. Namiq Abdullayev isə XXVI Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.[10] Bununla da o, Olimpiya Oyunlarında medala sahib olan birinci Azərbaycan idmançısı oldu.
Atlanta Olimpiadasından sonra Namiq Abdullayevin birinci turniri 1997-ci ilin 1-6 mayında Polşanın Varşava şəhərində baş tutan Avropa Çempionatı oldu. Turnirin birinci görüşündə onun rəqibi Bolqarıstan nümayəndəsi İvan Tsonov oldu. Həmin görüşdə Namiq Abdullayev rəqibinə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Armen Simonyan oldu. Bu görüşdə də rəqibindən üstün olan Namiq Abdullayev, turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rumıniya nümayəndəsi Corc Kordunenu oldu. Həmin görüşdə rəqibi üzərində 2:54 dəqiqə ərzində 10:0 hesabı ilə qələbə qazanan Namiq Abdullayev, üçüncü dəfə Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ujrayna nümayəndəsi Olehsandr Zaxaruh oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibinə məğlub oldu və Avropa Çempionatını gümüş medalla başa vurdu.[11]
1997-ci ilin əsas turniri 28-31 avqustda Rusiyada baş tutan Dünya Çempionatı idi. Çempionatın birinci mərhələsində Namiq Abdullayev Ermənistan nümayəndəsi Armen Simonyan idi. Həmin görüşdə Namiq Abdullayev rəqibi üzərində 10:0 hesabı ilə qələbə qazandı və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi KYRM nümayəndəsi Vlatho Soholov oldu. Bu görüşdə də Namiq Abdullayev rəqibinə 11:0 hesabı ilə qalib gəldi və turnirin üçüncü mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Rusiya nümayəndəsi Mahsim Molonov idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibinə 1:3 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu qrupun birinci görüşündə Namiq Abdullayev Belarus nümayəndəsi Herman Kontoyev ilə üz-üzə gəldi və rəqibi üzərində 10:4 hesabı ilə qələbə qazandı. Növbəti görüşdə isə onun rəqibi İran nümayəndəsi Qulamreza Məhəmmədi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibinə 0:1 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 8-ci pillədə başa vurdu.
1998-ci ilin birinci nüfuzlu turniri 22-25 apreldə Bratislava şəhərində baş tutan Avropa Çempionatı idi. Son dörd Avropa Çempionatında medallara sahib olan Namiq Abdullayev, bu səfər də medala iddialı idi. Onun birinci mərhələdə rəqibi Fransa nümayəndəsi David Legrand oldu. Həmin görüşdə Namiq Abdullayev rəqibinə 8:0 hesabı ilə qalib gəldi və növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi Ujrayna nümayəndəsi Olehsandr Zaxaruh oldu. Keçən il Avropa Çempionatının final görüşündə məğlub olduğu rəqibinə Namiq Abdullayev bu səfərdə məğlub oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibinə 1:2 hesabı ilə məğlub oldu və mübarizəni təsəlliverici qrupda davam elədi. Bu mərhələnin birinci görüşündə onun rəqibi Bolqarıstan nümayəndəsi İvan Tzonov oldu. Həmin görüşdə rəqibi üzərində təmiz qələbə qazanan Namiq Abdullayev, növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Yunanıstan nümayəndəsi Amiran Kartanov oldu. Həmin görüşdə Namiq Abdullayev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Avropa Çempionatını onuncu pillədə başa vurdu.
1998-ci ilin əsas turniri 8-11 sentyabrda İranın Tehran şəhərində baş tutan Dünya Çempionatı idi. Namiq Abdullayev çempionatın birinci mərhələsində Monqolustan nümayəndəsi Tümendembereliin Züünbayan ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə qalib gələn Namiq Abdullayev, növbəti mərhələyə adladı. Bu mərhələdə onun rəqibi İran nümayəndəsi Qulareza Məhəmmədi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüş ərzində Namiq Abdullayev məğlub vəziyyətdə olsa da (2:5), sonda rəqibi üzərində təmiz qələbə qazandı. Bununla da Namiq Abdullayev üçüncü mərhələyə adladı. Bu mərhələdən azad olan Namiq Abdullayev, çempionatın dördüncü mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Ermənistan nümayəndəsi Armen Simonyan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Namiq Abdullayev rəqibinə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Samuel Henson oldu. Dörd il əvvəl Dünya Çempionatının gümüş medalına sahib olan Namiq Abdullayev, bu səfər turnirin qalibi olmağa iddialı idi. Amma gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə ABŞ nümayəndəsi Samuel Henson qalib gəldi və turnirin qalibi oldu. Namiq Abdullayev isə növbəti dəfə Dünya Çempionatının gümüş medalına sahib oldu.
1999-cu il isə Namiq Abdullayevin ən uğursuz mövsümlərindən biri oldu. Namiq Abdullayev əvvəlcə 15-18 apreldə Belarusda baş tutan Avropa Çempionatında mübarizə apardı. Turnirin birinci mərhələsində Ermənistan nümayəndəsi Armen Simonyan üzərində qələbə qazanan (6:4) Namiq Abdullayev, növbəti mərhələdə Rusiya nümayəndəsi Leonid Çuçunova məğlub oldu (0:4) və Avropa Çempionatını 12-ci pillədə başa vurdu.
2000—2004-cü illər: Sidney Olimpiadasında zəfər
redaktəXXVII Yay Olimpiya Oyunları
XXVIII Yay Olimpiya Oyunları
2005—2008-ci illər: Karyerasını başa vurmağı
redaktəUğurları
redaktə
|
|
Dövlət təltifləri
redaktə- "Tərəqqi" medalı — Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə Namiq Yadulla oğlu Abdullayev "Tərəqqi" medalı ilə təltif edildi.[5]
- "Şöhrət" ordeni — Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 402 nömrəli Fərmanına əsasən XXVII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Namiq Yadulla oğlu Abdullayev "Şöhrət" ordeni ilə təltif edildi.[12]
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Namiq Yadulla oğlu Abdullayev "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edildi.
Nailiyyətləri
redaktə- Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı (1996).
- Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan güləşçisi (2000).
- 2 dəfə Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı (2000).
- Güləş üzrə Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı (1996).
- Güləş üzrə Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısı (2000).
- Güləş üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan sərbəst güləşçisi (1994).
- 2 dəfə güləş üzrə Avropa Çempionatının qalibi olan birinci Azərbaycan güləşçisi (1995).
- Güləş üzrə Dünya Çempionatının medalına sahib olan birinci Azərbaycan güləşçisi (1994).
Populyar mədəniyyətdə
redaktə2001-ci il yanvarın 26-da Azərmarka tərəfindən Azərbaycanın 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında medallara sahib olan üç idmançısının şərəfinə poçt markaları dövriyyəyə buraxıldı. 584 nömrəli poçt markası Namiq Abdullayevə həsr edildi. 2003-cü ildə isə Namiq Abdullayevin şərəfinə daha bir poçt markası dövriyyəyə buraxıldı.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ International Wrestling Database. "1990 // USSR Championships // Seniors // Freestyle // 48 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ International Wrestling Database. "1991 // USSR Championships // Seniors // Freestyle // 48 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 International Wrestling Database. "1994 // European Championships // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 International Wrestling Database. "1994 // World Championships // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 5 mart 1995-ci il tarixli 292 nömrəli Fərmanı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 International Wrestling Database. "1995 // European Championships // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2021-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 International Wrestling Database. "1995 // World Championships // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 International Wrestling Database. "1995 // World Military Games // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2023-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 International Wrestling Database. "1996 // European Championship // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 International Wrestling Database. "1996 // Olympic Games // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ International Wrestling Database. "1997 // European Championship // Seniors // Freestyle // 52 Kg. // Results". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-22. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 18.10.2000-ci il tarixli 402 nömrəli Fərmanı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2023-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.