Namiqkamal Eliyev - Wikipedia
Namiqkamal (Namiq Kamal) Məmməd oğlu Əliyev (1932) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri (1980–1988), Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri (1991–1992).
Namiqkamal Əliyev | |
---|---|
22 yanvar 1991 – 10 aprel 1992 | |
Əvvəlki | Rafiq Məmmədov |
Sonrakı | Muxtar Aslanov |
21 yanvar 1980 – 21 yanvar 1988 | |
Əvvəlki | Kamil Akimov |
Sonrakı | nazirlik ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1932 |
Partiya |
|
Təhsili | |
|
|
Təltifləri |
Həyatı
redaktəNamiqkamal Məmməd oğlu Əliyev 1932-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.[1]
1957–1963-cü illərdə Bakı gəmi tərsanəsinin mühəndisi, Elmi Tədqiqat Neft-Kimya Prosesləri İnstitutunun böyük mühəndisi olmuşdur. 1963-cü ildən Sumqayıt kimya kombinatının baş mexaniki, baş mühəndisi, Oktyabr inqilabı adına üzvi məhsullar zavodunun direktoru, baş mühəndisi, qaz emalı zavodunun sonra isə Azərqaznəqliyyat İstehsalat Birliyinin direktoru vəzifələrində işləmişdir.[2]
Namiqkamal Əliyev 1980-ci ildə Azərbaycan SSR neftayırma və neft kimyası sənayesi naziri təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edilənədək bu vəzifədə işləmiş, 1991–1992-ci illərdə isə Azərbaycan Dövlət Yanacaq Komitəsinin sədri olmuşdur.
Namiqkamal Əliyev 1961-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.[2] Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı olmuşdur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Әлијев Намигкамал Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 141.
- ↑ 1 2 Әлијев Намигкамал Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 140.