Nanic - Wikipedia
Nanic - Wikipedia - Haqqında Məlumat
Nanıc — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Nanıc | |
---|---|
40°53′32″ şm. e. 48°19′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
[http:// ] | |
Lahıc turizm zonasında yerləşir. Əhalisi 73 nəfərdir ki onunda 33 nəfəri kişi, 40 nəfəri qadındır. Kəndin əhalisi tatlardan ibarətdir. Kənddə əhali maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 8 km yolu atla və ya piyada getmək olar. Nanıc kəndindən Küpüc dağını aşmaqla atla Aşağı Cülyan kəndinə gəlmək üçün dağ yolu (cığır) vardır. İlin aprel-may aylarında kəndin ərazisində məşhur "Xarı-bülbül" çiçəyinə rast gəlmək olar.[1]
İstinadlar
redaktə İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |