Nansen Adasi Krasnoyarsk Diyari - Wikipedia
Nansen adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Böyük Arktik qoruğu ərazisinə daxildir. Ada Norveç əsili qütb araşdırmaçısı Fritof Nansenin şərəfinə adlandırılmışdır. İkinci Dünya müharibəsi zamanı ada yaxınlığında baş vermiş döyüş Vunderland əməliyyatı olaraq tanınır. Materikdən 2,3 km enə malik olan Fram boğazı ilə ayrılır. Adanın uzunluğu 21 km, eni 2.5 km təşkil edir. Yaxınlığında iki ada vardır. Şimalda Pravda adası, qərbdə Vxodnoy adası. Şərqdə Bonevi adası yerləşir. Bu iki ada arasında məsafə 2 km-dir. Matisen boğazı ilə Vilkis adalarından ayrılır.[1]. Qışda və bəzən isə ada və ətrafı buzla örtülü olur.
Nansen adası | |
---|---|
rus. Остров Нансена | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°12′ şm. e. 94°45′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
İstinadlar
redaktə- ↑ Обзорно-географический Атлас России. — Картография, АСТ, Астрель, 2010. — С. 88.