Napoleon Evi - Wikipedia
Napoleon evi həmçinin Mayor Cirod Evi və ya Nikolas Cirod Evi kimi bilinən, ABŞ-nin Luiziana ştatının Nyu-Orlean şəhərinin fransız məhəlləsi sayılan Şartres 500 küçəsində yerləşən tarixi binadır. Bina 1794-cü ildə tikilmiş və 1814-cü ildə genişləndirilmişdir ki, buranın adı Napoleon Bonapartın sürgündən sonra yaşayış ünvanı olaraq hazırlandığı yerli əfsanədən yaranmışdır. Napoleonun Luiziana ştatına gətirilməsi planı 1821-ci ildə onun ölüm xəbərindən sonra dəyanmışdır.[1]
Mayor Cirod Evi | |
---|---|
29°57′22″ şm. e. 90°03′54″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Şəhər | Nyu-Orlean |
Yerləşir | Şartres küçəsi 500, Nyu-Orlean, Luiziana |
Memar | Bilinmir |
Tikilmə tarixi | 1797 |
Vikianbarda əlaqəli mediafayllar |
Bina həmçinin Nyu-Orlean şəhərinin mayoru olmuş Nikolas Cirodun evi olmuşdur. 19-cu əsrin əvvəllərində bu bina şəhərin ən incə şəxsi tikililərindən biri olmuş, bina 20-ci əsrin əvvəlində yerli bir baqqal olaraq fəaliyyət göstərmiş və 1914-cü ildən sonra Napoleon Evi adlı restoran kimi fəaliyyət göstərir.[2] Binanın yuxarı mərtəbələri mənzillərə çevrilib ki, bəzi hissələrdə binanın orjinal dekorasiyları hələ də gözə çarpmaqdadır.[3]
Bina şəhərin fransız üslubunda ən yaxşı arxitektura nümunələrindən biri kimi 1970-ci ildə Milli Tarixi Memarlıq abidəsi kimi elan edilmişdir. Bu üç mərtəbəli kərpicdən tikilmiş bina, qabarıq damlı və qübbəlidir. İkinci mərtəbə dəmirdən hazırlanmış eyvanlardan ibarətdir.[3][4]
Napoleon Evi restoranında köhnə zamanların Nyu-Orlean atmosferi hökm sürür və burada ənənəvi xörəklər təklif edilir.[5] Burada xidmət göstərən bar isə özünün "Pimm's Cup" adlı kokteyli ilə tanınır. Səs sistemi vasitəsilə isə klassik musiqi səsləndirilir.[6]
İstinadlar
redaktə- ↑ "Napoleon House: History". 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
- ↑ "Arxivlənmiş surət". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
- ↑ 1 2 Patricia Heintzelman. [[[:Şablon:NHLS url]] "National Register of Historic Places Inventory-Nomination: Mayor Girod House / Mayor Girod House - The Napoleon House"] (#bad_url) (pdf). National Park Service. July 15, 1975. and Şablon:NHLS url (1.55 MB)
- ↑ "Mayor Girod House". National Historic Landmark summary listing. National Park Service. 2011-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-01-30.
- ↑ Walker, Judy. "Napoleon House Muffuletta explained at New Orleans Jazz Fest". The Times-Picayune. New Orleans, LA. May 1, 2016. 2 May 2016 tarixində arxivləşdirilib.
- ↑ Walker, Judy. "Pimm's Cup recipe from Napoleon House". The Times-Picayune. New Orleans, LA. March 26, 2015. 9 October 2015 tarixində arxivləşdirilib.