Nardaran Tarix Ve Medeniyyet Qorugu - Wikipedia
Nardaran Tarix və Mədəniyyət Qoruğu — Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən tarixi memarlıq və mədəniyyət abidələrini qoruyan qoruqdur.
Tarixi
redaktəAzərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1992-ci il tarixli 26 №-li qərarı ilə Nardaran Tarix və Mədəniyyət Qoruğu elan edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 23 mart 2006-cı il tarixli 65 №-li qərarı ilə Bakı Şəhəri Sabunçu rayonu ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsi Nardaran Tarix və Mədəniyyət Qoruğuna verilmişdir.
İş prinsipi
redaktəBakı şəhəri Sabunçu rayonu Nardaran Tarix və Mədəniyyət Qoruğu tabeliyində Sabunçu, Ramana, Balaxanı, Zabrat, Maştağa, Nardaran, Bilgəh, Kürdəxanı, Pirşağı qəsəbələrindəki tarixi memarlıq və mədəniyyət abidələri Mədəniyyət və Turizm Nazirliyi Nardaran Tarix və Mədəniyyət Qoruğu tərəfindən qorunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Sabunçu rayonu ərazisindəki 99 tarix və mədəniyyət abidəsi təsdiq edilmiş və mühafizəsi Nardaran Tarix və Mədəniyyət Qoruğuna həvalə edilmişdir.