Nart Dastani - Wikipedia
Nart dastanı(adıq Нартхымэ акъыбарыхэ; Nartxıme aqıbarıxe; abxaz dili. Нарҭаа ражәабжьқәа; Nartaa raƶuabƶkua; qaraç.-balk. Нарт таурухла; Nart tawruxla; oset. Нарты кадджытæ; Nartı kadjıtæ; Narty kaddžytæ; çeç. Нарт Аьрштхой; Nart ärştxoý; Nart ärştxoj) — Şimali Qafqaz mənşəli nağıllar toplusu. Bu, bölgədəki qəbilələrin, o cümlədən abazin, abxaz, çərkəz, osetin, qaraçay-balkar və çeçen-inquş folklorunun əsas mifologiyasını formalaşdırır.
Etimologiyası
redaktə"Nart" sözü "nar" sözünün osetin dilindəki cəm halı olan Nartæ sözündən gəlməktədir.[1] "Nar" sözü özü də Proto Hind-Avropa dillərinin alt qrupu Proto Hind-İran dilində (*h₂nḗr) "qəhrəman, kişi" mənasında işlənmişdir.[2] Çeçen dilində "nart" nəhəng deməkdir.
Personajlar
redaktəDastandakı hekayələrdə önə çıxan qəhrəmanlardan bəziləri bunlardır:
- Sosruko (ubıx, abxaz və adıge : sawsərəqʷa (Саусырыкъо); osetin : Soslan (Сослан)) — Hiyləgər kimi də peyda olan qəhrəman.
- Batraz (oset: Батырадз) — Nartların lideri və ən böyük döyüşçüsü.
- Satanaya (ubıx: satanaja; adıge: setenej (Сэтэнай); osetin: Satana (Сатана)) — Nartların anası, anaxaqan.
- Tlepş (osetin: Kwyrdalægon (Куырдалæгон) — dəmirçi tanrısı.
- Sırdon (osetin: Sırdon (Сырдон)) — Georges Dumezil tərəfindən Skandinav tanrısı Lokiyə bənzədilən hiyləgər qəhrəman.
- Pxarmat (çeç. Пхьармат Pxarmat) — Vaynax inancına görə ölülər üçün tanrılardan alov oğurlayan dəmirçi.[3]
- Dzerassae (oset. Дзерассæ) — Dəniz tanrısı Donbettırın qızı, bir çox Nart qəhrəmanının anası.
Öyrənilməsi və əhəmiyyəti
redaktəMaterialın ilk yazılı halı kabardin müəllif Şora Beqmurzin Noqma tərəfindən ərsəyə gətirilmişdir. O, dastanı 1835–1843-cü illərdə rus dilində yazmış, 1861-ci ildə ölümündən sonra nəşr olunmuşdur. Dastan 1866-cı ildə Adolf Berje tərəfindən alman dilinə tərcümə edilmişdir.((Berge 1866)) O həm epik mahnılı, həm də yazılı nəsir halda mövcuddur.
Ümumiyyətlə, bütün Nart hekayələrinin skiflərdən, sarmatlardan və alanlardan yaranan qədim bir İran nüvəsinə sahib olması məlumdur.[4] Bununla yanaşı, bunların içərisində çoxlu sayda, bəzən daha da arxaik bir keçmişi də əks etdirən böyük antik dövrün Şimali Qafqaz akkursiyaları var.[2]
Xüsusilə, osetin əfsanələrinə əsaslanaraq, dastanlar uzun müddət İran dilli qədim mədəniyyətlərin dünyasına açılan bir pəncərə olaraq dəyərləndirilmişdir. Misal üçün, filosof Georges Dumezil Proto Hind-Avropalıların oxşar şəkildə üç kastaya (döyüşçülər, keşişlər və adi şəxslər) bölündüyü 3 funksiyalı nəzəriyyəsini dəstəkləmək üçün Nartlardakı osetin bölgüsündə də bundan istifadə edərək onları 3 qəbiləyə bölmüşdür.
Dastanın Şimal-qərbi Qafqaz (Çərkəz,abxaz-abazin və ubıx) versiyaları da əhatə etdiyi arxaik nüanslar baxımından dəyərlidir və "düzgün anlaşıqlılıq səviyyəsinə gətirmək üçün yenidən üzərində işlənilən" osetin versiyasının əksinə, "qədim ənənə və inancların qəribə xırdalıqlarını" qoruyur.[2][4]
Digər mifologiyalarla olan əlaqəsi
redaktəNart əfsanələrindəki bəzi motivlər Yunan mifologiyasında da nəzərə çarpır. Prometeyin Kazbek dağına və ya xüsusən də Elbrus dağına zəncirlənməsi hekayəsi Nart dastanındakı bir səhnəyə bənzəyir. Bu bənzər motivlər bəziləri tərəfindən Qafqaz xalqlarının qədim yunanlarla olan yaxınlıqlarının bir göstəricisi olaraq görülmüş, həmçinin, Kolxidanı müasir Gürcüstanın bir hissəsi olararaq qəbul edən Qızıl Dəri mifologiyasında da öz yerini tapmışdır.
İskiflərdən Kamelota kitabının yazıçıları C. Skot Litılton və Linda A. Malkora görə Artur əfsanələrinin bir çox cəhəti Nart dastanından götürülmüşdür. İddia edilən cəhətlərin əsas daşıyıcıları da Artur əfsanələri ortaya çıxarkən şimali Fransaya köç edən alanlardır. Tədqiqatçı Con Kolarussoya görə, gözlənildiyi kimi bu dastan paralellikləri əsasən Nart dastanının osetin versiyasında müşahidə edilir.[4]
Nart əfsanələri arasındakı fərqlər
redaktəNart əfsanələrinin müxtəlif versiyaları arasında bəzi fərqlər var. Məsələn, osetin versiyalarında Nart tayfası bəzən bir-biri ilə rəqabət aparan üç fərqli qəbilədən ibarətdir: cəsur Æxsærtægkatæ (ən məşhur Nartların aid olduğu), varlı Borætæ və müdrik Alægatæ. Çərkəz versiyalarında belə bir bölgü təsvir edilmir. Sadəcə abxaz versiyaları Nartları Satanayanın yüz övladından ibarət vahid özək ailə kimi təsvir edir.[5] Yenə də bütün (əsasən) bu versiyalar Nartları "yaxşı" qəhrəmanların vahid bir qrupu kimi bizə çatdırır. Abxaz və osetin versiyaların əksinə, vaynax əfsanələri Nartları Koloy-Kant və Qinda-Şoa kimi yerli yaxşı qəhrəmanlara qarşı mübarizə aparan döyüşçü quldurlar kimi təsvir edir.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Abaev, V.I., redaktorИСТОРИКО-ЭТИМОЛОГИЧЕСКИЙ СЛОВАРЬ ОСЕТИНСКОГО ЯЗЫКА [Historical-Etymological Dictionary of Ossetian language] (russian), II (L-R), 1973, p.158-9 "Nartae, Nart", 2012-01-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15
- ↑ 1 2 3 Colarusso, 2002. səh. xxiv, 552
- ↑ Tsaroieva, 2005. səh. 199
- ↑ 1 2 3 Colarusso, 2002
- ↑ Tokarev, S.A., redaktorMify narodov mira [Myths of the World] (encyclopedia) (Russian), 2 (K-Ya), 1980, Narty
- ↑ Tsaroieva, 2005. səh. 215
Mənbə
redaktə- Nogmov, Schora Bekmursin, Bergé, Adolf (redaktor), Die Sagen und Lieder des Tscherkessen-Volks [The legends and songs of the Circassian peoples] (german), 1866
- Colarusso, John, redaktorNart Sagas from the Caucasus: Myths and Legends from the Circassians, Abazas, Abkhaz, and Ubykhs, 2002, ISBN 9781400865284
- Also published as Nart Sagas: Ancient Myths and Legends of the Circassians and Abkhazians, 2002, ISBN 978-0-691-16914-9, with an introduction by Adrienne Mayor
- Tsaroïeva, Mariel, Anciennes Croyances des Ingouches et des Tchetchenes [Old beliefs of the Ingush and Chechens] (French), 2005, ISBN 2-7068-1792-5
Ədəbiyyat
redaktə- Çərkəz Nart əfsanələri
- More Nart Tales, 13 Jan 2017 tarixində arxivləşdirilib , English translations
- Нарты. Адыгский епос (Russian), 2007-10-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15 , Russian translations
- Məqalələr:
- Colarusso, John, "Myths from the Forests of Circassia", The World & I, Dec 1989, 11 Feb 2007 tarixində arxivləşdirilib
- Colarusso, John, "Prometheus among the Circassians", The World & I, Dec 1989, 24 May 2011 tarixində arxivləşdirilib
- Colarusso, John, "The Woman of the Myths: the Satanaya Cycle" (PDF), The Annual of the Society for the Study of Caucasia, 2, 1989: 3–11, 27 Sep 2007 tarixində arxivləşdirilib (PDF)
- Osetin Nart əfsanələri
- Калоева, Б.А.; Либединского, Ю. (redaktorlar ), СКАЗАНИЯ О НАРТАХ [Notes of Narta] (Russian), 2006-11-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15
- КАТАЛОГ [Catalog] (osetin), 2007-07-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15 , collection of legends
- "Ossetic Nartic Tales", TITUS (Thesaurus Indogermanischer Text- und Sprachmaterialien), 2022-04-19 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15
- Abxaz Nart əfsanələri
- Инал-ипа, Ш.Д.; Шакрыл, К.С.; Шинкуба, Б.В.; Инал-ипа, Ш.Д.; Гулия, Г.; Солоухина, В. (redaktorlar ), Приключения нарта Сасрыквы и его девяноста девяти братьев [The Adventures of the Sasrykva Nart and His Ninety-nine Brothers] (Russian), 28 Sep 2007 tarixində arxivləşdirilib
- Qaraçay-Balkar Nart əfsanələri
- Tavkul, Ufuk, "A Good Sample For Cultural Diffusion - A Hero Who Carries The Characteristics Of Prophet David In The Nart Epos Of Karachay-Balkar People - Nart Debet, The Smith", The International Symposium of "NART EPOS", 2000, 1 Mar 2012 tarixində arxivləşdirilib
- Чиппаевич, Джуртубаев Махти (redaktor), Героический эпос о нартах [The heroic epic of Narta] (Russian), 30 Sep 2007 tarixində arxivləşdirilib , detailed set of tales
- Russian translations from Липкина, С., redaktor Дебет златоликий и его друзья [Debet the golden haired and his friends] (Russian), 1987
- Нарты РАЧИКАУ, СЫН ЧУЖЕЗЕМЦА (Russian), 28 Feb 2006 tarixində arxivləşdirilib , (part 1)
- Наш героический эпос о нартах - КАК ЁРЮЗМЕК УБИЛ КРАСНОЛИКОГО РЫЖЕБОРОДОГО ФУКА, 26 Jul 2011 tarixində arxivləşdirilib , (part 2)
- Çeçen-İnquş Nart əfsanələri
- Abdulayeva, Kh.R., 18. The Inception of Chechen artistic writing: ethni-historical and aesthetic prerequisites // The Culture of Chechnya: History and Modern Problems (PDF), 2002, 129–147, 15 October 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 15 October 2019
- Accounts of Chechen and Ingush beliefs by Ch. E. Akhriev
- Akhriev, Ch.E., [various] (Russian), 1 Apr 2008 tarixində arxivləşdirilib
- Akhriev, Ch.E., [various] (Russian), 2 Apr 2008 tarixində arxivləşdirilib
- ЧЕЧЕНСКИЕ СКАЗАНИЯ, 1 Mar 2012 tarixində arxivləşdirilib
- Qarışıq
- "[Category: Causcasus]", Wanana sculun Frankon - Linguistics, History, Mythology and More (English), 2019-10-15 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2019-10-15 , Causcasian folklore articles