Natamam Limodorum - Wikipedia
Natamam limodorum (lat. Limodorum abortivum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin limodorum cinsinə aid bitki növü.
Natamam limodorum | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Natamam limodorum |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik bitkidir. Kökümsovu qısa, üfüqi, çoxlu qalın köklüdür. Gövdəsi qalın, 30–60 (80) sm hündürlükdə, yaşılı-bənövşəyi, boz, iti qınlıdır. Çiçəkqrupu iri, 6–20 çiçəkdən ibarət boş salxım şəklindədir. Çiçəkləri iri, bənövşəyi rəngli, 20–25 mm uzunluqdadır. Çiçəkyanlığının yarpaqları lansetvari, çəhrayı, 20 mm uzunluqdadır. Dodaqcığı açıq-bənövşəyi rənglidir. Mahmızı nazik, 15 mm uzunluqda, yumurtalığa bərabər və ya uzundur. Yumurtalıq silindrik, burulmamış qısa ayaqdadır.
Monotip cinsli çox nadir bitki növüdür. Azərbaycanda Zaqatala (Car kəndi), Qəbələ (Qəbələ ətrafı), Ağdaş (Şirvan stepi), Lənkəran (Alekseyevka kəndi) rayonlarında, Azərbaycandan kənarda – Krım, Ön Qafqaz, qərbi Zaqafqaziya. Orta və Cənubi Avropa, Kiçik Asiyada yayılmışdır. Aşağı dağlıq qurşağın seyrək meşələrində kolluqlar arasında, meşə kənarlarında bitir. Az rast gəlir.
Çoxalması
redaktəToxum vasitəsilə çoxalır.
Ehtiyatının dəyişilmə səbəbləri
redaktəBitdiyi sahənin dəyişməsi, Bitkinin kökündən çıxarılması, çiçəyinin yığılması.
Becərilməsi
redaktəAzərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Qəbul edilmiş qorunma tədbirləri
redaktəXüsusi mühafizə tədbirləri hazırlanmamışdır.
Yayılması
redaktəBQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Meşə və meşə kənarlarında, seyrək meşələrdə kolluqlar arasında, talalarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.