Natella Osmanli - Wikipedia
Natella Osmanlı — Azərbaycan yazıçısı[1], PR texnoloqu, Baku TV telekanalının rus versiyasının baş redaktoru, blogger, yazıçı və jurnalistdir. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом) toplusudur. 2014-cü ildə yazıçının həmmüəllifliyi ilə yazılmış "Lift" pyesi Tiflis və Bakıda səhnələşdirilmiş, daha əvvəl isə Kişinyovda keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə salınmışdı (2012).
Natella Osmanlı | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | rusca |
Həyatı və fəaliyyəti
redaktəNatella Osmanlı 1982-ci ildə Bakıda doğulub. İlk kitabı 2004-cü ildə nəşr edilmiş "Qadın baxışı ilə" (rus. Женским взглядом[2]) toplusudur. 2008-ci ildə yazıçının müəllifi olduğu "Lollipop" povesti rus dilində ən yaxşı nəşr əsərləri katoloquna daxil edilmiş[3] və 2010-cu ildə Rusiya Federasiyasının Nəşr üzrə Federal Agentliyinin dəstəyi ilə "Sosial-İqtisadi və İntellektual Fondu" tərəfindən nəşr edilmişdir.[4] 2010-cu ildə "Lollipop" trilogiyasından nəşr edilmiş ilk kitaba yazıçının "Arlekin", "Lollipop" və "Kukolniki tap" povestləri daxildir. 2011-ci ildə yazıçının "Mən zibiləm" povesti Azərbaycan Milli Kitab Mükafatının qısa siyahısına salınmışdı.[5] 2012-ci ildə Natella Osmanlının "Fudziama hokkey çubuğu ilə" (rus. Фудзияма с клюшками) povesti "Bakı və ətrafı 2" (rus. "Баку и окрестности - 2") toplusunda nəşr edilib. 2013-cü ildə yazıçının ikinci toplusu olan "Xar tut" kitabı nəşr edilib.[6] Kitaba müəllifin "Mən zibiləm", "Morus Niqra" və "Fudziama hokkey çubuğu ilə" povestləri daxildir. 2014-cü ildə əvvəlcə Tiflisdə, daha sonra isə Bakıda Natella Osmanlının İsmayıl İmanovun həmmüəllifliyi ilə yazdığı "Lift" pyesi səhnələşdirilmişdir. Həmin pyes 2012-ci ildə Kişinyovda (Moldova) keçirilən Gənclərin Teatr Forumunun gündəliyinə də salınmışdı. 2015-ci ildə yazıçının "Mən əclafam" (rus. Я-дрянь) adlı kitabı oxuyuculara təqdim edilmişdir.[7][8] 27 noyabr 2015-ci ildə Natella Osmanlı Rusiyada A.M. Qorki adına Ədəbiyyat institutunun keçirdiyi ədəbiyyat müsabiqəsində yeganə xarici diplomat olmuşdur.[9] "#pureImpression" adlı səyahət bloq layihəsinin müəllifi və iştirakçısı olmuşdur.[10][11]
Aparıcı kimi məşhur jurnalist və blogger, Global Media Group-un media direktoru Həmid Həmidovla birgə "İkisi birinə qarşı" adlı proqramın bir neçə verilişini lentə almışdır.
Nata Osmanlı "Anesteziya" sosial Youtube layihəsinin və Baku TV-də "İrs" bioqrafiq teleproqramlar silsiləsinin müəllifidir. Onun müəllifliyi ilə müvafiq siyasi gündəmə uyğun olaraq Baku TV-də vaxtaşırı analitik oçerklər, populyar şəxsiyyətlərlə müsahibələr dərc olunur.
İstinadlar
redaktə- ↑ Писательница Нателла Османлы презентовала "Лоллипоп" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, 1news.az, 12.07.2010, İstifadə: 11 fevral 2015
- ↑ Нателла Османлы-"Женским взглядом" изд.Эльф ИПР, Москва, 2004
- ↑ "Я никогда не посоветовала бы своей сестре, или подруге связать свою жизнь с писателем…"[ölü keçid], vesti.az, 02 Июля 2012, İstifadə: 11 fevral 2015
- ↑ Azərbaycan yazıçısı: "Qadın olmaq əladır!" Arxivləşdirilib 2011-05-10 at the Wayback Machine, 7 мая 2011, day.az, İstifadə: 11 fevral 2015
- ↑ Natella Osmanlı: "Mən son pionerlərdən biriyəm" Arxivləşdirilib 2014-12-21 at the Wayback Machine, kulis.az, 01 İyun 2011, İstifadə: 11 fevral 2015
- ↑ "Anna Karenina" və "Xar tut"… Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine, Azadlıq Radiosu, 06.05.2013, İstifadə: 11 fevral 2015
- ↑ В Баку прошла презентация книги "Я-дрянь" писательницы Нателлы Османлы Arxivləşdirilib 2015-09-29 at the Wayback Machine, 1news.az, 15.09.2015, İstifadə tarixi: 4 fevral 2016
- ↑ Нателла Османлы: Иногда я бываю абсолютной блондинкой Arxivləşdirilib 2015-10-31 at the Wayback Machine, day.az, 23 сентября 2015, İstifadə tarixi: 4 fevral 2016
- ↑ ЛИТконкурс. Стихи и проза. Короткий список (награждение победителей — 27 ноября)[ölü keçid], litinstitut.ru, 2015 Ноя, İstifadə tarixi: 4 fevral 2016
- ↑ Александрова, Натали. "«Самые настоящие впечатления» Наты, Афет и Сабби: секрет успеха необычного блога о путешествиях". 1news.az. 30.12.2016. 2017-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2017.
- ↑ "«#pureImpression»: Нью-Йорк глазами Нателлы Османлы". baku.ws. 04-03-2016. 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2017.