Natura - Wikipedia
Natura - Wikipedia - Haqqında Məlumat
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft).
Sənətçinin maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər.
Ədəbiyyat
redaktə- ASE, VII cild, Bakı, 1983. səh. 165.