Naxcivan Ali Meclisi - Wikipedia
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanı.
Ali Məclis | |
---|---|
VII çağırış | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
İdarə heyəti | |
Sədr səlahiyyətlərini icra edən |
Bəxtiyar Məmmədov (siyasətçi), Yeni Azərbaycan Partiyası 26 sentyabr 2024-cü il tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 45 |
Komitələr |
|
Ünvan | |
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 50 | |
Sayt | |
alimajlis.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1938–1990-cı illərdə Naxçıvan MSSR-in parlamenti Ali Sovet adlanıb.
Kommunist partiyasının rəhbərliyi ilə son seçkilər XII çağırış Naxçıvan MSSR Ali Sovetinə 30 sentyabr 1990-cı ildə keçirilmişdir. Həmin seçkilərin keçirilməsi üçün Naxçıvan MSSR-də 110 seçki dairəsi yaradılmışdır. Naxçıvan MSSR Ali Sovetinə 110 deputat seçilmişdir. [a]
17 noyabr 1990-cı ildə XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk iclasında Ali Sovetin Rəyasət Heyətinin sədri Ali Sovetin 2 nömrəli M. F. Axundov seçki dairəsindən deputatı Heydər Əliyev seçilmişdir.[1]
Həmin sessiyada ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu.[1][2]
1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi.[1]
Ali Məclisin çağırışları
redaktəSeçkilər | Çağırış | İllər | Qeyd |
---|---|---|---|
1990 | Naxçıvan MSSR Ali Sovetinin XII çağırış | 1990 | |
Keçid dövrü | Naxçıvan Ali Məclisinin ilk çağırışı | 1990–1995 | [b] |
1995–1996 | Naxçıvan Ali Məclisinin I çağırışı | 1995–2000 | |
2000 | Naxçıvan Ali Məclisinin II çağırışı | 2000–2005 | |
2005 | Naxçıvan Ali Məclisinin III çağırışı | 2005–2010 | |
2010 | Naxçıvan Ali Məclisinin IV çağırışı | 2010–2015 | |
2015 | Naxçıvan Ali Məclisinin V çağırışı | 2015–2019 | |
2020 | Naxçıvan Ali Məclisinin VI çağırışı | 2020–2024 | [c] |
2024 | Naxçıvan Ali Məclisinin VII çağırışı | 2024 — | [d] |
Statusu
redaktəAzərbaycan Respublikasının Konstitusiyasına görə muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi — parlamenti həyata keçirir.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından çıxarışlar:
Maddə 11. Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi
Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir.
Maddə 12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin say tərkibi
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir.
Maddə 13. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkilərinin əsasları
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə seçilirlər.
Tərkibi
redaktəNaxçıvanşünaslıq Mərkəzi
redaktəNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanması, tədqiq və təbliğ olunmasını təmin edən qurumdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi kitabxanasının və Naxçıvan Muxtar Respublika Kitabxanası "Naxçıvanşünaslıq" bölməsinin bazasında yaradılmışdır[3].
Mərkəz üçün bina ayrılmış və əsaslı surətdə yenidən qurulmuşdur. 2013-cü il fevralın 9-da Naxçıvanşünaslıq Mərkəzinin açılışı olmuşdur.
Kitab və arxiv fondu
redaktəMərkəzin kitab və arxiv fondu Naxçıvanşünaslığa dair mühüm çap və arxiv materialları ilə zənginləşdirilmişdir. Kitablar, jurnal və qəzetlər, xəritə və atlaslar, avtoreferatlar, albom və fotomateriallar, sənədli filmlər Naxçıvanşünaslıq Mərkəzində toplanaraq sistemləşdirilmişdir. Hazırda mərkəzin Kitabsaxlayıcı şöbəsində 3374 nüsxə çap materialı vardır. Bunlardan 2550 nüsxəsi kitab, 29-u miniatür kitab, 92-si avtoreferat, 703-ü isə qəzet və jurnal materiallarıdır.[4]
Mərkəzdə müasir kitabxana texnologiyaları və metodları sahəsində bir çox yeniliklər tətbiq edilmişdir. Mərkəzin kitabxanası və arxivi ən müasir informasiya avadanlıq və daşıyıcıları ilə təmin olunmuş, elektron kitabxana və elektron arxiv zənginləşdirilmişdir. Bundan başqa, istifadəçilər onlara verilən şəxsi parol vasitəsilə elektron informasiya köşkünə yaxınlaşaraq istənilən kitabı sifariş verə bilirlər. Elektron köşk istifadəçilərə kitab fondunun elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş imkanı yaradır. Oxu və dövri mətbuat zalında istifadəçilər üçün fonddakı kitablardan, qəzet və jurnallardan, eləcə də internetdən istifadə imkanı yaradılmışdır. İstifadəçilər elektron kataloq vasitəsilə mərkəzin fondunda olan ədəbiyyatlardan, sənədlərdən, əlyazmalardan, video və audio materiallardan, fotolardan və xəritələrdən istifadə edə bilərlər. Həmçinin üç dildə hazırlanan "www.e-merkez.alimeclis.az" internet saytı mərkəz ilə səmərəli informasiya mübadiləsi aparmağa imkan verir.
Sədr
redaktəNaxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.
Maddə 29. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər
I. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən seçilir, ona tabedir və ona hesabat verir. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən geri çağırıla bilər. II. Yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.[21] III. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin seçkisi qaydasını Naxçıvan Muxtar Respublikasının Ali Məclisi müəyyən edir.
Siyahı
redaktəAli Məclisin sədri | ||||||
---|---|---|---|---|---|---|
Sıra | Şəkil | Ad | Başlama tarixi | Bitmə tarixi | Partiya | |
1 | Afiyəddin Cəlilov | 17 noyabr 1990 | aprel 1991 | Azərbaycan Kommunist Partiyası | ||
2 | Əkbər Əliyev | aprel 1991 | sentyabr 1991 | |||
3 | Heydər Əliyev | 5 sentyabr 1991 | 23 iyun 1993 | Bitərəf | ||
Yeni Azərbaycan Partiyası | ||||||
- | Rəşid Həsənov | 3 iyul 1993 | 4 aprel 1994 | Yeni Azərbaycan Partiyası | ||
4 | Namiq Həsənov | 4 aprel 1994 | 16 dekabr 1995 | |||
5 | Vasif Talıbov | 16 dekabr 1995 | 21 dekabr 2022 | |||
- | Azər Zeynalov | 21 dekabr 2022 | 5 oktyabr 2023 | |||
- | Anar İbrahimov | 5 oktyabr 2023 | 26 sentyabr 2024 | |||
- | Bəxtiyar Məmmədov | 26 sentyabr 2024 | Yeni Azərbaycan Partiyası |
Fəaliyyəti
redaktəQərar | Yetərsay |
---|---|
Ali Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili) | 31 |
Qeydlər
redaktə- ↑ 30 sentyabr seçki günü - 110 deputatdan 74-ü, 14 oktyabrda – 20 deputat, 16 dekabrda – 7 deputat, 30 dekabrda – 2 deputat, 3 mart 1991-ci ildə - 6 deputat, nəhayət 17 mart 1991-ci ildə sonuncu – 110-cu deputat seçildi.
- ↑ Naxçıvan MSSR Ali Sovetinin XII çağırışı üzvlərindən təşkil olundu.
- ↑ İlk dəfə parlament seçkiləri irəli çəkilərək növbədənkənar seçkilər keçirildi.
- ↑ İkinci dəfə parlament seçkiləri irəli çəkilərək növbədənkənar seçkilər keçirildi.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2020-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ "Arxivlənmiş surət". 2020-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-24.
- ↑ "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 fevral 2011-ci il tarixli Sərəncamı. alimeclis.az Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine (az.)
- ↑ "Arxivlənmiş surət". 2020-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-11.