Naxcivan Muxtar Respublikasi Dovlet Arxivi - Wikipedia
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi — 741 fond üzrə 260992 iş, 4410 kino, 83597 fotosənəd saxlanılır.
Tarixi
redaktəNaxçıvan Muxtar Respublikasmın Dövlət Arxivi Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin 1925-ci il 13 dekabr tarixli qərarı ilə yaradılımısdır. 1941-ci ildən Naxçıvan MR Mərkəzi Dövlət Arxivi adlandırılmışdır. Naxçıvandadır. Arxivdə 1832-2002 illərə aid 741 fond üzrə 260992 iş, 4410 kino, 83597 fotosənəd qorunub saxlanılır. Naxçıvan MR Dövlət Arxivində 19 əsrin əvvəllərindən başlayaraq son dövrləri də əhatə edən qiymətli sənədlər var.
Haqqında
redaktəXIX və XX əsrin əvvəllərinə aid sənədlər arasmda İrəvan quberniya idarəsinin, İrəvan quberniya və Qars vilayəti torpaq və əmlak idarəsinin, hərbi mükəlləfiyyətlərin şəhər və kənd işləri üzrə idarələrin Naxçıvan və Şərur-Dərələyəz polis idarələrinin, Naxçıvan notariatının, Culfa və Şahtaxtı gömrükxanalarının Qıvraq, Təzəkənd, Cananab, Cəhri, Şahtaxtı kredit cəmiyyətlərinin, Naxçıvan şəhər xəzinədarlığının arxivdə saxlanılan fondlarında kəndli iğtişaşlarından və üsyanlarından, dəyirmanlardan, sudan, otlaqlardan istifadə etməyə icazə verilməsi haqqında kəndlilərin müraciətlərindən, kəndli torpaqlarının bəylər tarifindan zorla ələ keçirilməsindən və mükəlləfiyyətlərin qoyulmasından, gömrük, pul-kredit əməliyyatlarından bəhs edən xeyli material vardır. Arxivdə Naxçıvanda Muxtar Respublikanın yaradılması uğrunda gedən mübarizəni əks etdirən qiymətli sənədlər qorunub saxlanılır. Naxçıvan Muxtar Respublikası Mərkəzi İcraiyyə Komitəsinin (MR MİK), Ali Sovetin, Xalq Komissarları Sovetinin (Nazirlər Sovetinin), müxtəlif nazirliklərin, komitələrin, dövlət idarələrinin, qəza, rayon icraiyyə komitələrinin və b. təşkilalların fondlarındakı sənədlərdə Muxtar Respublikada təsərrüfatın bərpası, sənaye və kənd təsərrüfatının inkişafı, şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, xalq təhsili və səhiyyənin inkişafı, əhali arasında mədəni-maarif işlərinin aparılması, adamların maddi və mədəni səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlər öz əksini tapmışdır. Arxivin kino-foto sənədləri Naxçıvanda aparılan işlərin vüsətini, savadsızlığın ləğvini, sənaye obyektlərinin tikilməsini, yolların çəkilməsini, şəhər, qəsəbə və kəndlərin inkişafım işıqlandırır.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Milli Ensiklopediyası" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-19.
Həmçinin bax
redaktəMənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. Elmi Mərkəzi. Bakı-2007. səh.731.