Nazikbas Comcexul - Wikipedia
Nazikbas Comcexul - Wikipedia - Haqqında Məlumat
Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Nazikbaş çömçəxul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Nazikbaş çömçəxul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəXəzərin endemik növüdür. Orta və Cənub Xəzərdə yayılıb.
Morfoloji əlamətləri
redaktəƏvvəlki növlərə nisbətən bədəni və başı az enlənmişdir. Başın eni uzunundan xeyli azdır (ortalama 71%), burnu gödək və girdədir. Başın üst tərəfində çökək yalnız gözlərin arasında nəzərə çarpır. Başın alt tərəfində dəri qırışlar və bığcıq adətən olmur. Başın səthi çılpaqdır.
Yaşayış yeri və həyat tərzi
redaktəSamurdan Abşerona qədər dənizin cənub-qərb sahillərində seyrək, Cənubi Xəzərin bütün qərb sahilində isə azsaylıdır.[2]
Çoxalması
redaktəDənizdə yaşayan balaca növlərdən olduğu üçün öyrənilmiyib.
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ "Arxivlənmiş surət". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-21.