Nazime Sultan - Wikipedia
Nazimə Sultan (14 fevral 1866, İstanbul – 9 noyabr 1947, Beyrut) — 32. Osmanlı padşahı Əbdüləzizin ikinci qızı.
Nazimə Sultan | |
---|---|
نظيم سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | Əbdüləziz |
Anası | Heyranıdil Qadınəfəndi |
Həyat yoldaşı | Əli Xalid bəy |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNazimə Sultan 1866-cı ildə Dolmabağça sarayında dünyaya gəlmışdır. Atası Sultan Əbdüləziz, anası isə onun dördüncü xanımı Heyranıdil xanım idi. 1890-cı ildə Sultan Əbdülhəmid onu digər bacıları Əminə Sultan və Saliha Sultanla birlikdə Ulduz sarayında evləndirdi. Əri isə İbrahim Dərviş Paşanın oğlu Əli Xalid bəy oldu. Cütlüyə sonrakı illərdə Nazimə Sultan sarayı adlanacaq yeni bir saray təsis edildi. Övladı olmayan Nazimə Sultanın Şövkət adlı bir övladlığı vardı.
1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra əriylə birlikdə Beyruta köçdü. Nazimə Sultan 1947-ci ildə burada vəfat etdi və Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn olundu.
Mənbə
redaktə- Barillari, Diana (January 1, 1996). Istanbul 1900: Art-nouveau Architecture and Interiors. Random House Incorporated. p. 88. ISBN 978-0-847-81989-8.
- Fanny Davis (1986). The Ottoman Lady: A Social History from 1718 to 1918. Greenwood Publishing Group. p. 158. ISBN 978-0-313-24811-5.