Nazim Ibrahimov Dovlet Xadimi 1963 - Wikipedia
Nazim Hüseyn oğlu İbrahimov (23 dekabr 1963, Nehrəm, Naxçıvan rayonu) — dövlət xadimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (2008–2018) və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (2002–2008) sabiq sədri.
Nazim İbrahimov | |
---|---|
19 noyabr 2008 – 23 aprel 2018 | |
Əvvəlki | komitənin adı dəyişdirilib |
Sonrakı | Fuad Muradov |
5 iyul 2002 – 19 noyabr 2008 | |
Əvvəlki | komitənin yaradılıb |
Sonrakı | komitənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 dekabr 1963 (60 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1963-cü ilin dekabr ayının 23-də Naxçıvan MSSR-in Babək rayonunda anadan olmuşdur[1]. 1970–1980-ci illərdə orta məktəbdə təhsil almışdır. 1980-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə mühəndis-mexanik ixtisası üzrə həmin institutu bitirmişdir. 1985-ci ildə Nəvahi "AES"-nin tikintisində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1985–86-cı illərdə Naxçıvan Elektronika zavodunda sahə ustası, 1986–1991-ci illərdə Naxçıvan Muxtar Vilayətində rəhbər vəzifələrdə işləmişdir.
1991–1997-ci illərdə biznes fəaliyyəti ilə məşğul olmuşdur. 1997-ci ilin mart ayından Azərbaycan Respublikasının Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1997-ci ilin sentyabrından eyni zamanda, Azərbaycanın Moldova və Polşadakı Fövqəladə və Səlahiyyətli Səfiri, 1999-cu ilin fevralından isə eyni zamanda Azərbaycanın Belorusiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrinə təyin edilmişdir.
2000-ci ildə 14 saylı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş və eyni zamanda 2002-ci ilin sentyabr ayınadək Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmişdir.
2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
2008-ci il noyabr ayının 19-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilmişdir.
Fövqaladə və Səlahiyyətli Səfir ranqı vardır. Beynəlxalq Kadrlar Akademiyasının müxbir üzvü, YAP üzvüdür.
Ailəlidir, iki övladı var.
İstinadlar
redaktə- ↑ Nazim Hüseyn oğlu İbrahimov Arxivləşdirilib 2018-06-29 at the Wayback Machine — diaspora.gov.az saytı