Nazim Hacibeyov - Wikipedia
Nazim Məmməd oğlu Hacıbəyov (8 fevral 1928, Bakı – 23 mart 2020, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).
Nazim Hacıbəyov | |||
---|---|---|---|
Şəxsi məlumatlar | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ | ||
Vəfat tarixi | (92 yaşında) | ||
Vəfat yeri | Bakı, Azərbaycan | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Anası | Cahan Talışinskaya | ||
İşləri və nailiyyətləri | |||
Əsas tikililəri | Gülüstan sarayı | ||
Mükafatları |
|
Həyatı
redaktəNazim Məmməd oğlu Hacıbəyov 1928-ci il fevral ayının 8-də Bakıda anadan olmuşdur. Onun atası Məmməd Hacıbəyov, anası isə Cahan Talışinskayadır.
1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitirmişdir. 1950–1960-cı illərdə Özbəkistan SSR-də işləmiş, onun layihəsi ilə Daşkənddə "Cağatay" istirahət evi, Fərqanədə "Fərqanə" mehmanxanası, Kislovodskda "Özbəkistan" sanatoriyası və s. binalar tikilmişdir.[1]
XX əsrin 60-cı illərinin axırlarından Bakıda işləmişdir. 1970–1983-cü illərdə Bakı şəhərinin planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun ("Bakıdövlətlayihə") direktoru, 1983-cü ildən Azərbaycan Memarlar İttifaqı İdarə Heyəti sədrinin birinci müavini olmuşdur. Əhmədli yaşayış massivinin tikintisi (müştərək layihə;1970–1972), Bakıda "Gülüstan" sarayı kompleksi (müştərək layihə; 1980) əsas işlərindəndir.[1]
Nazim Hacıbəyov 1956-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olmuşdur.[2]
Təltif və mükafatları
redaktə- "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
- Azərbaycan SSR Dövlət mükafatı — 1982 (Gülüstan sarayının layihəsinə görə)[2]
- "Şöhrət" ordeni — 19 aprel 2000[5]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003-cü ildən
Xatirəsi
redaktə24 fevral 2023-cü il tarixində Azərbaycan Memarlar İttifaqında Azərbaycanın Əməkdar memarı, “Şöhrət” ordeni kavaleri, Prezident təqaüdçüsü Nazim Hacıbəyovun xatirə gecəsi keçirilib. Gecəni Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq Nazim müəllimlə şəxsi tanışlığı ilə bağlı səmimi xatirələrini bölüşüb. Çıxış edənlər arasında Azərbaycanın Əməkdar memarları Afis Əmirxanov, Feyzulla Quliyev, Zülfüqar Məmmədov və müxtəlif illərdə görkəmli memarla birgə çalışmış bir çox insanlar vardı. Afis Əmirxanov öz çıxışında Nazim Hacıbəyovla “Gülüstan” sarayının layihəsi üzərində birgə işləməsindən və bu layihəyə görə Dövlət mükafatına layiq görülməsindən danışdı. O qeyd etdi ki, binanın layihələndirilməsi zamanı onlar yerli inşaatın klassik üslubunu rəhbər tutmuşdular.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 АСЕ, 1987
- ↑ 1 2 "Nazim Hacıbəyovun 90 illiyi". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-09.
- ↑ ""Gülüstan" sarayının memarı vəfat etdi". oxu.az. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2020.
- ↑ "Nazim Hacıbəyov vəfat etdi". Mediatv.az informasiya portalı. 2024-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-01.
- ↑ "Текст указа президента Азербайджанской Республики № 321 от 19 апреля 2000 года" (az.). e-qanun.az. 2021-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-20.
- ↑ "Nazim Hacıbəyovun xatirə gecəsi". uaa.az.
Mənbə
redaktə- Назим Мәммәд оғлу Һаҹыбәјов // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 147.
- Эфендизаде, Рена Махмуд кызы. Архитектура Советского Азербайджана. М.: Стройиздат. 1986.