Nazim Penahov - Wikipedia
Nazim Adil oğlu Pənahov (6 dekabr 1971) — professor, tibb elmləri doktoru, əməkdar həkim. Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru (2024).
Nazim Pənahov | |
---|---|
Nazim Adil oğlu Pənahov | |
Doğum tarixi | 6 dekabr 1971 (53 yaş) |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları |
Həyatı
redaktəNazim Pənahov 6 dekabr 1971-ci ildə anadan olub. 1978–1988-ci illərdə Bakı şəhəri 31 saylı orta məktəbdə oxuyub və 1988-ci ildə oranı "Qızıl Medal" ilə bitirib.
Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakültəsinə daxil olub, oxuduğu müddətdə N. Nərimanov adına təqaüd alıb, 1993-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
Elmi fəaliyyəti
redaktə1993–1995-ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında klinik ordinator, 1996–1999-cu illərdə aspirant, 2000–2008-ci illərdə assistent, 2008–2016-cı illərdə dosent vəzifələrində çalışıb. 2017-ci ildən kafedranın professoru və Ortopedik stomatologiya kafedrasının müdiridir.
2003-cü ildə "Diş-çənə anomaliyaları zamanı parodont xəstəliklərinin ortopedik müalicəsi" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adını alıb.
2014-cü ildə "Azərbaycan Respublikasında yeniyetmələr arasında diş-çənə anomaliyalarının və deformasiyalarının epidemiologiyası, ortodontik və ortopedik yardıma ehtiyacın öyrənilməsi, kompleks müalicə və profilaktika tədbirlərinin əsaslandırılması" mövzusunda dissertasiya işini müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsini alıb.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını alıb.
Azərbaycan Peşəkar Ortoped Stomatoloqlar İctimai Birliyinin həmtəsisçisi və İdarə heyətinin üzvüdür.
Dövlət İmtahan Mərkəzinin "Ortopedik stomatologiya" ixtisası üzrə eksperti, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tibb və əczaçılıq elmləri üzrə ekspert şurasının" üzvüdür.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 11 mart 2019-cu il tarixli əmri ilə Səhiyyə Nazirliyinin baş stomatoloqu təyin edilib.
2023-cü ilin yanvar ayından Belarus Respublikasında dərc olunan beynəlxalq "Стоматология. Эстетика. Инновации" jurnalının baş redaktorudur.
Çap olunmuş 200-dən artıq elmi işin, o cümlədən Azərbaycan, ingilis və rus dillərində 11 dərslik, 1 dərs vəsaiti, 1 tədris-metodik vəsait, 3 səmərələşdirici təklifin müəllifidir. Rəhbərliyi altında 8 nəfər tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə ediblər.
Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülüb.
07 noyabr 2016-cı ildən 11 oktyabr 2024-cü ilədək Azərbaycan Tibb Universitetinin Elmi katibi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Səhiyyə Nazirinin 12 oktyabr 2024-cü il tarixli əmri ilə Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.[1]
Məqalələri
redaktə- Parodont xəstəliklərinin ortopedik müalicəsi". Dərs vəsaiti. Z. İ. Qarayev, Bakı. "Nurlan" nəşriyyatı, 2001
- "Ortopedik stomatologiya". Dərslik. Z. İ. Qarayev, Bakı. "Oskar" nəşriyyatı. 2008.
- "Diş — çənə anomaliya və deformasiyalarının müalicə xüsusiyyətləri". Tədris-metodik vəsait. Bakı. "Təbib" nəşriyyatı. 2009.
- Кариес зубов у подростков с зубочелюстными аномалиями в Азербайджанской Республике. Российский стоматологический журнал. Москва, 2014, № 1, с. 52–53.[2]
İstinadlar
redaktə- ↑ olunmalıdır, «Tibb qəzeti» Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı. "Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Tibbqazeti.az (rus). https://amu.edu.az/page/96/tedris-ve-mualice-isleri-uzre-prorektor. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ Azərbaycan Tibb Universiteti [ölü keçid]