Nazim Qarayev - Wikipedia
Nazim Qarayev (Qarayev Nazim Əliheydər oğlu; 6 mart 1927[2], Bakı) — fizika‑riyaziyyat elmləri doktoru, professor. "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsinin baş elmi işçisi.
Nazim Qarayev | |
---|---|
Qarayev Nazim Əliheydər oğlu | |
| |
Doğum tarixi | 6 mart 1927[2] (97 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Atası | Əliheydər Qarayev |
Elm sahələri | Tədqiqat və inkişaf[1], Geofizika[1] |
Elmi dərəcəsi | fizika‑riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | "Geoloqorazvedka" Elmi‑İstehsalat Müəssisəsi |
Mükafatları |
|
Həyatı
redaktəQarayev Nazim Əliheydər oğlu 1927-ci il martın 6-da Bakıda anadan olub. Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. 1950–1955-ci illərdə Leninqradda "Geofizuqlerazvedka" trestinin texniki rəhbəri, sonra isə seysmik və kompleks partiyanın baş mühəndisi vəzifəsində işləyib. 1955-ci ildən N. Qarayev Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun (ÜİETGİ) Leninqrad filialında nöqtəvi seysmik zondlama metodu ilə regional tədqiqatlar geofiziki partiyasının texniki rəhbəri, sonra isə seysmik laboratoriyanın rəhbəri olub, 1961-ci ildə bu laboratoriya Ümumittifaq Geoloji Kəşfiyyat İnstitutuna (ÜİGKİ) köçürülüb. 1956–1959-cu illərdə N. Qarayev öz müəllimləri – görkəmli alimlər İ. S. Berzon və İ. P. Kosminskayanın təkidi ilə Leninqrad Dağ-Mədən İnstitutunun aspiranturasında təhsilini davam etdirib.[3]
Təltif və mükafatları
redaktə- "Rusiya Federasiyasının Əməkdar Elm və Texnika Xadimi" (1994)[4]
- "Əməkdə fərqlənməyə görə" medalı
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Karajev, Nazim, Aligejdarovič // Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 http://eurasian-defence.ru/?q=node/16997.
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
- ↑ "«И дым Отечества нам сладок и приятен»". 2012-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-02.