Nedorazumeniya Adasi - Wikipedia
Nedorazumeniya adası — Oxot dənizində, Tayski körfəzində qərarlaşan ada. Materiklə arasında məsafə 3 km, Maqadan şəhəri ilə arasında məsafə isə 20 km təşkil edir. İnzibati cəhətdən Maqadan vilayəti Olski rayonu ərazisinə daxildir. Adada daimi yaşayış yoxdur. Adanın sahəsi 4.5 km²-dir. Ada təqribi olaraq 8–9 min il öncə dənizin içərisinə daxil olan yarımadanın bir parçası olmuşdur. Formalaşması isə 7 min il öncəyə aid edilir. Adaya dəniz istiqamətdən baxdıqda materikin bir parçası olması təssüratını yaradır. 1910-cu ilə qədər adanı bu səbəbdən xəritəyə salmamışdırlar. Bu anlaşılmazlıq səbəbindən ada bu cür adlandırılmışdır. Ada üzərini daş tozağacılar basaraq hətta pkatoların üzərini belə basmışdır. Burada 213 növ bitki yayılmışdır. Zəngin yengəc ehyiyyatları olmasına baxmayaraq qanunsuz ovlanmaya məruz qalır. 1961-ci ildə adada neolit dövrünə aid arxeoloji tapıntılar aşkarlanmışdır. 1990-cı ilə qədər adada Tayski balıqçılıq zavodu olmuşdur. Hazırda turistik baza rolunu oynayır[1].
Nedorazumeniya adası | |
---|---|
rus. Остров Недоразумения | |
Ümumi məlumatlar | |
Sahəsi | 4.5 km² |
Hündür nöqtəsi | 251 m |
Əhalisi | 0 nəfər (2008-ci il) |
Yerləşməsi | |
59°35′ şm. e. 152°00′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
|
İstinadlar
redaktə- ↑ Турбазе на острове Недоразумения у берегов Колымы угрожают браконьеры и местные жители Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine // "ОТР", 26 августа 2015