Nelson Adasi - Wikipedia
Nelson Adasi - Wikipedia - Haqqında Məlumat
Nelson adası (ing. Nelson Island), həmçinin Leypsiq — Cənubi Şetland adaları qrupuna daxil olan ada.
Nelson adası | |
---|---|
ing. Nelson Island | |
| |
Ümumi məlumatlar | |
Sahəsi | 132 km² |
Uzunluğu |
|
Eni | 11 km |
Hündür nöqtəsi | 150 m |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
62°18′00″ c. e. 59°03′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Arxipelaq | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kinq-Corc adasından cənub-qərbində yerləşir. Adadan 400 metrlik boğazla ayrılır. Robert adasından isə eni 10 km olan Nelson boğazı ilə ayrılmışdır. Antarktidadan 110 km məsafədə yerləşir. Ada 20 km uzunluğa və 11 km enə malikdir[1]. Onun sahəsi 192,1 km²[2] təşkil edir. Ərazisinin 90 % buzla örtülüdür. Qərb qutaracağı və şimal-şərqi buzdan azad olur. Adada Çexiyaya məxsus olan Eco-Nelson qütb stansiyası yerləşir.
İstinadlar
redaktə- ↑ John Stewart: Antarctica — An Encyclopedia. Bd. 2, McFarland & Co., Jefferson und London 2011, ISBN 978-0-7864-3590-6, S. 1091
- ↑ "UNEP Islands". 2013-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-06.