Neytron - Wikipedia
Neytron yükə malik olmayan elementar hissədir. Neytronlar protonla birlikdə atom nüvəsini əmələ gətirir və bu iki hissə ümumi şəkildə nukleon adlandırılır. Neytron barionlar sinfinə aiddir.
Neytronun kəşfi (1932) fizik C.Çedvikə mənsubdur. O bu kəşfi üçün 1935-ci ildə Nobel mükafatına layiq görülmüşdür.
Sərbəst neytronun kütləsi 939,6 MeV-dır. Bu protonunkundan 1,3 MeV böyükdür. O, elektrik yükü daşımır, ancaq zəif maqnit momentinə malikdir. Birləşmiş hissəcik kimi neytron genişlənmiş formadadır və onun diametri 1,5 · 10−15 m-dir. Neytronun ömrü təxminən 886 saniyə (15 dəqiqə) çəkir. Bununla neytron başqa qeyri stabil elementar hissəciklərə nisbətən ən çox yaşayanıdır.
Neytron bir yuxarı kvarkdan və iki aşağı kvarkdan ibarətdir.
Neytronların həssas kütləsi
redaktəNeytronlar 1,67 · 10−24 qram dəyərində sabit bir kütləyə sahibdirlər. Əgər neytronun kütləsi bu gün olduğundan 2% daha çox olsaydı neytronlar qısa müddət içində dağılar və atomlar qərarsız bir quruluşa sahib olardı.
Bu vəziyyətdə həyat üçün lazımlı heç bir element var ola bilməz, kainatdakı tək element yalnız hidrogen olardı. Digər tərəfdən, neytronun kütləsi normalda olduğundan azca yüngül olsaydı, bu səfər protonlar sabit olmayan bir quruluşa sahib olardılar.
Bu vəziyyətdə protonların kütləsi nüvə içindəki neytronların kütləsindən daha çox olardı və protonlar pozularaq neytronlara çevrilərdilər.
Fiziklər, neytronun kütləsini indi olduğundan mində 2 nisbətində az olması vəziyyətində, bugünkü quruluşda atomların var olmasının qeyri-mümkün olacağı qənaətindədirlər.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |