Nicat Kazimov Aktyor - Wikipedia
Nicat Mirəziz oğlu Kazımov (17 iyun 1972, Dəvəçi) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti (2013).
Nicat Kazımov | |
---|---|
Doğum tarixi | 17 iyun 1972 (52 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, kinorejissor, rejissor |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID2928939 |
Həyatı
redaktəNicat Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır.[1] Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.
2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib[2].
Şəxsi həyatı
redaktəAiləlidir. Mirsənan (1998) və Mirismayıl (2002) adlı iki oğlu var.
Mükafatları
redaktə25 iyun 2013-cü ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə[3], 9 may 2018-ci ildə[4], 10 may 2019-cu ildə[5], 7 may 2021-ci ildə[6] və 10 may 2022-ci ildə[7], 6 may 2023-cü ildə[8] Prezident Mükafatına layiq görülmüşdür.
2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.[9]
14 avqust 2019-cu ildə "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. 2021-ci ildə bir daha "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub. 2022-ci ildə "Şücaətə görə" və "Nizami" medalları ilə təltif olunub.
Quruluş verdiyi tamaşalar
redaktə- Nicat Kazımov. Tık-tık və Tuk-tuk (1996);
- Nicat Kazımov. Cənnətin üç alması (1997);
- Nicat Kazımov. Qırmızı papaq (1998);
- Samuil Marşak. Кошкин дом (rus bölməsi) (1999);
- Nicat Kazımov. Ələddinin sehirli çirağı (2000);
- Nizami Gəncəvi. Xeyir və Şər (2001);
- Rəsul Rza. Ana qaz (2001);
- M. Haqverdiyev. Ah qadınlar, qadınlar (2002);
- M. Haqverdiyev. О женшины, женшины (rus bölməsi) (2002);
- Nicat Kazımov. Золушка (rus bölməsi) (2003);
- Əbdürrəhim bəy Haqverdiyev. Pəri cadu (2007);
- Nicat Kazımov. Çəkməli pişik (2008);
- Samuil Marşak. Pişiyin evi (2009);
- Blangi Marvin. Yatmış gözəl (2010);
- Eduardo De Filippo. Kabuslar (Milli Akademik dram teatrı) (2011);
- Mate Vişnek. Qoca kloun (2012);
- Kamran Ağabalayev, Nicat Kazımov. Hekayəti şahzadeyi Xəzər (2012).
- Rey Kuni "Zorən şorgöz" (Milli akademik dram teayrı) (2013)
- Abdulla Şaiq "Danışan gəlincik" (2013)
- Yevgeni Şvarts "Kölgə" (Milli Akademik dram teatrı) (2014)
- "Qoğal" nağıl tamaşa (2014)
- "Çirkin ördək balası" (2015)
- "Tarixin canlı səhifələri −1 " (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014
- "Tarixin canlı səhifələri −2 " Qadın Hökmdarlar (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2014
- "Tarixin canlı səhifələri −3 " 1941–1945 (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015
- Əziz Nesin. "Öldür məni, can-ciyər" (Qaqauz Milli Teatrı, Moldova, 2016)[10]
- "Sarı gəlin" (tarixi rekanstruksiya) Gənclər və idman nazirliyi 2015
- Məhəmməd Füzuli. "Leyli və Məcnun" (2016)[11]
- "Bremen musiqiçiləri" Azərbaycan və Rus dillərində 2018
- E. Şmit "Tanrıya 14 məktub" 2019
- windsor horse show 2018–2019–2021 — 2022
- Tələbə baharı "NƏSİMİ" 2019
- Möcüzəli pillələr" 2019
- Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş "Yenilməzlər" adlı şou — 2019
- "Sindibad" 2019
- "Sindibad" rok opera 2018
- Eduardo de Filippo "Filumena Marturano" — (Milli Akademik dram teatrı) (2021)
- A. P. Çexov "Qağayı" — (Gənc tamaşaçılar teatrı) (2022)
- Şuşada keçirilən 1-ci Beynəlxalq Kulinariya festivalı (2022)
- Şuşada keçirilən Vaqif poeziya günləri "Əsr lərin sədası" (2022)
- İlqar Fəhmi "Balaca Kİşilər"(Milli Gənc Tamaşaçılar Teatrı) (2023)
- "Göyçək Fatma" - (Akademik Milli Dram Teatrı) (2023)
- "El bilir ki, sən mənimsən" Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir (Milli Gənc Tamaşaçılar Teatrı) (2023)
- "Qorqud Ata" Film festivalının bağlanışı - (2023)
- Ədəbiyyat Formunun Açılışı - (2023)
- "Gerçəkləşməyən arzular" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
- "Xıdır Nəbi" - (H. Əliyev Sarayı) (2024)
- "Zəfərin 4 anı" - (H. Əliyev Sarayı) (2024)
- P. Seyidli "Ümid Nəğməsi" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
- A. Şaiq "Tık-tık xanım" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
- Türksoyun Tələbə tamaşaları festivalının açılış və bağlanış tədbirləri (2024)
- "Bir qalanın Sirri" - (Akademik Milli Dram Teatrı) (2024)
- İ. Fəhmi - "Qızım Qızılım" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
- Bomarşe - "Fiqaronun Toyu" - (Milli Gənc Tamaşaçılar Teatrı) (2024)
Filmoqrafiya
redaktə- Spasibo (film, 1998) - Aktyor: Abbasəli
- Mən sənin dayınam (film, 2001)
- Cavanşir (film, 2002) - Film səsləndirən: Tarix müəllimi;Əlibala
- Bir anın həqiqəti (film, 2003) - Aktyor: Eldar Əliyev
- Sonuncu şahid (film, 2004) - Aktyor: Kapitan Sərvətov
- Qızlar (film, 2007)
- Sirat körpüsü (film, 2007)
- Daş atan (film, 2009)
- Qağayı (film) (Polşa filmi)
- Tahirənin intiqamı (teleserial)
- 100 kağız (film, 2015)
- "Əli və Nino" çoxseriyalı film (Naxararyan obrazı)
- "QUL" (film 2019)
İstinadlar
redaktə- ↑ İctimai TV. "Məşhurların ilk dərs günü" (az.). Youtube.com. 15.09.2023. İstifadə tarixi: 2023-09-15.
- ↑ Həmidə. ""Yaşanan yarım əsr"" (az.). "Mədəniyyət" qəzeti. 31.03.2023. 2020-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.05.2017. 2017-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 09.05.2018. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2019. 2019-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-10.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
- ↑ ARB 24. "Mədəniyyət xəbərləri (22.05.18)" (az.). Youtube.com. 22.05.2018. İstifadə tarixi: 2018-05-22.
- ↑ Ülviyyə Həsənqızı. "Azərbaycanın əməkdar artisti Moldovada tamaşa hazırlayıb" (az.). Report.az. 17.08.2016. 2016-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.
- ↑ Lider TV. ""Leyli və Məcnun" yeni quruluşda təqdim olundu" (az.). Youtube.com. 05.12.2016. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.