Nigella - Wikipedia
Bitkinin adı toxumlarının parlaq qara rənginə görə verilmişdir. Bu cinsə 20 növ daxildir. Azərbaycanda 5 növü bitir. Onlardan ikisi gülçülükdə geniş istifadə edilir. Dəməşq qaraçörəyi (N.damasceana) yabanı halda Avropada, Asiyada və Afrikada bitir. Hündürlüyü 60 sm-ə qədər çatır, lələkvari yarpaqlı və müxtəlif rəngli gülləri olan budaqlı bitkidir. 1542-ci ildən yaşıllaşdırmada istifadə olunur. Çoxsaylı sortları vardır. İspan qaraçörəyi (N.hispanica) yaşıllaşdırmada çox da geniş yayılmamışdır. Bu bitkinin vətəni Şimali Afrika və İspaniyadır. 1596-cı ildən yaşıllaşdırmada onun müxtəlif sortlarından istifadə olunur. Nigella toxumları həmin bitkinin yaxınlığında külək vasitəsilə yayılaraq çoxalır. Bu bitkinin toxumları çox olur. Kəsilmiş qaraçörək uzun müddət suda qalır. Bu bitki növündən yaşıllaşdırmada, çəpərlərin salınmasında istifadə olunur.
Qaraçörəkotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Qaraçörəkotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbabətdə
redaktəƏkin qaraçörəkotu (lat. Nigella). Bu bitki Azərbaycannın Qarabağ və Qazax-Borçalı zonalarında geniş yayılmışdır. Qaraçörəkotunun toxumları Azərbaycan kulinariyasında və təbabətində qədimdən istifadə edilir.
Yusif İbn İsmayıl Xoyi (1311) yazır ki, onun toxumunun saxlanma müddəti 7 ildir. Qaraçörəkotu həliminin buxarla inqalyasiyası zəhərli həşaratlar dişləyəndə, kolit, sinə ağrıları, öskürək, qanlı qusma və ürək bulanmasında xeyirlidir. Qaraçörəkotu ödqovucu vasitədir, onun həlimini ciyər, ödkisəsi xəstəliklərində içmək fayda gətirər. Əgər hər səhər qaraçörəkotu həlimini zeytun yağı ilə içsən, bu, üzə təravət verər. Qaraçörəkotu həliminin sirkə ilə qarışığı bağırsaqdan qurdları çıxardır. 9 q qaraçörəkotu toxumunu 16 q suda qaynadaraq 3 gün içirlər – bu böv (zərərli hörümçək növü) dişləyəndə kömək edir. Titrəmə və qızdırmada qaraçörəkotu iskəncəbin (bal və sirkənin qaynanmış qarışığı) ilə xeyirlidir. Qaraçörəkotu həlimini bal suyu ilə böyrəklərdə və sidik kisəsində daşlara qarşı istifadə etmək olar. Qaraçörəkotu çiçəyini mərhəm şəklində babasilin üzərinə qoyurlar. Əzilmiş qaraçörəkotu toxumunun sirkə ilə isladılmış sarğısı baş ağrılarında və revmatizmdə kara gəlir. Həliminin dozası – 6,2 q qədər, yağının – 3,1 q qədərdir. Onu anis və şüyüd əvəz edir.
İbn Sina yazır ki, qaraçörəkotunu soda ilə içsən, astmada xeyirlidir. Mərhəm şəklində dəmrovu, qoturluğu müalicə edir və şişləri özünə çəkir.
Məhəmməd Yusif Şirvani yazır: "Əgər qaraçörəkotu toxumunu azca sirkədə qaynadaraq onunla ağzını yaxalasan, bu, diş ağrısını dayandırar. Sınaqdan keçib" (60,41 s). "Hər kəs qaraçörəkotunun toxumunu əzərək, balla qarışdırsa və hər gün 3 q bu qarışıqdan acqarnına qəbul etsə, revmatizmdən xilas olunar" (60, 97 s).
Tibet həkimləri qaraçörəkotu həlimini ciyər xəstəliklərində və qusma zamanı məsləhət görürlər. Hind təbabətində qaraçörəkotu zirəni əvəz edir. Hind və Seylon həkimləri bu bitkini bağırsaqda qaz əmələ gəldikdə və iştahgətirici vasitə kimi məsləhət görürlər.
Xalq təbabətində qaraçörəkotu toxumu bağırsaqlarda qaz yığıldıqda, qurda qarşı və sarılıqda istifadə edilir. Fransada qaraçörəkotu toxumlarını qara istiotu əvəz edir.
Qəbuletmə qaydası belədir: bir litrə suda 10 q toxumu bişirərək gündə 3 dəfə səhər, gürdüz və axşam içirlər. Isti dəmi: 0,5-1 q toxumun üzərinə 3 stəkan qaynar su tökərək, stəkanla gündə 3 dəfə qəbul etmək lazımdır (54, 181 s.).
MÜASİR TİBB ELMİ. Qaraçörəkotu qazları yox edir, yüngül işlətmə təsirini göstərir, qurdları çıxardır. Müasir tədqiqatlar nəticəsində müəyyən edilib ki, əkin qaraçörəkotu toxumu mikrobların inkişafının qarşısını alır. Toxumundan alınmış timoxinon ödqovucu nigelon isə spazmagötürücü xüsusiyyətə malikdir (54, 181 s).
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 238. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 534.