Nihad Erim - Wikipedia
İsmayıl Nihad Erim (1912[1][2][…], Kandıra[d], Kocaeli ili – 19 iyul 1980[1][2][…], Qartal[d], İstanbul ili və ya İstanbul) – Türkiyəli siyasətçi və hüquqşünas. O, 1971-ci ildə Türkiyə hərbi memorandumundan sonra təxminən 14 aya yaxın müddətdə Türkiyənin 13-cü Baş naziri olaraq çalışıb. O, 1980-ci ildə İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası/Cəbhəsi tərəfindən öldürülüb.
Nihad Erim | |
---|---|
türk. Nihat Erim | |
Türkiyənin 13-cü Baş naziri | |
26 mart 1971 – 2 mayıs 1972 | |
Prezident | Cövdət Sunay |
Seçki dairəsi | 1943 – Kocaeli 1946 – Kocaeli 1961 – Kocaeli 1965 – Kocaeli 1969 – Kocaeli |
Əvvəlki | Süleyman Dəmirəl |
Sonrakı | Fərid Sədi Mələn |
Türkiyə Baş nazirinin müavini | |
16 yanvar 1949 – 22 may 1950 | |
Baş nazir | Şəmsəddin Günaltay |
Əvvəlki | Faiq Əhməd Barıtçı |
Sonrakı | Səməd Ağaoğlu |
Türkiyənin İctimai İşlər naziri | |
10 iyun 1948 – 16 yanvar 1949 | |
Baş nazir | Həsən Saka |
Əvvəlki | Qasım Gülək |
Sonrakı | Həsən Şövkət Adalan |
Türkiyə Böyük Millət Məclisinin 7, 8, 12, 13 və 14-cü dövr deputatı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1912[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 iyul 1980[1][2][…] |
Vəfat yeri |
|
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d], jurnalist, diplomat |
Uşağı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və təhsili
redaktəNihad Erim Rəif Erim və Məcidə Erimin övladı olaraq Türkiyənin Qocaəli vilayətinin Kandıra qəsəbəsində doğulub. Qalatasarayda orta məktəbi bitirib. 1936-cı ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra o, 1939-cu ildə Parisdə Hüquq fakültəsində doktorluq dərəcəsində təhsil alıb. Sonra Türkiyəyə qayıdıb və 1939-cu ildə dosent və 1942-ci ildə isə Ankara Universitetinin Hüquq fakültəsinin professoru olub. O, 1943-cü ildə hələ universitetdə oxuduğu müddətdə Türkiyə Xarici İşlər Nazirliyinə hüquq məsləhətçisi təyin edilib. Həmçinin o, 1945-ci ildə San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının yaradılmasına dair konfransda Türkiyə komitəsində məsləhətçi olaraq çalışıb. Həmin il o, TBMM-də Qocaəli vilayətinin nümayəndəsi seçilib və parlamentdəki Cümhuriyyət Xalq Partiyası qrupuna qoşulub. 1949-cu ildə o, ictimai işlər naziri, sonra isə Baş nazirin müavini vəzifəsində çalışıb.
Nihad Erim Kamilə Erim ilə evlənib və bu evlilikdən İşıq Erim və İşıl Önalp adlı iki övladı var. Onun beş nəvəsi və on nəticəsi var.
Siyasi karyerası
redaktə1950-ci ildə CXP seçkilərdən sonra parlamentdəki çoxluğu itirdiyi zaman o, da vəzifəsini itirib, "Ulus" qəzetinin baş siyasət redaktoru və aparıcı yazıçısı olub. Həmin media orqanı hökumət tərəfindən bağlandıqdan sonra Nihad Erim 1953-cü ildə özünün "Yeni Ulus – Xalqçı" qəzetini nəşr etməyə davam edib. 1956-cı ildə o, İngiltərənin paytaxtı Londonda Kipr ilə bağlı danışıqlarda iştirak edib. Eyni ildə o, Avropa İnsan Hüquqları Komissiyasının Türkiyə üzvü seçilib və 1962-ci ilədək bu vəzifədə xidmət edib. Sürix və London razılaşmalarından sonra o, 1959-cu ildə Kipr Konstitusiyasının hazırlanmasında Türkiyə komitəsinə rəhbərlik edib. Daha sonra Nihad Erim BMT-də Kiprlə bağlı gələcək danışıqlarda Türkiyə komitələrinə hüquqi məsləhətlər verməyə davam edib.
1960-cı ilin hərbi çevrilişindən sonra o, yenidən seçilərək TBMM-də Qocaəli təmsilçisi və CXP qrupunun rəhbəri vəzifəsində çalışıb. O, CXP lideri İsmət İnönüyə qarşı çıxan daxili çəkişmələrin mərkəzlərindən biri olub. Bu münaqişə onun 1962-ci il partiyadan uzaqlaşdırılması ilə nəticələnib. Daha sonra Nihad Erim ikinci ən böyük səs toplayaraq partiyanın idarə heyətinə yenidən seçilib və beləliklə təkrar partiyaya qoşulub. O, 1961–1970-ci illər ərzində Avropa Şurasında Türkiyə təmsilçisi olaraq çalışıb və 1961-ci ildə isə baş katibin müavini seçilib. 1969-cu ildə Niderlandın Haaqa şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasının üzvü təyin edilib. 1971-ci il 12 martda Türkiyədə bir çox siyasi zorakılıqdan və memorandumla çevrilişdən sonra ordu Baş nazir Süleyman Dəmirəli istefaya məcbur edib. Nihad Erimə hələ universitetdə təhsil aldığı müddətdə ordunun güclü təsiri altına düşən Milli Təhlükəsizlik Şurası tərəfindən Cümhuriyyət Xalq Partiyasındakı vəzifəsindən geri çəkilmək tövsiyə edilib.
Baş nazirlik dövrü
redaktəNihad Erim 1971-ci il 26 martda neytral və texnokratik baş nazir kimi 1973-cü ildəki seçkilərə qədər bir sıra zəif hökumətlərdən birincisi olan "milli birlik" koalisiya hökuməti yaratmaq üçün təyin edilib. İşlədiyi müddətdə Türkiyədə başqa millətlərin yaşadığını qəbul etməyib və ölkədəki kürd əhalisi sıxışdırıb. 3 dekabr 1971-ci ildə kabinetinin on bir texnokrat naziri bir orqan olaraq istefa verdikdə Erim də istefa verməyə məcbur olub, lakin o, Prezident Cevdət Sunay tərəfindən yenidən təyin olunub və 1971-ci il dekabrın 11-də isə ikinci kabinetini formalaşdırıb.
Nihad Erimin baş nazirliyi dövründə Türkiyə siyasətinə verdiyi mühüm töhfə Mədəniyyət Nazirliyini (indiki Mədəniyyət və Turizm Nazirliyi) yaratmaq olub. Hansı ki, bu nazirlik əvvəllər Təhsil Nazirliyinin daxilində sadəcə bir şöbə olaraq fəaliyyət göstərib. O, yeni yaradılan nazirliyə jurnalist, yazar Tələt Halmanı nazir təyin edib. 1971-ci ilin iyununda ABŞ-nin təzyiqi altında tiryək yığımını qadağan etməsi onun hökumətində mübahisələrə səbəb olub.
Sui-qəsd
redaktə15 iyul 1979-cu ildə evinə partlayıcı maddə atılıb, amma zərər görməsə də, bir il sonra 1980-ci il 19 iyulda İstanbulun Draqos şəhərində Dəniz klubunun önündə İnqilabçı Sol yaraqlıları tərəfindən təşkil edilən sui-qəsd nəticəsində öldürülüb.[3] Onun ölümü bütün Türkiyəyə böyük təsir edib. Sui-qəsdin arxasında duran motiv Nihad Erimin baş nazir olduğu müddətdə biri Dəniz Gəzmiş olmaqla üç solçu məhkumun edamının parlament tərəfindən təsdiqlənməsi ilə əlaqədar olduğu bildirilib. O, 22 iyulda 1980-ci ildə vida mərasimindən sonra Zəncirliquyu qəbiristanlığında dəfn edilib.[4] Erimin sui-qəsdi 1970-ci illərin sonunda Türkiyədə solçu Marksist və sağçı ultramillətçi qruplar arasında siyasi zorakılıq dalğasının bir hissəsi olub.
Kitabları
redaktə• Le Positivisme Juridique et le Droit International (Məhkəmə pozitivizmi və beynəlxalq hüquq), 1939
• XVII. Yüzyıldan Zamanımııza Kadar Tabii Hukuk Nazariyeleri (XVII əsrdən bugünədək təbii hüquq nəzəriyyələri), 1940
• Amme Hukuku Dersleri (İctimai hüquq dərsləri), 1941
• Devletlerarası Amme Hukuku (Dövlətlərarası ictimai hüquq), 1944
• Siyasi Tarih ve Devletlerararası Hukuk Metinleri (Siyasi tarix və dövlətlərarası hüquq mətnləri), 1953.
Sələfləri Süleyman Dəmirəl |
Türkiyənin 13-cü Baş naziri 26 mart 1971 - 22 may 1972 |
Xələfləri Fərid Sədi Mələn |
Sələfləri Faiq Əhməd Barıtçı |
Türkiyə baş nazirinin müavini 16 yanvar 1949 - 22 may 1950 |
Xələfləri Səməd Ağaoğlu |
Sələfləri Qasım Gülək |
Türkiyənin İctimai İşlər naziri 10 iyun 1948 - 16 yanvar 1949 |
Xələfləri Həsən Şövkət Adalan |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Nihat Erim // Encyclopædia Britannica (ing.).
- ↑ "Arxivlənmiş surət". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-13.
- ↑ Meydan-Larousse Büyük Lügat ve Ansiklopedisi, Cilt:4 s.319. Meydan Yayınevi, İstanbul.