Nikaraqua Kanali - Wikipedia
Nikaraqua kanalı — Nikaraquada, Atlantik okeanı və Sakit okean arasında əhəmiyyətli su yolunu təşkil edən irəli sürülən kanal layihəsi.[1]
Nikaraqua kanalı | |
---|---|
Canal de Nicaragua | |
| |
Axdığı yerlər | Nikaraqua |
Giriş | Sakit okean |
Mənsəb | Atlantik okeanı |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBelə bir su yolunun inşası ilk dəfə erkən müstəmləkə dövründə təklif edilmişdir. Həmin təklifdə San Xuan çayından Nikaraqua gölünə bir giriş yolu olaraq istifadə etmək nəzərdə tutulmuşdur. XIX əsrdə III Napoleon, bu su yolu ilə əlaqədar bir məqalə də qələmə almışdı. Panama kanalındaki fransız hissələrini satın aldıqdan sonra ABŞ, Nikaraqua planından imtina etmişdir.
2013-cü ilin iyununda Nikaraqua Parlamenti, “Hong Kong Nicaragua Canal Development Investment Company” (HKND Group) adlı şirkətə 50 illik imtiyaz verən qanun layihəsini qəbul etdi.[2][3][4][5][6][7] Belə ki, yaxın 50 ildə layihədən əldə olunan gəlirdən istifadə etmək hüququ bu şirkətə məxsus olacaq.[1]
Kanal istifadəyə başlandığında imtiyaz müddəti 50 il daha uzadıla biləcək.[8] Layihənin dəyəri 50 milyard dollar həcmində qiymətləndirilir.[1] Kanal inşasına 2014-cü ilin dekabrında başlanmışdır. 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdu.[1]
HKND Group 2018-ci ilin fevral ayında, Nikaraqua əhalisinin etirazlarına görə layihəni tamamilə dayandırdığını açıqlayıb.[9]
Faydası
redaktəBu kanalın sayəsində yüklərin Amerika, Avropa və Asiya arasında su yolu ilə daşınmasına çəkilən xərclər üç dəfəyədək azalacaq.[1]
Ehtimal olunur ki, tikinti müddətində ölkədə 200 min yeni iş yeri yaranacaq. Kanal istismara verildikdən sonra isə 50 min nəfər işlə təmin olunacaq.[1]
Əleyhdarları
redaktəLayihənin əleyhinə olanlar hesab edirlər ki, kanalın çəkilişi ciddi ekoloji risklər doğuracaq və ətraf mühitə ağır zərər vuracaq.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Nikaraquada okeanlararası kanalın çəkilməsinə başlanılıb Arxivləşdirilib 2019-07-24 at the Wayback Machine. azertag.az, 24.12.2014 (az.)
- ↑ "Nicaragua canal plan not a joke - Chinese businessman". 2013-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "Nicaragua taps China for canal project". 2018-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "Nicaragua signs memorandum with Chinese company to build a canal between two oceans". 2017-10-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "Nicaragua fast-tracks Chinese plan to build canal to rival Panama". 2013-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "Nicaragua gives Chinese firm contract to build alternative to Panama Canal". 2013-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "Nicaragua Congress approves ocean-to-ocean canal plan". 2013-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ "Nicaragua Revives Its Canal Dream". 2013-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-22.
- ↑ China Sets Its Sights on South America Arxivləşdirilib 2018-04-24 at the Wayback Machine. Seth Cropsey, The American Interest. Quote: "China has abandoned its attempts to construct a Nicaraguan Canal to compete with its Panamanian counterpart."