Nikel Esasli Erintiler - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Ni-Co ərintiləri, maqnit xüsusiyyətlərinin, sərtliyinin, aşınmaya və korroziyaya davamlılığının yüksək olması səbəbindən geniş tətbiq olunurlar. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onlardan mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir. Bundan əlavə, ölkə iqtisadiyyatını ekoloji cəhətdən təmiz və davamlı hidrogen energetikası ilə təmin etmək məqsədilə, suyun elektrokimyəvi parçalanması prosesində qiymətli metallardan hazırlanan elektrodları əvəz etmək və hidrogenin istehsalı prosesinin maya dəyərinin azaldılması üçün yüksək elektrokatalitik aktivliyə malik yeni elektrodların hazırlanması vacibdir. Elektrokatalitik xüsusiyyətlərə, mikrosərtlik və aşınmaya davamlılığa malik nazik Co-Ni ərintilərinin elektrokimyəvi üsulla sintezi hidrogen istehsalının maya dəyərini əhəmiyyətli dərəcədə azaldacaqdır. Ni-Co ərintiləri bir sıra davamlı, bərk məhlullar əmələ gətirdiyinə görə, müxtəlif tərkibi intervallarında onların elektrokatalitik xüsusiyyətlərini öyrənmək mümkündür.
Müxtəlif ferromaqnit materialları arasında kobalt-nikel (CoNi) təkmilləşmiş maqnit və katalitik xüsusiyyətləri, eləcə də ayrıca Co nanoməftilləri ilə müqayisədə daha yaxşı mexaniki xüsusiyyətləri sayəsində əhəmiyyətli bir ərinti hesab olunur. Mükəmməl maqnit xüsusiyyətləri, sərtliyi, aşınmaya və korroziyaya davamlılığı sayəsində Ni-Co ərintiləri tədqiqatçılar üçün böyük maraq doğurur. Bu ərintilərin müstəsna maqnit xüsusiyyətləri onları mikroelektromexaniki sistemlərdə sərt maqnit daşıyıcısı kimi istifadə etməyə imkan verir.
Nikel əsaslı ərintilər

Sulu KOH məhlulunda Ni – Co alınan ərintinin kristal quruluşu, kimyəvi tərkibi və korroziya məhsullarının paylanması, rentgen difraksiya, skanedici elektron mikroskopu və transmisiya elektron mikroskopiyası metodları ilə tədqiq edilmişdir. Ərintilərin korroziya xüsusiyyətləri üç fərqli temperaturda öyrənilmiş, böyümə kinetikası müəyyənləşdirilmiş və davamlı bir korroziya modeli tərtib olunmuşdur.
Silikon səth üzərində alınan Co, Ni və CoxNi100-x ərintili nanoklasterlərin (0<x<100) optik, quruluşı və maqnit xassələri öyrənilmişdir. Təmiz Ni-dən təmiz Co-a qədər bütün tədqiq olunan tərkib diapozonunda nanoklasterlər altıbucaqlı quruluşa malik olmuşdur. Əmələ gələn çöküntülərdə Co-ın miqdarının artması qəfəs parametrlərinin artmasına səbəb olur ki, bu da, Co-Ni ərintisinin meydana gəlməsini göstərir. Qeyd olunur ki, çöküntüdə Co-ın miqdarının artması ilə klasterin orta diametri də artır. Maqnit xassələrinin artması təmiz Co və Ni nümunələrində müşahidə edilmişdir. Bütün kompozitlər otaq temperaturunda superparamaqnit xassəsi nümayiş etdirirlər. Elektrokimyəvi çökdürülmə üsulundan istifadə etməklə binar ərintilərin nanotellərinin istehsalı, istifadə olunan maqnit materiallarının müxtəlif sintez üsullarına görə ucuz və çətindir. Tədqiqat işində, CoNi ərintisindən ibarət nanotelin faza çevrilməsi, anod alüminium-oksid (AAO) şablonu tətbiq etməklə sabit cərəyan altında çökmə metodundan istifadə edərək həyata keçirilmişdir.
Ədəbiyyat
1. Maurel F., Knosp B., Backhaus-Ricoult M., Characterization of Corrosion Products of AB[sub 5]-Type Hydrogen Storage Alloys for Nickel-Metal Hydride Batteries // Journal of The Electrochemical Society, 2000, V.147, No 1, P. 78-86.
2. Mattei G., Julián de Fernández C., Mazzoldi P., Sada C., De G., Battaglin G., Sangregorio C. and Gatteschi D.. Synthesis, Structure, and Magnetic Properties of Co, Ni, and Co−Ni Alloy Nanocluster-Doped SiO2 Films by Sol−Gel Processing // Chemistry of Materials. 2002. V.14. No 8. P. 3440-3447.
3. Mukhtar A., Mehmood T., Wu K.M., Investigation of phase transformation of CoNi alloy nanowires at high potential, IOP Conference Series // Materials Science and Engineering, 2017, V. 239. Р.1-5.