Nikita Vityuqov - Wikipedia
Nikita Vityuqov - Wikipedia - Haqqında Məlumat
Nikita Kirilloviç Vityuqov (rus. Никита Кириллович Витюгов; 4 fevral 1987, Leninqrad) — Rusiya şahmatçısı, qrosmeyster (2006).
Nikita Vityuqov | |
---|---|
rus. Никита Кириллович Витюгов | |
Ölkə | Rusiya |
Doğum tarixi | |
Doğum yeri |
Leninqrad Rusiya Sovet Federativ Sosialist Respublikası |
Titulu | Qrosmeyster (2006) |
Son reytinqi | 2724 (yanvar 2017) |
Maksimal reytinqi | 2747 (mart 2014) |
FİDE nömrəsi | 4152956 |
Vikianbarda əlaqəli mediafayllar |
Vityuqov 2006-cı il gənclər arasında Dünya Çempionatının vitse-çempionu və Rusiya Çempionatlarının iştirakçısı olmuşdur. (2006 və 2007-ci illər). O, 2009-cu ildə Bursada keçirilmiş Komandalar arasında Dünya Çempionatında qızıl medal qazanmış Rusiya komandasının heyətində olmuşdur. 2011-ci ildə Aeroflot Open turnirində 1-3-cü yerləri Yevgeni Tomaşevski və Lê Quang Liêm ilə bölüşdürmüşdür. 2013-cü il 20 aprel- 1 may tarixlərində Alyoxinin xatirəsinə həsr olunmuş turnirdə Vitiugov beşinci olmuşdur.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Nikita Vitiugov. Chess-DB.com Arxivləşdirilib 2016-09-08 at the Wayback Machine (ing.)
- Nikita Vitiugov. 365chess.com (ing.)
- Nikita Vitiugov. fide.com (ing.)
- Nikita Vitiugov. chessgames.com (ing.)