Nikola Pussen - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nikola Pussen (fr. Nicolas Poussin; iyun 1594[1], Le-Andeli[d], Fransa krallığı[2][4] – 19 noyabr 1665[2][3][…], Roma, Papa dövləti[5][4]) — fransız rəssamı, XVII əsr incəsənətində klassizmin ən ardıcıl nümayəndəsi.
Nikola Pussen | |
---|---|
fr. Nicolas Poussin | |
Doğum tarixi | iyun 1594[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 19 noyabr 1665[2][3][…] (71 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | rəssam, qrafika ustası[d], memarlıq çertyojçusu[d], vizual incəsənət rəssamı |
Janrlar | tarix rəssamlığı[4], dini rəssamlıq[d], mifologiya rəssamlığı[d][4], rəssamlıq, peyzaj[4], portret[4], avtoportret[4], dini incəsənət[d][4] |
Stil | klassisizm[6] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəNikola Pussen 15 iyun 1594-cü ildə Normandiyanın Lez-Andeli şəhərində anadan olmuşdur. XVII əsr incəsənətində klassizmin ən nümayəndəsi olan Pussen anatomiya və riyaziyyatla da məşğul olmuşdur. 1612-ci ildən Parisdə, 1623-cü ildən Venesiyada, 1624-cü ilin yazından isə Romada yaşamışdır. Pussen tarixi, mifoloji, ədəbi, dini mövzularda əsərlər yaratmış, tablolarında qəhrəmanlığı, insan gözəlliyini tərənnüm etmişdir. ("Germanikin ölümü", 1627; "Yatmış Venera", 1630; "Rinaldo və Armida", 1625–1627; "Floranın səltənəti, 1630–1631; "Tankred və Erminiya", 1630-cu illər). Pussenin klassisizm prinsipləri 1630-cu illərin 2-ci yarısına aid əsərlərində ("Sabina qadınlarının oğurlanması", 1635) aydın ifadə olunmuşdur. Nikola Pussen 1640–1642-ci illərdə Parisdə XIII Lüdovikin sarayında işləmiş ("Zaman həqiqəti paxıllığın əlindən xilas edəcək" 1641–1642), saray rəssamları arasındakı ədavət üzündən Romaya qayıtmışdır. Pussenin əsərlərində əxlaqi-mənəvi pafos 2-ci Roma dövrü yaradıcılığında daha da güclənmişdir ("Qayadan su çıxaran Musa", 1648; "Arkadiya çobanları", 1650; "Misirə səfər zamanı istirahət", 1658). 1940-cı illərdən daha çox mənzərə əsərləri yaratmışdır. ("Polifem ilə mənzərə", 1949; "Orion", 1650–1655 və s.) Nikola Pussen 1665-ci ildə Romada vəfat etmişdir.
Əsərləri
redaktə- "Germanikin ölümü", 1627;
- "Yatmış Venera", 1630;
- "Rinaldo və Armida", 1625–1627;
- "Floranın səltənəti, 1630–1631;
- "Tankred və Erminiya", 1630-cu illər
- "Qayadan su çıxaran Musa", 1648;
- "Arkadiya çobanları", 1650;
- "Misirə səfər zamanı istirahət", 1658
- "Polifem ilə mənzərə", 1949;
- "Orion", 1650–1655
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Bénézit E., Zeiger-Viallet E., Busse J. Dictionnaire critique et documentaire des peintres, sculpteurs, dessinateurs et graveurs de tous les temps et de tous les pays (fr.). 1911.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Nicolas Poussin // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 RKDartists (nid.).
- ↑ 1 2 http://arts-graphiques.louvre.fr/detail/artistes/1/2141-POUSSIN-Nicolas.
- ↑ https://www.metmuseum.org/toah/hd/pous/hd_pous.htm.