Nikolay Smatko - Wikipedia
Nikolay Qavriloviç Şmatko (17 avqust 1943, Krasnoqorovka[d], Donetsk vilayəti – 15 sentyabr 2020[1], Mukaçevo[d], Zakarpattya vilayəti) — Ukrayna heykəltəraşı, rəssam.
Nikolay Şmatko | |
---|---|
ukr. Микола Гаврилович Шматько | |
Doğum tarixi | 17 avqust 1943 |
Doğum yeri |
|
Vəfat tarixi | 15 sentyabr 2020[1] (77 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | xərçəng xəstəliyi[2] |
Fəaliyyəti | rəssam, heykəltaraş |
Mükafatları | |
kingofmarble-shmatko.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İki oğlu ilə birgə Ukraynada fəaliyyət göstərir.
250-dən artıq işin (barelyef, horelyef, heykəl) və 500-ə yaxın şəklin müəllifidir.
2000-ci ildə Moskvanın Dünya İnkişafı İnstitutunun Bədii Yaradıcılıq və İncəsənət kafedrasının professoru vəzifəsinə təyin edilmişdir.
Yaradıcılığı
redaktə2004-cü ildə Nikolay Şmatkoya Svyatoqorsk Müqəddəs Ananın mərmərdən heykəlinin yaradılması tapşırılmışdır. Payızda 4,20 m hündürlükdə olan heykəlin təntənəli açılışı oldu. Heykəl Ural mərmərindən (40 ton) hazırlanmışdır.
Pravoslav kilsəsinin bərpasına verdiyi töhfələrə və Svyatoqorskda Müqəddəs Ananın heykəlinə görə Kiyev və bütün Ukraynanın Mitropoliti Vladimir tərəfindən 3-cü dərəcəli "Nestor Letopisets" ordeni ilə təltif olunmuşdur. 2007-ci ildə Ukraynada ilk dəfə olaraq "Lorenso Velikolepnıy Mediçi" ordeni ilə təltif olunmuşdur.
2005-ci ilin payızında Poltava vilayətinin Keleberda kəndində Uspensk kilsəsi yenidən tikildi. Bu kilsədə "İsanın çarmıxa çəkilməsi" heykəli qoyuldu.
Nikolay Qavriloviç öz yaradıcılığı haqqında belə deyir: "Mən heç vaxt heç kəsin sözü ilə oturub-durmamışam, siyasi sifarişlər yerinə yetirməmişəm. Yaltaqlığa, yalana alçalmamışam, mən yalnız ürəyim istəyən işləri görmüşəm, odur ki, hakim dairələr məni sevmirlər. Ona görə xaricə getmək fikrindəyəm".
Sərgilər
redaktə- 1985—1991: "Şmatko və oğulları" qalereyası, Bolqrad, Odessa
- 1991—2003: "Şmatko və oğulları" qalereyası, Krasnıy Luç, Luqansk
- 1992: Luqansk
- 1993: Kiyev
- 2000: Moskva
- 2003: Donetsk
- 2003—2004: "Şmatko və oğulları" qalereyası, Slavyansk, Donetsk
- 2004—2010: "Şmatko və oğulları" qalereyası, Luqansk
- 2007: Biennale 2007, Florensiya, İtaliya
- 2009: Biennale 2009, Florensiya, İtaliya
- 2012: Art Monaco 2012, Monaсо, Fransa
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Мраморная скульптура Николая Шматько
- The official website of HRH Princess Basmah Bint Saud. A Sculpture has been made in honour of HRH Princess Basmah Arxivləşdirilib 2013-03-23 at the Wayback Machine
- "Сегодня": Италия ждет апостолов Шматько
- "День": Скульптор из подземелья Николай Шматько
- "Факты": Чиновники заявили, что поездка на Биеннале — мое частное дело. но награду я завоевал не для себя, а для всей Украины[ölü keçid]
- "Зеркало недели": Человек из мрамора
- "Сегодня": Бродский хочет купить голую Юлю для Шуфрича
- "Факты": "Я 13 лет жил в подземелье", — говорит скульптор-самородок Николай Шматько, которого сегодня называют "Королем мрамора"[ölü keçid]
- Тимошенко войдет в историю обнаженной
- "Голос України" - газета верховної ради України: Микола Шматько: "Прообразами апостолів стали реальні люди"[ölü keçid]