Nil Deltasi - Wikipedia
Nil delası — Dünyanın ən böyük deltalarından biri olaraq, Aralıq dənizi sahili boyunca 240 km məsafədə uzanır. Delta qərbdə İsgəndəriyyədən başlayaraq şərqdə Port-Səidə qədər uzanır. Delta əvvəllər mövcud olmuş buxtanın yerində əmələ gəlmişdir. Nil deltasının sahəsi 24 min km²-dir.
Qahirədən bir qədər aralıda, çayın mənsəbindən 160 km cənubda Nil qollara ayrılır. Nilin mənsəbini yunanlar "Delta" adlandırmışlar. Onlar deltanı "Δ" hərfinə bənzətmişlər. Bundan sonra dünyada olan bütün bu növ çay mənsəbləri delta adlandırılır.
Misirin 80 milyonluq əhalisinin yarıya qədəri Nil deltasında cəmləşmişdir. Deltada yerləşən iri şəhərləri çıxmaq şərti ilə hər km² 1000 nəfər düşür. Təkcə İsgəndəriyyədə 4 milyon insan yaşayır. Deltada İsgəndəriyyədən başqa Şubra-əl-Heyma, Port-Səid, Əl-Mahalla-əl-Kubra, Əl-Mansura, Tanta və Zakazik[1].
Qədimdən deltanın qara torpaqları böyük miqdarda məhsul yetişdirilməsinə imkan verirdi.
İstinadlar
redaktə- ↑ City Population website Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine, citing Central Agency for Public Mobilisation and Statistics Egypt (web), accessed 11 April 1998.
Mənbə
redaktə- Nile Delta flooded savanna. Terrestrial Ecoregions. World Wildlife Fund.