Nilufer Rehmani - Wikipedia
Nilufer Rehmani - Wikipedia - Haqqında Məlumat
Nilufər Rəhmani (fars. نیلوفر رحمانی; d. 1992) — 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu.[1]
Nilufər Rəhmani | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1992 |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 2012-ci ildən |
Rütbəsi | kapitan |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaqlığından pilot olmaq istəyən Nilufər pilot təhsili almaq üçün ilk olaraq ingilis dilini öyrənib.[1] 2010-cu ildə 18 yaşı olarkən Əfqanıstan Hərbi Hava Qüvvələrinə daxil olub və 2012-ci ildə pilot təhsilini başa vurub.[1] Qadın olduğu üçün ona ölü və yaxud da yaralı əsgərləri daşıması qadağan edilib.[1] Lakin o, bir dəfə qadağanı pozsa da, buna görə cəza almayıb.[1]
Nilufər Rəhmani 2001-ci ildə "Taliban"ın devrilməsindən sonra Əfqanıstanın ilk qadın pilotu olub.[1] Özü və ailəsi bir neçə dəfə "Taliban"dan ölüm təhdidləri alsa da hazırda Əfqanıstan Hərbi Hava Qüvvələrində çalışır.[1]
Mükafatları
redaktə- ABŞ Dövlət Departamenti tərəfindən "Beynəlxalq Qadın Cəsarət Mükafatı"na (ing. International Women of Courage Award) layiq görülüb.[2]
- Almaniyanın "Bild" qəzeti tərəfindən 2015-ci ildə dünyanın ən gözəl və ən cəsur qadın pilotunu seçilib.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Dünyanın ən gözəl və cəsur qadın pilotu - FOTOLAR Arxivləşdirilib 2023-08-05 at the Wayback Machine publika.az, 15.04.2015 (az.)
- ↑ "Biographies of 2015 Award Winners". State.gov. 2015-01-23. 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
Xarici keçidlər
redaktəVikianbarda Nilufər Rəhmani ilə əlaqəli mediafayllar var.