Ninel Qarayeva - Wikipedia
Ninel İsrafil qızı Qarayeva (25 may 1932[1], Bakı[2] – 4 aprel 2017[1], Bakı[1]) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü.[3]
Ninel Qarayeva | |
---|---|
Qarayeva Ninel İsrafil qızı | |
Doğum tarixi | 25 may 1932[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 aprel 2017[1] (84 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adları | professor, AMEA-nın müxbir üzvü |
Təhsili | Moskva Dövlət Universiteti |
Mükafatları |
"Tərəqqi" medalı (2005) "Əmək veteranı" medalı "Sosialist yarışı əlaçısı" nişanı |
Həyatı
redaktəNinel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir.
Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib.[4]
Fəaliyyəti
redaktəNinel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur.[3]
Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.[5]Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir.[5]
Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 7 fəlsəfə doktoru elmi işlərini müdafiə etmişdir.[3]
O, diatom yosunlarının ultrastrukturu üzrə Beynəlxalq Terminologiya Komitəsinin, 1997-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Biologiya elmləri üzrə Ekspert Şurasının, AMEA Botanika İnstitutunun Elmi Şurasının, AMEA Botanika İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.[3]
Mükafatları
redaktəAlimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə AMEA və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif olunub. O, 14 dekabr, 2014-cü ildə "Tərəqqi" medalına, "Əmək veteranı" medalı və "Sosialist yarışı əlaçısı" nişanına layiq görülüb.
Elmi əsərləri
redaktə- Ross R., Cox E.J., Karayeva N.I. a. oth. An amended terminology for the siliceous components of the diatom cell., Beih. 64 zur Nova Hedwigia, 1979, səh. 513-533.
- Karayeva N.I. Some species of the genus Amphora Ehr. in the Caspian sea. Arch. Protistenkunde, 133, 1987, səh. 93-109.
- Караева Н.И. совм. с колл. "Диатомовые водоросли СССР", т. II, в. 1. Л., Изд. "Наука", 1988, 114 səh.
- Karayeva N.I., Genkal S.I. The diatoms of the genus Navicula Bory (Bacillariophyta) in the Volga river. Limnology, № 4, 1993, səh. 309-321.
- Караева Н.И. Методика ботанического мониторинга Каспийского моря. Bakı, 2002, "Adiloğlu" nəşr., səh. 1-19.
- Karayeva N.I. Preliminary studies of the Caspian vegetation of macrophytes with regard to contamination. Intern. Journ. on Algae, v. 5, № 2, 2003, səh. 96-104.
- Караева Н.И., Забержинская Э.Б. Динамика Zostera noltii Hornem у азербайджанского побережья Каспия. Вестник Одесского Нац. Универст., 2008, № 13, в. 4., səh. 196-200.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Qarayeva Ninel İsrafil qızı.
- ↑ 1 2 https://science.gov.az/az/forms/skanchavshiesya-chlenyikorrespondentyi/3438.
- ↑ 1 2 3 4 "Qarayeva Ninel İsrafil qızı" (az.). science.gov.az. 2017. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
- ↑ "Tanınmış bioloq alim dünyasını dəyişdi". 2017-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- ↑ 1 2 "Azərbaycan elmi daha bir alim itirdi - Ninel Qarayeva" (az.). https://modern.az. 5 aprel 2017. Archived from the original on 2024-02-15. İstifadə tarixi: 15 fev 2024.
Xarici keçidlər
redaktə- Elmin NURİ. "Elmlər Akademiyasının xanım müxbir üzvləri KİMLƏRDİR..." (az.). https://modern.az. 22 aprel 2015. 15 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2024.
- "Azərbaycanda tanınmış alim vəfat edib" (az.). https://oxu.az. 5 aprel 2017. 15 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2024.