Nizam Osmanov - Wikipedia
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant.
Nizam Osmanov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi |
General-leytenant |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOsmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.
1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib.
1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib.
2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib.
2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
23 iyul 2021-ci ildə Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
2023-cü ilin iyulunda müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi postu ləğv edilib.[1]
Ailəlidir. İki övladı var.
Mükafatları
redaktəXidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2003-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 25.06.2011-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 24.06.2016-cı il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 25.06.2018-ci il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 27.05.2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordeni ilə təltif olunub.
İstinadlar
redaktə- ↑ "Müdafiə nazirinin iki müavin postu ləğv edilib". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.