Nizami Gencevi Muzeyi - Wikipedia
Nizami Gəncəvi Muzeyi — Gəncə şəhəri, Bakı-Yevlax şosesində yerləşən muzey. 2014-cü ildə istifadəyə verilmiş muzey Nizami məqbərəsinin ərazisində inşa edilmişdir.[1] Muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən eksponatlar sərgilənir.
Nizami Gəncəvi Muzeyi | |
---|---|
Əsası qoyulub | 2012 |
Açılış tarixi | 2014 |
Mövzu | ədəbiyyat, incəsənət |
Ölkə | |
Yerləşir | Gəncə, Bakı-Yevlax şosesi |
40°41′00″ şm. e. 46°25′53″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəNizami Gəncəvi Muzeyinin tikintisinə 2012-ci ilin sonlarında başlanmışdır. Muzeyin Nizami məqbərəsinin yaxınlığında tikilməsi buraya gələn turistlərə həm məqbərəni ziyarət etməyə, həm də şairin həyat və yaradıcılığı haqda geniş məlumat öyrənməyə imkan yaradır. Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.[2]
Muzeydə Nizami Gəncəvi guşəsi yaradılmış, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılmışdır. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait vardır. Muzeydə mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü quraşdırılmışdır. Burada şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar nümayiş etdirilir. Muzeydə şairin Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarında, Misirin İsgəndəriyyə kitabxanası, Fransanın Strasburq kitabxanası və ABŞ-nin Metropoliten muzeyində qorunan nadir "Xəmsə" əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə yaradılmışdır.[2]
Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı fəaliyyət göstərir. Muzeyə gələn qonaqlar və turistlər üçün istirahət guşələri də yaradılmışdır. Binada Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin xalça portretləri diqqəti cəlb edir.[2]
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Gəncə şəhər Nizami Gəncəvi Muzeyi Arxivləşdirilib 2019-01-14 at the Wayback Machine, Ganja.mctgov.az
- ↑ 1 2 3 "İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunan Nizami Gəncəvi Muzeyinin açılışında iştirak etmişdir". President.az. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.