Nizami Remzi - Wikipedia
Nizami Rəmzi (tam adı: Nizami Rza oğlu Baxşıyev; 20 dekabr 1947, Bakı – 19 yanvar 1997, Bakı) — Azərbaycan meyxanaçısı və şairi.
Nizami Rəmzi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 dekabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 19 yanvar 1997 (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | yol-nəqliyyat hadisəsi |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair, musiqiçi |
Fəaliyyət illəri | 1988–1997 |
Janr | meyxana |
Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir.
Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu.
Həyatı
redaktəErkən illəri
redaktəNizami Rəmzi 1947-ci il dekabrın 20-də Bakının Yasamal rayonunun Sovetski məhəlləsindən anadan olub. Ailədə dörd qardaş, bir bacı olublar.
O, Bakıdakı 176, 158, və 159 saylı məktəblərdə orta təhsil almışdır. Atası Rza erkən vəfat etdikindən, o anası Böyükxanıma kömək etmək üçün, təhsilini yarımçıq qoyub, əmək fəaliyyətinə süd maşınında sürücü kimi başlamışdır.[1] Sürücü işləməsinə baxmyaraq, o, bəzən axşamlar, boş vaxtlarında, toyda və məclislərdə öz bibisi oğlu və bir ayağı şikəst olmuş meyxanaçı Ağasəlim ilə meyxana deyirdi.[1]
1967-ci ildə Ticarət texnikumunu birirmişdir.
Yaradıcılığı
redaktəNizami Rəmzinin yaradıcılığında əsasən Azərbaycan ədəbiyyatı, Bakı, Qarabağ müharibəsi, sevgi və siyasi-ictimai məsələlərə toxunmuşdur. Onun yaradıcılığına Əliağa Vahid, Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq və Süleyman Rüstəmin yaradıcılığı təsir etmişdir.
O, 1988-ci ildə "Meyxana" folklor ansamblını yaratmışdır. 1989-cu ildə ilk dəfə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Heydər Əliyev Sarayında meyxana janrını geniş auditoriya qarşısında nümayiş etdirib.[2]
Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuşdur.[3] O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib.[3] O, həm də meyxana janrında ilk video klip çəkdirmiş, ilk dəfə də qadın müğənnilərlə musiqisi və sözləri özünə aid olan duetləri ifa etmişdir.[3]
Meyxananın caz ilə sintezini də Nizami Rəmzi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı ansamblının müşayiəti ilə lentə almış, Azərbaycanın xalq artisti Bilal Əliyev Nizami Rəmzi ilə birgə "Torpaqdan pay olmaz" adlı caz-meyxana oxumuş və bununla da caz-meyxana janrının təməlini qoymuşdu.[3]
1996-cı ilin Yeni il gecəsi televiziyada efirə gedən verilişdə, Nizami Rəmzinin ansamblı ilə çıxışından sonra Azərbaycanda bəzi KİV-lər Nizami Rəmzini siyasi meyxana dediyinə görə tənqid edirdi.[4]
Ölümü
redaktəO, 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu.[4]
Şəxsi həyatı
redaktəO, üç dəfə ailə qurmuşdur. 1972-ci ildə Leyla adlı qadın ilə ailə qurmuşdur və bu cütlükdən iki qızı olmuşdur. Onun həyat yoldaşı Nizami ilə ayrılıb, digər bir şəxslə ailə qurmuşdu.[1]
Daha sonra Hicran adlı qadınla qeyri-rəsmi nikahda olmuş və bu cütlükdən dörd uşağı olmuş, onlardan bir qızı və bir oğlu rəhmətə getmişdi.[1] 10 yaşlı qızı avtombili vurduqdan sonra həyatını itirmişdir. Oğlu Rəmzi isə körpə yaşlarında vəfat etmişdir. Nizami oğlunun vəfatından sonra onun adını özünə şair təxəllüsü götürmüşdü.[1] Ancaq Nizami Hicrandan da ayrılır.[5] Ayrılığa səbəb isə qadın qısqanclığı olur.[5]
Üçüncü evliliyi özündən 23 yaş kiçik və "Meyxana" ansamblında qanun çalan Sevda adlı qadınla olub.[5] Onun bu cütlükdən Seyla adlı bir qızı olub.[5] Xızıda qastrolda olanda Nizami Rəmzi Sevdaya evlilik təklif edib.[5] Ailəsinin bütün etirazlarına məhəl qoymayan Sevda Nizamiyə qoşularaq qaçıb.[5]
Xeyriyyəçilik ilə məşqul olmuşdur. Qax rayonundan gətirilmiş qızılquş saxlayırdı.[1]
Musiqi repertuarı
redaktə- "Acı taleyim"
- "Ah, neçə illərdi yalan görmüşəm"
- "Altıağac"
- "Ana"
- "Bakı"
- "Biləsən Vahid"
- "Bu işdə var çoxlu fayda, qərdeşim"
- "Can necə tərk eyləsin, ey can səni"
- "Cavid deyib, ölmək yaşamaqdır"
- "Dağlı balasıyam"
- "Dilbərim"
- "Elza"
- "Erməni"
- "Ey, ilahi"
- "Əlvida"
- "Gəl Bakıya, tutaq təzə qafiyə"
- "Gəlin daha danışmayaq yalandan"
- "Gəlin təbrik edək dəyirmanmızı"
- "Görəsən dünyaya nöş gəlib insan?"
- "Gözəldir hər yanı Azərbaycanın" feat. Kəbir Azəri
- "Həyat əlvan olsun"
- "Xalqımın düşmənləri"
- "Xızı dağları"
- "İradə"
- "Kim əkdi, kim becərdi?"
- "Lalə"
- "Lay-lay Azərbaycan"
- "Leyli və Məcnun"
- "Mikayıl Müşfiq"
- "Nəcibə"
- "Neyləmişəm?"
- "Novruz bayramı baharı gətirdi"
- "Roddom"
- "Sevgilim"
- "Sən nə qoymusan, nəyi axtarırsan?" feat. Kəbir Azəri
- "Sənsiz dünya"
- "Simuzərim"
- "Təhlükədə qoymarıq vətənimizi"
- "Tutdur, tutumdur, belə tutdur, tutum"
- "Vahid, nə gözəl yerdə məkan eyləmisən"
- "Ürəyim"
- "Yeri ala"
- "Yox-yox Cəmalə yaxşıdır"
- "Vəfa"
İrsi
redaktə2012-ci ildə Azərbaycan Dövlət Mahnı Teatrında Nizami Rəmzinin 65 illik yubileyi keçirilib.[6]
Filmoqrafiya
redaktəMaraqlı faktlar
redaktə- Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovla dost olub.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Nizami Rəmzi evli ola-ola evlənibmiş…". www.azadliq.info. www.azadliq.info. 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-28.
- ↑ Jalə. "Nizami Rəmzi işığına toplaşanlar". LENT.AZ (az.). news.lent.az. 26.01.2013 / 17:09. 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-11.
- ↑ 1 2 3 4 "Nizami Rəmzinin günümüzlə səsləşən məşhur meyxanası". kulis.az. kulis.az. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2020.
- ↑ 1 2 "Ölümündən əvvəlki siyasi meyxanası…". www.azadliq.info. www.azadliq.info. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2020.
- ↑ 1 2 3 4 5 6 "İlk dəfə qadınla duet oxuyan, xanımların sevimlisi olan yaraşıqlı meyxanaçı - Nizami Rəmzidən maraqlı faktlar". kulis.az. kulis.az. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2020.
- ↑ "Nizami Rəmzi işığına toplaşanlar". lent.az. lent.az. 2020-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2020.
Ədəbiyyat
redaktəKitabları
redaktə- Mahnılar, qəzəllər. Bakı, El-ALliance, 2003
- Ustad Nizami Rəmzidən meyxana ərməğanı. Bakı, Ecoprint, 2017
- Nizami Rəmzinin siyasi meyxanaları. Bakı, 2017
Haqqında
redaktə- Gülbala Xudaverdioğlu. Nizami Rəmzi xatirələrdə. Bakı, Nurlan, 2004