No Game No Life - Wikipedia
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu?, azərb. Oyun yox, həyat yox) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-cı ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır.
No Game No Life | |
ノーゲーム・ノーライフ (Nōgēmu Nōraifu) azərb. Oyun yox, həyat yox | |
---|---|
Janr | isekay, elmi fantastika[1] |
Manqa | |
Manqaka | Yuu Kamiya |
Nəşriyyat | Media Factory |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 25 aprel 2012 — davam edir |
Cildlər | 12 |
Manqa | |
Manqaka | Yuu Kamiya |
Rəssam | Maşiro Hiiraqi Yuu Kamiya |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 yanvar 2013 — davam edir |
Cildlər | 2 |
Anime | |
Rejissor | Atsuko İşizuka |
Ssenarist | Cukki Hanada |
Bəstəkar | Super Sweep |
Studiya | Madhouse |
Digər lisenziyalar | |
Kanal | AT-X, Tokyo MX, SUN, KBS, TVA, BS11 |
Digər kanallar | |
Buraxılış tarixi | 9 aprel 2014 – 25 iyun 2014 |
Seriyalar | 12 (seriya siyahısı) |
Manqa | |
No Game No Life, Please! | |
Manqaka | Yuizaki Kazuya |
Nəşriyyat | Media Factory |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | seynen |
Nəşr tarixi | 27 may 2015 — 27 noyabr 2017 |
Cildlər | 4 |
Anime filmi | |
|
Seriya "Boşluq" (空白, Ku:haku?, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir. Nəticədə, tanrı onları münaqişələrin ancaq oyunla həll edildiyi Disboard (盤上の世界(ディスボード), Disubōdo?) adlı reallığa gətirir. Məğlubedilməz oyunçular reputasiyalarından istifadə edərək Sora və Şiro Disboard dünyasında yaşayan 16 irqi ələ keçirməyə və sonda tanrıya meydan oxumağa qərar verirlər.
Seriya 2014-cü ildə — "Kono Light Novel ga Sugoi!" kitabında peyda olduqdan və Yaponiyada top-30 romandan biri olduqdan sonra tanınmağa başlamışdır. 2017-ci ilin mayında dövriyyədə 3 milyondan çox nüsxəsinin olduğu bildirilmişdir. Anime və manqanın ingilis adaptasiyaları da müsbət rəylər almışdır: manqa adaptasiyası "The New York Times" qəzetinin "Bestseller manqalar" siyahısında yer almışdır. İngilis tənqidçilər animeyə elə ilk seriyasından baxmaqdan imtina etmişdirlər, lakin anime serialının bütün seriyalarına baxanlar animeni personajların dinamikasına, oyun strategiyalarına və animasiyaya görə tərifləmişdirlər.
Məzmun
redaktəSora və Şiro iki ögey və hikikomori bacı-qardaşlardır. Onlar "Boşluq" adı ilə onlayn oynayan məğlubedilməz oyunçular kimi tanınırlar. Bir gün digər reallıqda tanrı olan Tet onlara şahmat oyununda meydan oxuyur. Sora və Şiro qalib gəlirlər və Tet onlara hər şeyin oyunla həll edildiyi dünyaya gəlməyi təklif edir. Onlar bunun bir zarafat olduğunu düşünüb təklifi qəbul edirlər və Disboard adlı reallığa düşürlər. Tet onlara bu dünyada tətbiq olunan və Disboard vətəndaşlarının bir-birinə zərər verməsinin qarşısını alan On Andı başa salır. Tet onlara izah edir ki, bu dünyada bütün problemlər oyunla və qumarla həll olunur, qaydalar və mükafatlar sehrlə tətbiq olunur. Qaydalara görə əgər oyunçunun hiylədən istifadə etdiyi açığa çıxarsa, birbaşa uduzmuş hesab olunur, buna görə də oyunçular gizli metodlarla hiylə etməyə çalışırlar. Sora və Şiro insanların məskunlaşdığı Elkiyaya çatırlar və burada hersoginya Stefani Dola ilə dostlaşırlar. Elkiyanın zəifləməsindən xəbər tutan Sora və Şiro Elkiyanın növbəti başçısının müəyyən olunduğu turnirə qatılırlar, qalib gəldikdən sonra insanlığın təmsilçiləri kimi Disboard-ın digər irqlərinə meydan oxumaq hüququ əldə edirlər. Onların əsas hədəfi Tetə meydan oxumaqdır, bunun üçün isə Disboard dünyasındakı 16 irqin hamısını işğal etməlidirlər. Altı cildə əsasən artıq 5 irq onların nəzarəti altındadır.
Personajlar
redaktə- Sora (空) və Şiro (白)
- Səsləndirən: Yoşitsuqu Matsuoka (yapon), Skott Qibbs (ingilis) / Səsləndirən: Ai Kayano (yapon), Ketlin Frenç (ingilis)[2][3]
Sora strategiya oyunlarında mütəxəssis olan 18 yaşlı gəncdir, ögey bacısı, 11 yaşlı Şiro isə məntiq və hesablama oyunlarında əladır. Onlayn oyunlarda heç bir addan istifadə etmədiklərindən və əvəzində boşluq qoyduqlarından virtual dünyada Boşluq (空白 Kūhaku, 『 』 kimi göstərilir) adı ilə tanınırlar. Valideynlərinin ölümündən sonra onlar cəmiyyətə qarışa bilmirlər, sonda aqorafobik və hikikomori olurlar.R 1.0 Onlar bir-birilərindən ayrıldıqda panikaya düşürlər.R 1.1 Sora və Şiro Disboard dünyasına gəldikdən sonra, Boşluq adı ilə Teti məğlub etməklə məğlubedilməzlik reputasiyalarını qorumaq qərarına gəlirlər. 2014-cü ildə Çarapediya tərəfindən keçirilən sorğudan sonra Çarapediya Şiro və Soranı bütün dövrlərin ən ağıllı anime personajları kimi göstərmişdir.[4]
- Stefani Dola (ステファニー・ドーラ Sutefanī Dōra)
- Səsləndirən: Yoko Hikasa (yapon), Sara Ornelas (ingilis)[2][3]
Stefani insanlar tərəfindən məskunlaşılmış Elkiyanın əvvəlki kralının nəvəsi olan gənc qızdır. Stefani çox ağıllı deyil, oyunları udmaq üçün kifayət qədər intuisiyaya malik deyil.R 2.1 Onun babası oyunların çoxunda uduzduğundan və Elkiyanın bir çox ərazilərini itirdiyindən əhali arasında yaxşı xatırlanmır. Buna görə də Stefani babasının və insanlığın şərəfini geri qaytarmağa çalışır. Sora və Şiro Elkiya taxtını ələ keçirdikdən sonra Stefani onların köməkçisi olur, Elkiyanın iqtisadiyyatı və siyasi vəziyyəti ilə məşğul olur. Onlar Stefaninin babasının digər irqlər üzərində qələbə çalmağa kömək edəcək qeydlərini tapırlar;R 2.3 Stefani Sora və Şiro ilə yaşadığı təcrübələrdən sonra oyun oynama bacarığını adi insanları udmaq dərəcəsinə qədər yüksəldir.R 4.1
- Cibril (ジブリール Jiburīru)
- Səsləndirən: Yukari Tamura (yapon), Ameliya Fişer (ingilis)[2][3]
Cibril qəddarlıqları ilə tanınan güclü mələk irqi flügel[Yap. 1] irqindəndir.R 2.1 Cibrilin 6000-dən çox yaşı var, irqinin ən güclü və cavan fərdidir.R 5.2 Cibril Stefaninin babasından Elkiya kitabxanasını udmuşdur və ondan ev kimi istifadə edir.R 2.2 Sora və Şiroya şiritori oyununda məğlub olduqdan sonra Cibril onların xidmətçisi olur, amma ona bərabər-hüquqlu münasibət bəslənilir.R 2.2 Cibril Sora və Şiroya sehr və nəqliyyat problemlərində kömək edir. Daha sonra, Cibril Sora və Şiro haqqında roman nəşr etdirməyə başlayır və onlar flügellər arasında məşhurlaşırlar.R 5.1
- Heyvan-insanlar[Yap. 2]
Heyvan-insanlar yüksək fiziki göstəricilərə malik olan kemonomimislərdirlər; onların dövlətləri Şərq Federasiyası[Yap. 3] adı ilə tanınır. Şərq Federasiyası adsız, keçən əlli ildə ölkəni çiçəkləndirən, ağıllı Miko tərəfindən idarə olunur.R 3.4 O, bədəninin fiziki göstəricilərini artıran "Qan destruksiyası" adlı nadir qabiliyyətə malikdir. Miko insanlar və heyvan-insanlara fayda verməyi söz vermiş Şiro və Sora ilə ittifaq bağlayır.R 3.4 O, Naomi Şindo (yapon) və Suzelle Palasios (ingilis) tərəfindən səsləndirilmişdir.[3][5]
Bununla yanaşı, Şərq Federasiyasının Elkiyadakı səfiri İzuna Hatsuse (初瀬 いづな Hatsuse Izuna) adlı səkkiz yaşlı heyvan-insandır.R 2.4 İzuna uşaq kimi davranır, cümlələrinin axırına həmişə "desu" (zəhmət olmasa) köməkçi felini artırır, amma güclü intellektə və "Qan destruksiyası" gücünə malikdir.R 3.3 İnsanlar ilə heyvan-insanlar arasında ittifaq bağlandıqdan sonra İzuna Sora və Şironun yaxın dostlarından birinə çevrilir, onlara heyrandır və çox güvənir. O, Miyuki Savaşiro (yapon) və Kira Vinsent-Devis (ingilis) tərəfindən səsləndirilmişdir.[2][3] Onun qayğısına babası İno Hatsuse (初瀬 いの Hatsuse Ino) qalır.R 2.4 İno inanır ki, Soranın gizli niyyətləri var və Soranı sevmir. İnsanlar ilə heyvan-insanlar arasındakı ittifaqdan sonra ittifaqı qoruyub saxlamaq üçün Stefani ilə işləyir.R 4.1 O, Muqihito (yapon) və Con Suasi (ingilis) tərəfindən səsləndirilmişdir.[3][5]
- Kurami Zell və Fil Nilvalen
- Səsləndirən: Yuka İquçi (yapon), Kara Qrinberq (ingilis) / Səsləndirən: Mamiko Noto (yapon), Kristina Strop (ingilis)[2][3]
Kurami Zell (クラミー・ツェル Kuramī Tseru) on səkkiz yaşlı qızdır və elf Fil Nilvalenin (フィール・ニルヴァレン Fīru Niruvaren) qulluqçusu hesab olunurdu. Kuraminin ailəsi bir neçə nəsil boyunca Nilvalen ailəsinin qulluqçusu kimi fəaliyyət göstərdiyindən, Fil ilə Kurami arasındakı münasibətlər ana ilə qız kimidir.R 3.2 Bununla yanaşı, Fil "sehrbaz xətası" hesab olunur, amma əslində qabiliyyətlidir.R 5.0 O, hətta Kuraminin xətri üçün doğması ölkəsi, elflərin yaşadığı Elven Garde[Yap. 4] dövlətinə xəyanət etməyə də hazırdır; güman olunur ki, Fil siyasi güc əldə etməklə quldarlığı ləğv etmək istəyir.R 3.2 Sora Kurami ilə xatirələrini və yaddaşını paylaşaraq onunla müttəfiq ola bilir.R 3.1
- Dampirlər və sirenlər
Dampirlər[Yap. 5] vampirlərə bənzəyən xüsusiyyətlərə malik irqdirlər: onlar qidalanmaq üçün digər irqlərin bədənlərindən axan mayeni içirlər; çevrilmədə, illüziyada və yuxu sehrində üstündürlər və günəş işığından qorxurlar. Onların günəş işığına olan zəiflikləri dişləm yolu ilə yayıla bilər, bu isə digər irqlərin onlarla qan paylaşmasının qarşısını alır.R 4.0 Eyni zamanda sirenlər[Yap. 6] dəniz qızı bədəninə malik və bütün fərdləri dişi olan irqdirlər. Sirenlərin çoxalmaq üçün digər irqlərdən olan kişilərin həyatlarına ehtiyacları vardır; onların sehri seçdikləri şəxsi başdan çıxara bilər. Hər iki irq Okeando[Yap. 7] adlı dövlətdə yaşayır. Əsrlər öncə dampirlər və sirenlər On Anddan istifadə edərək aralarında qarşılıqlı münasibət yaratmışdılar; dampirlər sirenlərin köməyi ilə qidalanmaq hüququ qazandılar, əvəzində isə sirenlərin imperatriçası sirenlərin nəslini davam etdirmək üçün bir kişi dampirlə çoxalmalı idi. 800 il əvvəl sirenlərin imperatriçası qış yuxusuna getdi və bütün erkək dampirlər öldülər. Sadəcə bir erkək dampir sağ qaldı.R 4.1
On And |
---|
|
Plum (プラム Puramu) sonuncu erkək dampirdir, buna görə də özünün dişi kimi maskalayır;R 5.4 onun sehrbazlıq bacarıqları həmirqlərindəkindən daha yüksəkdir.R 5.2 Plum Sora və Şironun tərini içdikdən sonra onların tərinin dadına heyran qalır. O, sirenlərlə ittifaq bağlayıb Sora və Şironu aldatmaq qərarına gəlir. Sora və Şiro onun kələyini başa düşürlər, amma nə olursa olsun, hər iki irqi xilas etmək qərarına gəlirlər.R 5.4 Bundan sonra Plum Sora ilə Şironun macəralarına qoşulur.
Sirenlərin imperatriçası Leyla Loreley (ライラ・ローレライ Raira Rōrerai) onu oyatmaq üçün lazım olan tələbləri göstərmədən On Anddan istifadə edərək yuxuya gedir. Onun yerini tutan Amira (アミラ) sirenlərə başçılıq etməyə başlayır.R 4.2 Onun mazoşist olduğunu öyrənən Sora sirenlərin şəhvət sehrinə qarşı immuniteti sayəsində onu yuxudan ayıda bilir.R 5.4 Daha sonra imperatriça Soranın saçından istifadə edərək bir siren qızı yaradır.R 5.5
- Digər personajlar
- Tet (テト Teto) arzulardan və dualardan doğulmuş sehrli varlıq — qədim tanrıdır[Yap. 8]. On altı irqin bir-biriləri ilə müharibə apardıqları dövrdə Riku Dola[Yap. 9] adlı insan və onun Eks Maçina[Yap. 10] arvadı Şuvi Dola[Yap. 11] oyunlar tanrısının varlığını təsəvvürlərini gətirirlər, nəticədə, Tet doğulur. Rikunun səyləri nəticəsində Tet ona Disboard dünyasının tanrısı olmağa şərait yaradan Ulduz qraalına sahib olur. Onun gücündən istifadə edən Tet On Andı yaradaraq müharibələrə son qoyur və Disboard dünyasını oyun dünyasına çevirir.R 6.5 Tet Rie Kuqimiya[2] və Şennon Emerik (ingilis) tərəfindən səsləndirilmişdir.
- Əzrayıl (アズリール Azurīru) ilk flügeldir. Flügellərin yaradıcısı, qədim tanrı Artoşun[Yap. 12] ölümündən sonra flügellərin liderinə çevrilir. Bundan sonra Əzrayıl həyata qarşı ümidiz olur və flügellərin intihar etməsinin qarşısını almaq üçün onların mövcudluğuna məna axtarmağa çalışır.R 5.2 Əzrayıl uçan ada, şüura malik və flügellərin vətəni olan Avantheym[Yap. 13] ilə ünsiyyət saxlamaq qabiliyyətinə malikdir. Bəzi irqlər Avantheymi İllüziya[Yap. 14] adlandırırlar.R 5.1 Sora və Şiroya uduzmasından sonra onun gücləri azalaraq insan səviyyəsinə enir və həyatda onun qarşısına yeni prespektivlər çıxır.R 5.3
№ | Adı | Yaponca | Ölkə | İrq daşı |
---|---|---|---|---|
1 | Qədim tanrı | 神霊種 | məlum deyil | Piyada |
2 | Fantazma | 幻想種 | məlum deyil | Piyada |
3 | Elemental | 精霊種 | məlum deyil | Piyada |
4 | Dragoniya | 龍精種 | məlum deyil | Piyada |
5 | Nəhəng | 巨人種 | məlum deyil | Piyada |
6 | Flügel (Mələk və ya Səmavi qanadlı) | 天翼種 | Avantheym→Elkiya Federasiyası | Kraliça |
7 | Elf | 森精種 | Elven Qard | Qala |
8 | Cırtdan | 地精種 | Harden Fell | Fil |
9 | Pəri | 妖精種 | məlum deyil | Piyada |
10 | Eks-maçina | 機凱種 | məlum deyil | Fil |
11 | Demoniya | 妖魔種 | məlum deyil | Piyada |
12 | Dampir (Vampir) | 吸血種 | Okeando→Elkiya Federasiyası | At |
13 | Lunamana | 月詠種 | Qırmızı Ay | Qala |
14 | Heyvan-insan (Müharibə bədheybəti) | 獣人種 | Şərq Federasiyası→Elkiya Federasiyası | Piyada |
15 | Siren (Dəniz qızı) | 海棲種 | Okeando→Elkiya Federasiyası | At |
16 | İmaniti (İnsan) | 人類種 | Elkiya Krallığı→Elkiya Federasiyası | Kral |
Nəşr və konsepsiya
redaktə"No Game No Life" Yuu Kamiya tərəfindən yazılmış və çəkilmiş ranobe seriyasıdır. Ranobe seriyası MF Bunko J imprinti altında nəşr olunur. On iki cildi 25 aprel 2012-ci ildən 25 fevral 2023-cü ilə kimi Media Factory tərəfindən çap olunmuşdur.[6][7] 2014-cü ilin avqustunda Yen Press "No Game No Life" ranobe seriyasını yeni Yen On imprinti altında 2015-ci ildə Şimali Amerikada yayımlayacağını açıqlamışdır.[8] Ranobe seriyası Braziliya və Tayvanda da yayımlanmışdır.[9][10] Lakin Çin hökuməti ranobe seriyasını kommunizmə qarşı təhdid hesab etdiyində bu ölkədə yayımlanması qadağan edilmişdir.[11]
"No Game No Life" ranobe seriyasını yazmaq ideyası "A Dark Rabbit Has Seven Lives" ranobe seriyasının serializasiyası zamanı yaranmışdır.R 1.A Kamiyanın orijinal ideyası döyüşlərlə birlikdə təqdim olunacaq fentezi qurmadan ibarət idi. Lakin döyüş səhnələrini təsvir etmək onun xoşuna gəlmədiyindən bunu oyunlarla əvəz etmək qərarına gəlmişdir. Kamiya bu ideyasını manqa seriyası vasitəsilə həyata keçirmək istəyirdi, amma naməlum xəstəlik ona bu işi görməyə imkan verməmişdir. Müalicə üçün xəstəxanaya yerləşdiriləndə müəllif bu ideyasını ranobe seriyası şəklində yazmağa qərar vermişdir.R 1.A Kamiya ilk cildi yazmağa başlamışdır və uzunluğu səbəbilə onu üç hissəyə ayırmaq məsləhəti almışdır.R 2.A Kamiya ikinci cildi yazarkən müalicə məqsədilə doğma ölkəsi Braziliyaya köçməyə məcbur olmuşdur. Buna görə ranobe üçün bir neçə rəsmi həyat yoldaşı çəkmişdir.R 2.A
Üçüncü cilddən sonra seriyaya yeni redaktor qoşulmuşdur.R 3.A Kamiya qeyd etmişdi ki, üçüncü cilddə ssenari xeyli inkişaf etmişdir və dördüncü cilddə daha qayğısız hadisələrlə bunu balanslaşdırmaq istəmişdir.R 3.A Dördüncü və beşinci cildlər bir cild şəklində yazılmışdır. Dördüncü cild qaneedici sonluğa malik olmadığından Kamiya hekayəni yenidən tərtib etməyə məcbur olmuşdur.R 4.A Bu, yeni redaktor ilə kommunikasiya problemlər, həmçinin Kamiyanın həyatındakı digər problemlər dördüncü cildin nəşrini gecikdirmişdir.R 4.A Beşinci cildi tamamladıqdan sonra Kamiyadan anime adaptasiyası üçün 2014-cü ilə kimi altıncı cildin əlyazması, animenin premyerasına qədər isə cildi tamamlamaq istənmişdir.R 5.A, 6.A
Cild siyahısı
redaktə№ | Adı | Yapon | İngilis | |||
---|---|---|---|---|---|---|
Tarix | ISBN | Tarix | ISBN | |||
1 | Bu fentezi dünyasında hər şey oyundur — və bu oyunçu bacı-qardaşlar udmaq üçün oynayırlar![Yap. 15] | 25 aprel 2012[6] | 978-4-04-066432-3 | 21 aprel 2015[12] | 978-0-316-38311-0 | |
Sora və Şiro iki məğlubedilməz oyunçudurlar və "Boşluq" adı ilə tanınırlar. Əsl həyatda onlar cəmiyyətdən kənarlaşdırılıblar və hikikomoridirlər. Bir gün Tet onlara şahmat oyununda meydan oxuyur və Boşluq qalib gəlir. Bunun qarşılığında Tet onlara hər şeyin oyunlarla həll olunduğu dünyaya gəlmək təklifi edir. Bunun zarafat olduğunu düşünən Sora və Şiro təklifi qəbul edirlər. Onlar Disboard adlı, zorakılığın qarşısını alan On Andın tətbiq olunduğu dünyaya düşürlər. Onlar insanların yaşadığı Elkiyaya səfər edirlər və keçmiş Elkiya kralının nəvəsi Stefani Dola ilə dostlaşırlar. Elkiyanın zəiflədiyini eşidən Sora və Şiro ölkənin yeni idarəçiləri olmaq üçün Kurami Zellə müharibə simulyatorunda yarışırlar və qalib gəlirlər. Sora taxta çıxan kimi digər irqləri işğal edəcəyini və Elkiyanın tərəqqisinə nail olacağını bildirir. Tet onlarla görüşərək onları təbrik edir. | ||||||
2 | Oyunçu bacı-qardaşların gözləri yeni hədəfdə — Heyvan-qızlar diyarı...[Yap. 16] | 25 sentyabr 2012[13] | 978-4-04-066433-0 | 21 iyul 2015[14] | 978-0-316-38517-6 | |
Sora və Şiro heyvan-insanların ölkəsi olan Şərq Federasiyasını tədqiq etməyə başlayırlar. Onlar məlumat almaq üçün Cibril adlı flügelə meydan oxuyurlar və onunla xüsusi şiritori oyunu oynayırlar: deyilən şey ətrafda varsa, yoxa çıxır, ətrafda yoxdursa, peyda olur. Oyun Sora və Şironun Kulon qanununu ləğv edərək hipernova yaratması və nəticədə, Cibrilin məğlub olması ilə nəticələnir. On Anda əsasən Cibril Sora və Şironun qulu olur. Lakin Cibrilin məlumatları və onun kitabxanası fayda vermir. Stefani Soraya babasının məqsədlərini açıqlayır və onlar qalada gizli kitabxana və Stefaninin babasının tədqiqatlarını aşkarlayırlar. Şərq Federeasiyasının videooyunlarla yarışdığını öyrənən Sora və Şiro onlara Elkiyanın malik olduğu hər şeylə meydan oxuyurlar. Qarşılaşmanın başlayacağı günü gözləyərkən Sora Şiroya qələbə gətirəcək itmiş hissənin tezliklə tapılacağını deyir; növbəti gün Şiro hər kəsin Soranı unutduğunu kəşf edir. | ||||||
3 | Belə görünür ki, oyunçu bacı-qardaşların yarısı yoxa çıxıb..?[Yap. 17] | 25 yanvar 2013[15] | 978-4-04-066434-7 | 27 oktyabr 2015[16] | 978-0-316-38519-0 | |
Şiro Soranın mövcudluğundan şübhələnməyə başlayır, amma dostlarının yaddaşlarında boşluq olduğunu öyrənir. Bir az araşdırdıqdan sonra Şiro Soranın Kurami və onun elven yoldaşı Fil Nilvalen ilə reversi oyunu təşkil etdiyini kəşf edir; Sora və Kuraminin xatirələrini oyundakı daşlar rolunda çıxış edir. Soranın son 3 daşı onun Şiro xatirələri olur və nəticədə, Sora qalib gəlir. Bir-birilərinin xatirələrini gördükdən sonra Kurami Soranın müttəfiqi olmağa qərar verir. Şərq Federasiyasına qarşı oyun başlayır və Sora, Şiro, Stefani və Cibril virtual dünyada İzuna Hatsuse adlı heyvan-insanı şuter oyununda məğlub etməyə çalışırlar, sonda qalib gəlirlər. Nəticədə, Elkiya Şərq Federasiyasının böyük hissəsini ələ keçirir və onları işğal etmək hüququna malik olur. Sora və Şiro siyasi təzyiqdən istifadə edərək Şərq Federasiyasının lideri Mikoyu onlarla oynamağa məcbur edirlər; oyun adi püşk atmaqdan ibarət olur. Lakin Sora qəpiyi elə atır ki, qəpik yerə düşəndə yerdəki çata ilişib dik dayanır. Sora Mikoya hər ikisinin qalib gəldiyini deyir: Elkiya öz resursları Şərq Federasiyası ilə bölüşdürəcək, Şərq Federasiyası Elkiyanın tərkibində muxtariyyət hüququna malik olacaq. Beləliklə, Elkiya və Şərq Federasiyası Elkiya Federasiyasının əsasını qoyurlar. | ||||||
4 | Oyunçu bacı-qardaşlar realistik romantika oyunundan qaçırlar[Yap. 18] | 25 iyun 2013[17] | 978-4-04-066469-9 | 22 mart 2016[18] | 978-0-316-38521-3 | |
Plum adlı dampir Sora və Şironu ziyarət edir və onlardan irqini xilas etmələrini istəyir. O başa salır ki, sirenlərin imperatriça Leyla Loreley bir neçə əsr əvvəl On Anddan istifadə edərək əbədi yuxuya daxil olub və nəticədə, sirenlər ilə dampirlər arasında baş verən qarışıqlıqlar zamanı bir dampirdən başqa qalan bütün erkək dampirlər ölüblər. İmperatriçanı yuxudan oyatmaq üçün onun yuxusuna daxil olub onun sevgisini qazanmaq lazımdır. Mikodan məsləhət aldıqdan sonra Sora və onun dostları dampir və sirenlərin ölkəsi Okeandoya səyahət edirlər və imperatriçanın yuxusuna daxil olurlar. Plumun sehrinin köməyi ilə imperatriça İzunanın babası İno Hatsuseya aşiq olur, amma imperatriça yuxudan oyanmır. Belə bir hadisənin ola biləcəyini nəzərə alan Sora qaydalardakı boşluqdan istifadə edərək dostları ilə oyunun ortasında oyunu tərk edir. Sora və Şiro sirenlərin imperatriçanı oyatmaq üçün lazım olan şərtləri bilmədiklərini anlayırlar. Buna görə də bunu araşdırmaq üçün ayrılırlar: Sora, Şiro, Cibril və Plum flügellərin ölkəsi Aventheymə səyahət edirlər, Stefani və İzuna isə əvvəki kralın gizli kitabxanasını axtarmağa gedirlər. | ||||||
5 | Belə görünür ki, oyunçu bacı-qardaşlar yeni oyundan nifrət edirlər[Yap. 19] | 25 noyabr 2013[19] | 978-4-04-066080-6 | 20 dekabr 2016[20] | 978-0-316-38523-7 | |
V cildi Kurami və Filin elvenlərin dövlətini məhv etmək üçün etdikləri cəhdlərdən bəhs edən proloqla başlayır. Bu zaman Sora və dostları Avantheym kitabxanasında kitabların "altında qalırlar". Onlar bütün flügellərlə oyun oynamaq və onlara qalib gəlməklə köməklərindən istifadə etmək qərarına gəlirlər; Sora və Şiro üçün əsas məqsəd müxtəlif katakana işarələrindən və Plumun uçuş sehrindən istifadə edərək flügellərə yaxalanmamaqdır. Yaxalanmaqdan qaçarkən Sora və Şiro oyundan istifadə edərək flügellərin lideri Əzrayılı Avantheymin Elkiya Federasiyasına qatılması üçün razı salırlar. Qalib gəldikdən sonra Aventheym kitabxanasının fayda vermədiyini məlum olur. Amma Sora imperatriçanın nə istədiyini anlayır; eyni zamanda Stefani və İzuna onun nəzəriyyəsini dəstəkləyən dəlil tapırlar. İmperatriçanın yuxusuna qayıdan Sora imperatriçanın başdan çıxarıcılığına qarşı olan immuniteti sayəsində onun "la douleur exquise" (bir nəfərin birlikdə ola bilməyəcəyi şəxsə aşiq olmasından sonra çəkdiyi acı) arzusunu yerinə yetirir; onların qələbəsi dampirlərə və sirenlərə hökum vermək hüquq verir. Həmin gecə Plum aşkara çıxarır ki, insanlar da sirenlər kimi yemək kimi istifadə oluna bilərlər. Buna görə də Plum Sora və Şiro vasitəsilə qidalanmağa çalışır; amma başlanğıcdan Plumun niyyətini anlayan Sora və Şiro onun məsuliyyətini sirenlərə qaytarırlar. | ||||||
6 | Belə görünür ki, oyunçu cütlüyü dünyaya qarşı oynayır[Yap. 20] | 25 aprel 2014[21] | 978-4-04-066382-1 | 25 iyul 2017[22] | 978-0-316-38526-8 | |
Tet İzunaya 6000 il əvvəl müharibənin necə başa çatdığını başa salır. Tetin hekayəsi müharibədən əziyyət çəkən, insan koloniyasının liderləri olan 18 yaşlı Riku Dola və onun ögey bacısı Korone Dola haqqındadır. Patrulda ikən Riku duyğulara sahib və müharibədə istifadə olunan android Ex Machina ilə dostlaşır. Məlum olur ki, Ex Machina ürək simvolunun mənası axtarışındadır. Riku ona Şuvi adını verir və onu koloniyaya apararaq sevgilisi kimi göstərir. Şuvi daha çox insan olduqca Riku emosional travmasının öhdəsindən gəlir. Koloniyanın məhv edilməsindən sonra Riku müharibəni başa çatdırmaq üçün qrup təşkil edir və Şuvi ilə evlənir. Qrup bir neçə casusluq missiyasını yerinə yetirir və döyüşən irqləri çətin vəziyyətə salır. Riku tanrıların gücünü verən Ulduz qraalını yaratmaq və tələb etmək məqsədilə döyüşdən enerji əldə etməyi planlaşdırır. Şuvi Cibril tərəfindən öldürülür, amma o, onu Rikunun məqsədinə çatması üçün kömək etməyə razı sala bilir. Riku amalına çatır, amma ölümcül yaralanır; onun əvəzinə Tet Ulduz qraalını əldə edir və dünyaya sülh bəxş edir. İndiki zamanda isə Sora və dostları Mikonu oyun oynamaq üçün qədim tanrını çağırmağa məcbur edirlər. | ||||||
7 | Belə görünür ki, oyunçu bacı-qardaşlar coseki qurublar[Yap. 21] | 24 iyul 2015[23] | 978-4-04-067494-0 | 30 oktyabr 2018[24] | 978-0-316-31643-9 | |
Qədim tanrı heyvan-insan tanrısıdır. O, həyat ölçülü stolüstü oyun yaradır və Sora və dostları ilə yarışmağa razılıq verir. Vaxt məhdudiyyəti qoyulan bu oyunda qalib gələrlərsə, öz arzularına çatacaqlar, amma uduzsalar tanrının kölələri olacaqlar. Bundan əlavə, qədim tanrı Soranın komandasına xain daxil edir. Oyunun sonlarına yaxın Cibril Sora və Şironu oyuna dəvət edir. | ||||||
8 | Belə görünür ki, oyunçular fusekidə irəliləyiblər.[Yap. 22] | 25 dekabr 2015[25] | 978-4-04-067952-5 | 2 aprel 2019[26] | 978-0-316-50266-5 | |
Cibrilin oyunu VI cilddəki müharibə simulyatorudur və Cibril insanları qələbələrə daşımaq üçün Sora və Şiro ilə yarışmağa başlayır. Cibril öz oyununu bitdikdən sonra Sora başa düşür ki, onların tərəfində olan Stefani qədim tanrı tərəfindən yaradılmış saxta Stefanidir; amma saxta Stefani yaradıcısına xəyanət edir, nəticədə, Sora və Şiro qalib gəlirlər. | ||||||
9 | Belə görünür ki, oyunçu bacı-qardaşlar bir gedişlik dincəlirlər[Yap. 23] | 25 avqust 2016[27] | 978-4-04-068457-4 | 29 oktyabr 2019[28] | 978-0-316-47134-3 | |
Ex Machina Elkiyaya teleportasiya olur və növlərini xilas etmək üçün Soraya meydan oxuyur. Sora onların yenidən istehsal proqramları üçün uyğun olduğundan, Ex Machina Soranı növünü çoxaltmaq üçün istifadə etmək niyyətinə düşür. Boşluq və Ex Machina Soranın azadlığı barədə oyun mərcinə girirlər: Əgər boşluq udsa, Ex Machina bakirət proqramından azad olur və istənilən varlıqla birlikdə ola bilər. Əgər uduzsa Sora Ex Machinanın olur. Oynadıqları oyun ritmli şahmat olur. Boşluq oyunda qalib gəlir. | ||||||
10 | Belə görünür ki, oyunçu bacı-qardaşlar keçmişə satılıblar[Yap. 24] | 25 yanvar 2018[29] | 978-4-04-069336-1 | 18 fevral 2020[30] | 978-1-9753-8678-8 | |
11 | Belə görünür ki, oyunçu bacı-qardaşlar cütləşmədikcə çölə çıxa bilmirlər[Yap. 25] | 25 noyabr 2021[31] | 978-4-04-065382-2 | 17 may 2022[32] | 978-1-9753-4549-5 | |
12 | Belə görünür ki, oyunçu qardaş və bacılar "mao" ya meydan oxuyurlar[Yap. 26] | 25 fevral 2023[7] | 978-4-04-682039-6 | — | — | |
Manqa adaptasiyası
redaktəYuu Kamiyanın həyat yoldaşı tərəfindən ikinci cild üçün çəkilmiş rəsmləri gözdən keçirən redaktoru Maşiro Hiiraqi ikisinə "Monthly Comic Alive" jurnalı üçün ranobenin manqa adaptasiyasını hazırlamağı təklif etmişdir.R 2.A Kamiya ranobenin üçüncü cildi üzərində işlədiyindən manqanın serializasiyası bir müddət gecikmişdir.R 3.A Manqa seriyasının premyerası "Monthly Comic Alive" jurnalının mart 2013-cü il buraxılışında baş tutmuşdur və bu tarixdən etibarən manqa qanunauyğunsuz nəşr olunur.[33] Media Factory manqanın fəsillərini bir tankobon cilddə toplamışdır. 2014-cü ilin martında Seven Seas Entertainment manqa seriyasını Şimali Amerika üçün lisenziyalaşdıracağını açıqlamışdır və ilk tankobon cildini 2014-cü ilin oktyabrında çap etmişdir.[34] Lakin manqanın adında dəyişiklik edilmişdir: "No Game, No Life".[35] Manqa Braziliya və Tayvanda da yayımlanmışdır.[36][37]
Yuizaki Kazuya tərəfindən hazırlanmış spin-off manqası "No Game No Life, Please!"[Yap. 27] 27 may 2015-ci ildə "Monthly Comic Alive" jurnalında nəşr olunmağa başlamışdır.[38][39] Sonuncu fəsli 27 noyabr 2017-ci ildə nəşr olunmuşdur.[40] Manqa İzuna Hatsuse və onun gündəlik həyatından bəhs edir.[38] Şimali Amerikada 28 oktyabr 2016-cı ildə Yen Press tərəfindən lisenziyalaşdırılmışdır.[41]
No Game No Life
redaktə№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 23 noyabr 2013[42] | ISBN 978-4-04-066114-8 | 21 oktyabr 2014[43] | ISBN 978-1-62-692079-8 |
2 | February 23, 2018[44] | ISBN 978-4-04-069582-2 | – | — |
No Game No Life, Please!
redaktə№ | Yapon versiyasının nəşr tarixi | Yapon ISBN | İngilis versiyasının nəşr tarixi | İngilis ISBN |
---|---|---|---|---|
1 | 23 yanvar 2016[45] | ISBN 978-4-04-067878-8 | 20 iyun 2017[46] | ISBN 978-0-31-647192-3 |
2 | 23 avqust 2016[47] | ISBN 978-4-04-068525-0 | 19 sentyabr 2017[48] | ISBN 978-0-31-647237-1 |
3 | 22 aprel 2017[49] | ISBN 978-4-04-069165-7 | 23 yanvar 2018[50] | ISBN 978-0-31-651767-6 |
4 | 23 yanvar 2018[51] | ISBN 978-4-04-069535-8 | 18 sentyabr 2018[52] | ISBN 978-1-975-30178-1 |
Anime adaptasiyası
redaktə27 iyul 2013-cü ildə "Monthly Comic Alive" jurnalı "No Game No Life" ranobesinin anime adaptasiyasını anons etmişdir.[53] Anime serialı Atsuka İşizukanın rejissorluğu ilə Madhouse studiyası tərəfindən çəkilmişdir.[2] Animenin ilk seriyası 9 aprel 2014-cü ildə AT-X kanalında göstərilmişdir. Anime serialının yayımlanmasında 5 kanal və bir neçə şəbəkə də iştirak etmişdir.[54] Sonuncu seriya 25 iyun 2014-cü ildə nümayiş olunmuşdur.[55] Media Factory animenin seriyalarını 25 iyun—26 noyabr 2014-cü il tarixlərində altı DVD və Blu-ray diskdə yayımlamışdır.[56] Anime serialının açılış mahnısı Konomi Suzuki tərəfindən ifa olunmuş "This Game" (azərb. "Bu oyun"), bağlanış mahnısı isə Şironun səsləndiricisi Ai Kayano tərəfindən ifa olunmuş "Oracion" mahnısıdır.[57]
Crunchyroll animeni bir neçə regionda yayımlanmasını təmin etmişdir.[58] Şimali Amerikada Anime Network animeni kabel televiziyası və rəsmi saytı ilə yayımlamışdır. Animenin ev buraxılışı ilə 2015-ci ilin iyulunda Sentai Filmworks məşğul olmuşdur.[59][60][61] Anime serialı Böyük Britaniya üçün MVM Entertainment tərəfindən lisenziyalaşdırılmışdır. Hanabee Entertainment animeni Avstralasiya regionu lisenziyalaşdırmış və təlabəta bağlı video saytı vasitəsilə yayımlamışdır.[62][63] Anime Fransada Anime Digital Network və Viacom International Media Networks-un J-one kanalında göstərilmişdir.[64][65] Çində animeni PPTV vasitəsilə izləmək mümkün olmuşdur.[66]
Sora və Şironun səsləndiriciləri Yoşitsuqu Matsuoka və Ai Kayano Hibiki radiosunda efirə gedən "No Radio No Life" (azərb. "Radio yox, həyat yox") adlı internet-radio verilişinin aparıcıları olmuşdurlar.[67] Veriliş 8 aprel 2014-cü ildən 29 iyul 2014-cü ilə kimi hər həftə yayımlanırdı. Daha sonra iki həftədən bir yayımlanmağa başlamışdır. 2014-cü ilin iyulundan 2015-ci ilin fevralına kimi 3 CD-si buraxılmışdır.[67] Hibiki radiosu 1 yanvar 2015-ci ildə "No Radio No Life" verilişindən, eləcə də, "Bladedance of Elementalers" və "Lord Marksman and Vanadis" radio seriyalarından ibarət xüsusi krossover efirə buraxmışdır və 13 may 2015-ci ildə krossover DVD formatında buraxılmışdır.[68]
Anime filmi adaptasiyası 17 iyul 2016-cı ildə baş tutmuş MF Bunko J Yay Məktəbi Festivalıında anons edilmişdir.[69] "No Game No Life Zero" (ノーゲーム・ノーライフ ゼロ, Nōgēmu Nōraifu Zero?) adlı filmin premyerası 15 iyul 2017-ci ildə baş tutmuşdur.[70][71] Ranobe seriyasının 6-cı cildinə əsaslanan anime filmində hadisələr əsas hadisələrdən 6000 il əvvəl baş verir. Tema mahnısı ""There is a Reason"" (Konomi Suzuki) mahnısıdır. Mahnı ""No Song No Life"" albomunda 12 iyul 2017-ci ildə buraxılmışdır.[72] Sentai Filmworks 5 oktyabr 2017-ci ildə ABŞ-də ekranlaşdırmış[73] və ABŞ-də buraxmaq hüququ əldə etmişdir.[74] Madman Entertainment 5 noyabr 2017-ci ildə Melburnda baş tutacaq Madman Anime Festivalında filmi nümayiş etdirəcəyini açıqlamışdır.[75]
Seriya siyahısı
redaktə№ | Azərbaycanca başlıq Yaponca başlıq |
Rejissor | Ssenarist | Yayım tarixi[76] | İst. |
---|---|---|---|---|---|
1 | "Yeni başlayan" "Biginā" (素人) | Koci Odate | Cukki Hanada | 9 aprel 2014 | [77] |
Sora və Şiro onlayn oyunlarda məğlubedilməz "Boşluq" adı ilə tanınan bacı-qardaşlardır. Real həyatda onlar hikikomoridirlər və dünyadan təcrid olunublar. Bir gün onlar Tet adlı bir tanrı şahmatda onlara meydan oxuyur və Boşluq qalib gəlir. Bunun qarşılığında Tet onları hər şeyin oyunlarla müəyyən edildiyi dünyaya gəlmək təklifini edir. Sora və Şiro bunun zarafat olduğunu fikirləşib təklifi qəbul edirlər. Onlar zorakılığın qarşısını alan On Andın tətbiq olunduğu Disboard dünyasına düşürlər. Sora və Şiro insanların yaşadığı Elkiyaya yollanırlar. Burada bir qadınla poker oynayırlar və hiylə ilə ona qalib gəlib pullarını alırlar. Onlar mehmanxanada gecələyirlər və evlərini tapmaq qərarına gəlirlər. | |||||
2 | "Meydan oxuyan" "Charenjā" (挑戦者) | Masaru Koseki | Cukki Hanada | 16 aprel 2014 | [78] |
Elkiyanın vəfat etmiş kralının nəvəsi Stefani Dola növbəti hökmdarı müəyyənləşdirmək üçün keçirilən müsabiqədə Kurami Zellə uduzur. Daha sonra Stefani Soradan niyə ona Kuraminin hiylə etdiyini demədiyini soruşur. Sora daş-qayçı-kağız oyununda ona qalib gələrək Stefaninin ona aşiq olmasına nail olur. Onlar bu dünya haqqında daha çox şey öyrənmək üçün Stefani ilə saraya yollanırlar və Elkiyanı canlandırmaq üçün Stefaniyə kömək etmək qərarına gəlirlər. | |||||
3 | "Ekspert" "Ekisupāto" (熟練者) | Masaki Hyuqa | Cukki Hanada | 23 aprel 2014 | [79] |
Kuraminin tac geymə mərasimi zamanı Sora Kuraminin oyunlarda qalib gəlmək üçün Fil Nilvalen adlı elfin köməyi ilə sehrdən istifadə etdiyini ifşa edir. Kurami vəziyyətdən çıxır, amma Sora ilə Şiroya qarşı oyun oynamağa məcbur olur. Əvvəlcə Sora və Şiro şahmat oyunu oynadıqlarını düşünürlər, amma Sora bunun əslində müharibə simulyatoru olduğunu düşünür. Sora ordusunun əhval-ruhiyyəsini qaldırır və ordusuna üstünlük qazandırır. Nəticədə, Kurami Soranın əsgərlərini tutaraq hiylə işlətməyə məcbur olur. Qarşılığında Sora Kuraminin kraliçasını ordusuna qatılmağa inandırır. | |||||
4 | "Böyük usta" "Gurandomasutā" (国王) | Çiaki Abe Keyko Yamamoto | Cukki Hanada | 30 aprel 2014 | [80] |
Kuraminin ordusu keçmiş kraliçanın tərəfinə keçməyə başlayır. Sonda Kuraminin kralı tiranlığına görə öldürülür və Sora qalib gəlir. Sora Kuraminin insanları elflərlə assimilyasiya etmək planını pisləyir və insanların düşündüyündən daha güclü olduğunu deyir. Sora və Şiro kral və kraliça elan olunurlar və onlar Elkiyanın siyasi və iqtisadi problemləri ilə məşğul olmağa başlayırlar. Daha sonra onlar irq daşının təqdim olunduğu formal mərasiminə qatılırlar. İrq daşı insanların əzmini və hüquqlarını təmsil edən xüsusi şahmat daşıdır. Tet onları ziyarət edir və onlara bildirir ki, kim Disboard dünyasındakı 16 irqin 16 İrq daşını toplaya bilsə, onunla tanrı titulu üçün yarışa biləcək. Sora və Şiro təklifi qəbul edirlər və qalib gələcəklərini bildirirlər. | |||||
5 | "Gücsüz meydan" "Wīku Sukuea" (駒並べ) | Maria İçino Takaşi Naqayoşi | Takaşi Aoşima | 7 may 2014 | [81] |
Sora və Şiro Elkiyanın bütün siyasi və iqtisadi problemlərini Stefaninin üzərinə yıxırlar. Bu hal Stefani reformasiyanı rədd edən bir neçə zadəganla oyun oynayana qədər davam edir. Stefani Soranı yola gətirmək ümidi ilə ona bləkcek oyununda meydan oxuyur. Stefani hiylə işlətməyə çalışır, amma Sora kart sayma strategiyasından istifadə edərək qalib gəlir. Onun çətin vəziyyətini anlayan Sora zadəganlara oyunda üstün gəlir və əvvəlki oyundakı qələbənin qarşılığında Stefanini özünü it kimi aparmağa məcbur edir. Stefani Soraya kral məsuliyyətini qəbul etdirmək üçün bir neçə oyun oynayır, amma hər dəfə uduzur. Sora və Şiro başa salırlar ki, onlar tənbəllik etmirlər, sadəcə digər dövlətləri işğal etməyin yollarını axtarırlar. Buna qarşılıq olaraq Stefani onları flügel Cibrilin sahib olduğu kitabxanaya yönləndirir. | |||||
6 | "Maraqlı" "Intaresutingu" (一手) | Kunihiko Hamada | Kento Şimoyama | 14 may 2014 | [82] |
Sora və Şiro Cibrillə yarışmaq üçün ona öz tabletlərini təklif edirlər. Bunun dəyərli bir şey olduğunu düşünən Cibril isə öz azadlığını ortaya atır. Oyun reallaşdırıcı şiritoridən ibarət olur: adı çəkilən cisim ətrafda varsa, yoxa çıxır, yoxsa, peyda olur. Oyun zamanı Sora və Şiro Disboard dünyasının elmi cəhətdən geri qaldığı nəticəsinə gəlirlər və bundan öz üstünlükləri üçün istifadə edirlər. Onlar Kulon qüvvəsini ortadan qaldıraraq və hipernovaya səbəb olaraq Cibrilə qalib gəlirlər. Cibril ciddi şəkildə onlara sədaqətliliyini vəd edir. | |||||
7 | "Qurban" "Sakurifaisu" (死に手) | Rie Harada Kakuto Qay | Takaşi Aoşima | 21 may 2014 | [83] |
Cibril heyvan-insanlar haqqında bütün bildiklərini bölüşür. Məlum olur ki, heyvan-insanlar on illərlə məğlub olmurlar və məğlub olan rəqiblərinin yaddaşlarını silirlər. Sora əvvəlki Elkiya kralının heyvan-insanlarla səkkiz dəfə oynayıb böyük miqdarda torpaq itirdiyini öyrənəndə onu tənqid edir və Stefanini məyus edir. Kralın əsl istəyini araşdıran Sora nəhayət Stefanidən onun əsl niyyətini öyrənir. Stefaninin açarından istifadə edərək Sora və Şiro sarayda keçmiş kralın gizli kitabxanasını aşkarlayırlar. Onlar kitabxanada heyvan-insanlar və onların oyun seçimi haqqında məlumat tapırlar. | |||||
8 | "Saxta son" "Feiku Endo" (起死回生) | Şiniçi Suzuki Keyko Yamamoto | Yuu Kamiya | 28 may 2014 | [84] |
Sora və Şiro heyvan-insanların ölkəsi olan Şərq Federasiyasının səfirliyinə daxil olurlar. Onlar heyvan-insanların videooyunlardan istifadə etdiklərini aşkara çıxarırlar. Onlarla yarışmayacaqları təqdirdə bu məlumatı elflərə sızdıracaqları ilə təhdid edirlər. Sora qitədəki bütün torpaqların qarşılığında insanların İrq daşını təklif edir. Şərq Federasiyası oyun üçün hazırlıqlara başlayır, Sora isə qələbə üçün lazım olan parça üçün gözləməyə başlayır. Növəti gün Şiro hər kəsin Sora haqqında unutduğunu öyrənir. | |||||
9 | "Göy gəzintisi" "Sukai Wōku" (解離法) | Masaki Hyuqa | Cukki Hanada | 4 iyun 2014 | [85] |
Şironun yaddaşının kimsə tərəfindən təhrif edildiyini düşünən Cibril Sora haqqında xatirələri Şironun yaddaşından silmək üçün şahmat oyunu təşkil edir. Amma bir az araşdırdıqdan sonra Şiro Soranın Kurami ilə gizlicə reversi oyunu təşkil etdiyini öyrənir. Bu oyunda istifadə olunan daşlar isə Sora və Kuraminin şəxsiyyətlərini təşkil edən komponentlərdir. Sora oyunda daşlarının çoxunu itirdiyindən onun mövcudluğu demək olar ki, silinib. Amma son 3 daş sayəsində Şiro Soranı xatırlaya bilir. Şiro otaqda qalan daşları tapır və onu görünməz stolun üzərinə yerləşdirə bilir. Nəticədə, Sora qalib gəlir və mövcudluğu bərpa olunur. Qələbədən sonra Sora öz xatirələrini Kurami ilə bölüşür, onun müttəfiqi olmasını təmin edir və Filin yaddaşını manipulyasiya etmək hüququna malik olur. | |||||
10 | "Göy qızılgül" "Burū Rōzu" (指向法) | Maria İçino Takaşi Naqayoşi Yumiko Kinoşita | Kento Şimoyama | 11 iyun 2014 | [86] |
Sora və dostları Kurami və Fil ilə birləşirlər, Şərq Federasiyasını işğal etmək üçün son hazırlıqları görürlər. Soranın tələblərinə əsasən hiylənin qarşısını almaq üçün oyun ictimaiyyət qarşısında keçirilir. Oyun başlayır, Sora, Şiro, Stefani, Cibril və rəqib İzuna Hatsuse Tokionu xatırladan virtual reallığa göndərilirlər. Sora və Şironun aqorafobiyası hərəkətə keçir. | |||||
11 | "Ölümcül nəhəng" "Kiringu Jaianto" (誘導法) | Masaki Hyuqa | Kento Şimoyama | 18 iyun 2014 | [87] |
Virtual reallıqda olduqlarını xatırladıqdan sonra Sora və Şiro normal vəziyyətə qayıdırlar. Oyun polis-oğru formasındadır: oyunçular ürək formasında olan güllələrdən istifadə edirlər. Stefani oyunu tam qavramır, amma Sora, Şiro və Cibril İzunaya qarşı döyüşməyə başlayırlar. Onlar belə bir nəticəyə gəlirlər ki, İzunanın babası İno Hatsuse onların yerini və psixikasını İzunaya ötürür. Sora və dostları yenidən toplaşırlar və Şiro planları üçün münasib nizamlamanı edir. Danışılmamış planı həyata keçirərək Sora və Şiro İzunanı küncə sıxışdırırlar və onu gücünü artıran "Qan destruksiyası" adlı qabiliyyətdən istifadə etməyə məcbur edirlər. | |||||
12 | "Qayda № 10" "Rūru Nanbā Jū" (収束法) | Koci Odate Kunihiko Hamada | Cukki Hanada | 25 iyun 2014 | [55] |
Sora və Şiro məğlub olurlar. Ehtiyatı əldən verən İzuna NPC üzərində hərəkət edən Stefani tərəfindən vurulur. Məlum olur ki, Sora niyyətini gizlətmək üçün Stefanini On Anda bağlayıbmış və Şiro NPC-nin hərəkətlərini hesablayırmış. Nəticədə, Stefaninin yerini gizlətmək mümkün olub. İzuna heyvan-insanların gələcək taleyi üçün kədərlənir, amma Sora yaxşı niyyətli olduğunu əmin edir. Sora Şərq Federasiyasının adsız Mikosunu onlarla oynamağa məcbur edir. Oyun adi püşkdən ibarət olur. Lakin Sora qəpiyi elə atır ki, qəpik yerə düşəndə yerdəki çata ilişib dik dayanır. Heyvan-insanlar Elkiyanın tərkibinə qatılıb Elkiya Federasiyasını əmələ gətirirlər. Ən sonda Sora və dostları Mikonu qədim tanrını oyuna çağırmağa məcbur edir. |
Qəbul
redaktə2017-ci ilin mayına aid məlumatına görə ranobenin 3 milyondan çox nüsxəsi dövriyyədədir.[88] Həmin il "No Game No Life" ən yaxşı satan top-10 ranobe seriyasından biri olmuşdur və cildlərindən bəziləri ilk otuzluğa daxil olmuşdur.[89][90] İllik "Kono Light Novel ga Sugoi!" jurnalı 2014-cü ildən ranobe seriyasını və personajları öz siyahısında göstərir.[91][92] Bundan əlavə, ranobe seriyası "Sugoi Japan 2015" sorğusunda 4-cü yerə layiq görülmüşdür.[93] Manqanın Seven Seas Entertainment tərəfindən tərcümə olunmuş versiyası "New York Times" qəzetinin ən yaxşı satan manqalar siyahısında və ICv2 onlayn jurnalının çartında peyda olmuşdur.[94][95] Anime adaptasiyası da uğur qazanmışdır və animenin ev buraxılışı Oricon-un həftəlik satış çartlarında özünə yer tapmışdır.[96][97] 2014-cü ilin aprelində top Torne animelərindən biri olmuşdur.[98] AT-X kanalı tərəfindən keçirilmiş sorğuda anime 2014-cü ilin ən yaxşı animelərindən biri hesab olunmuşdur.[99] 2016-cı ilin iyulunda Charapedia istifadəçiləri tərəfindən animenin açılış mahnısı "This Game" qadın müğənni tərəfindən ifa olunan ən yaxşı 5-ci (208 səs) anime mahnısı seçilmişdir.[100]
Anime News Network-dan 4 tənqidçi anime serialının ilk seriyası haqqında fikir bildirmişdir.[101] Karl Kimlinqer seriyanın əvvəlləri haqqında olan narahatlığını ifadə etmiş, lakin "həddən artıq doymuş" vizualyasiyanı və əsas qəhrəmanların hiylə işlədənlərə qarşı hiylə işlətməsi konseptini bəyənmişdir. Rebekka Silverman personajları sevimsiz adlandırmış və döyüş səhnələrinin kifayət qədər yaxşı izah olunmamasını tənqid etmişdir, amma qeyd etdiyi məsələlərin növbəti seriyalarda həll edilə biləcəyini bildirmişdir. Teron Martin Soranın həddən artıq çox hikikomori xarakterinə malik olduğunu ifadə etmiş və Şiro ilə münasibətini iyrənc adlandırmışdır, lakin Soranın ipə yatmayan personaj olacağı təqdirdə anime serialının müsbət istiqamətdə inkişaf edəcəyini demişdir. Dördüncü tənqidçi Hop Çapman anime serialına qarşı nifrətini ifadə etmişdir. O, Soranın şəxsiyyətinə qarşı nifrətini bildirmiş və anime serialındakı həddən artıq şişirdilmiş rəngləri qusuntuya bənzətmişdir. Çapman personajların dizaynlarını iyrənc adlandırmış və rəyini bu fikirlərlə tamamlamışdır: "Bu mövsüm heç bir şey bu təhqiramiz zibil yığınından daha çox əsəbləşdirməyib".[101]
Anime News Network-dan Karl Kimlinqer ümumilikdə anime serialı haqqında müsbət rəylər bildirmişdir.[102] O yazmışdır ki, animenin giriş hissəsi qüsurlu olsa da, daha sonra digər aspektlər tərəfindən balanslaşdırılmışdır. Sora və Şironun "həddən artıq güclü" arxetipi onların qüsurlu həyat tərzləri, səbəbləri və onların "düşmənlərini əzərkən hiss etdikləri aydın həzz hissi" ilə balanslaşdırılmışdır: Stefani Dolanın zarafatcıl kobud rəftarı, Sora və Şironun Stefaniyə olan hörmətlərinin getdikcə artması, Sora ilə bağlı harem aspekti, maraqlı qadın personajlar. Kimlinqer məzmunun "böyük oyunlar"ını tərifləmiş və onları animeni izləmək üçün səbəb olduğunu demişdir. Kimlinqerə görə məzmun "fırıldaqçılıq və strategiyanın içində batıb". O həmçinin sonda baş qəhrəmanların qalib gəldiklərini bildiyi halda, bunu necə etdiklərini görməyin əyləncəli olduğunu qeyd etmişdir. Kimlinqer yazmışdır ki, həddən artıq şişirdilmiş stil bir çox tamaşaçı tərəfindən zamanla sevilir və o, animasiyanın həqiqətən "böyük oyunlar" zamanı necə işıq saçdığını tərifləmişdir, nümayişin axıcılığının və dəqiqliyinin dərin təsir oyatdığını demişdir.[102] Kotaku-dan Riçard Eysenbeys də anime serialının ünvanına xoş fikirlər səsləndirmişdir. O, baş qəhrəmanların dinamikliyini tərifləmiş, Kimlinqerin oyunlar haqqındakı fikirlərini təkrarlamış, animasiyanı bəyənmiş, lakin Şironu əks etdirən fanservisi sevmədiyini qeyd etmişdir.[103] O, anime serialını 2014-cü ilin top-5 anime serialında biri kimi qiymətləndirmiş və animeni ağıllı personajları və oyun yumoru sevən tamaşaçılar üçün məsləhət görmüşdür.[104][105] Eyni şəkildə, TAY Kotaku dinamikliyi, digər animelərə və videooyunlara (məsələn, 11-ci seriyada "Steins;Gate"-ə) verilən istinadları və animenin stilini bəyənmişdir. TAY Kotaku-nun tənqidçisi harem aspektinə və seksual yumora qarşı münasibətini qarışıq hislərlə ifadə etmişdir və Kotakunun Şiro fanservisi haqqında fikirləri ilə razılaşmışdır.[106] IGN əvvəlki rəyləri yamsılamış, dinamikliyi tərifləmiş və külli miqdarda olan lazımsız fanservislərin müzakirəsini aparmışdır.[107]
Qeydlər və istinadlar
redaktə- ↑ ranobe seriyasını X. Y formatında təqdim edir: X cildi, Y fəsli göstərir. A fəsli ranobenin son sözünü göstərir.
- Yaponca
- ↑ 天翼種 Furyūgeru
- ↑ 獣人種 Wābīsuto
- ↑ 東部連合 Tōbu Rengō
- ↑ エルヴン・ガルド Eruvun Garudo
- ↑ 吸血種 Danpīru
- ↑ 海棲種 Sērēn
- ↑ オーシェンド Ōshendo
- ↑ 神霊種 Ōrudo Deusu
- ↑ リク・ドーラ Riku Dōra
- ↑ 機凱種 Ekusumakina
- ↑ シュヴィ・ドーラ Shuvi Dōra
- ↑ アルトシュ Arutoshu
- ↑ アヴァント・ヘイム Avanto Heimu
- ↑ 幻想種 Fantazuma
- ↑ ゲーマー兄妹がファンタジー世界を征服するそうです Gēmā Kyōdai ga Fantajī Sekai o Seifuku Suru sō Desu
- ↑ ゲーマー兄妹が獣耳っ子の国に目をつけたようです Gēmā Kyōdai ga Kemomimikko no Kuni ni Me o Tsuketa yō desu
- ↑ ゲーマー兄妹の片割れが消えたようですが...? Gēmā Kyōdai no Kataware ga Kieta yō desuga...?
- ↑ ゲーマー兄妹はリアル恋愛ゲームから逃げ出しました Gēmā Kyōdai wa Riaru Ren'ai Gēmu Kara Nigedashi Mashita
- ↑ ゲーマー兄妹は強くてニューゲームがお嫌いなようです Gēmā Kyōdai wa Tsuyoku te Nyū Gēmu ga Okirai na yō Desu
- ↑ ゲーマー夫嫁は世界に挑んだそうです Gēmā Fusai wa Sekai ni Idonda sō Desu
- ↑ ゲーマー兄妹たちは定石を覆すそうです Gēmā Kyōdai-tachi wa Jōseki o Kutsugaesu sō Desu
- ↑ ゲーマーたちは布石を継いでいくそうです Gēmā-tachi wa Fuseki o Tsuide Iku sō Desu
- ↑ ゲーマー兄妹は一ターン休むそうです Gēmā Kyōdai wa Ichi Tān Yasumu sō Desu
- ↑ ゲーマー兄妹は過去(ツケ)を払わされるようです Gēmā Kyōdai wa Kako (Tsuke) o Harawasareru Yōdesu
- ↑ ゲーマー兄妹たちはカップルにならなきゃ出られないそうです Gēmā Kyōdai-tachi wa Kappuru ni Naranakya de Rarenai Sōdesu
- ↑ ゲーマー兄妹たちは『魔王』に挑むようです Gēmā Kyōdai-tachi wa "Maō" ni Idomu Yōdesu
- ↑ ノーゲーム・ノーライフ・です! Nō Gēmu Nō Raifu Desu!
- İstinadlar
- ↑ "No Game, No Life". Seven Seas Entertainment. 2020-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2018.
- ↑ 1 2 3 4 5 6 7 "No Game No Life anime staff" (Japanese). NGNL.jp. October 18, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016. (#invalid_param_val)
- ↑ 1 2 3 4 5 6 7 "Official No Game No Life cast list". Sentai Filmworks. July 10, 2015. July 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.
- ↑ "Men & Women Vote on the Brainiest Anime Characters". Anime News Network. June 29, 2014. 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2016.
- ↑ 1 2 Credits from ルール ナンバー 10 // No Game No Life. 12 epizod. June 25, 2014.
- ↑ 1 2 "ノーゲーム・ノーライフ1" (Japanese). Media Factory. 2013-10-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ 1 2 "ノーゲーム・ノーライフ12" (Japanese). MF Bunko J. 2023-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2023.
- ↑ Aoki, Deb. "Light Novels Arrive in the U.S.—Again". Publishers Weekly. August 29, 2014. September 6, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 3, 2015.
- ↑ "No Game No Life Novel 1" (Portuguese). Newpop Editora. July 8, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 6, 2015.
- ↑ "遊戲人生" (Chinese). Tong Li Publishing. December 30, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 4, 2015.
- ↑ "China ceases publication of No Game No Life" (Japanese). Niconico. August 16, 2013. July 6, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2015. (#invalid_param_val)
- ↑ "No Game No Life Vol. 1". Hachette Book Group USA. 2016-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "ノーゲーム・ノーライフ2" (Japanese). Media Factory. 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life Vol. 2". Hachette Book Group USA. 2016-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "ノーゲーム・ノーライフ3" (Japanese). Media Factory. 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life Vol. 3". Hachette Book Group USA. 2016-04-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "ノーゲーム・ノーライフ4" (Japanese). Media Factory. 2018-02-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life Vol. 4". Hachette Book Group USA. 2016-04-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "ノーゲーム・ノーライフ5" (Japanese). Media Factory. 2018-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life Vol. 5". Hachette Book Group USA. 2016-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "ノーゲーム・ノーライフ6" (Japanese). Media Factory. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life, Vol. 6 - Hachette Book Group". www.hachettebookgroup.com. 27 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
- ↑ "ノーゲーム・ノーライフ7" (Japanese). Media Factory. 2018-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life, Vol. 7 - Hachette Book Group". www.hachettebookgroup.com. 2017-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ "ノーゲーム・ノーライフ8" (Japanese). Media Factory. 2018-03-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2016.
- ↑ "No Game No Life, Vol. 8 (light novel)". Hachette Book Group. 2019-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2018.
- ↑ "jノーゲーム・ノーライフ9" (Japanese). Media Factory. 2018-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 avqust 2016.
- ↑ "No Game No Life, Vol. 9 (light novel)". Yen Press. 2022-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2023.
- ↑ "ノーゲーム・ノーライフ10" (Japanese). Media Factory. 2018-03-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 yanvar 2018.
- ↑ "No Game No Life, Vol. 10 (light novel)". Yen Press. 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2023.
- ↑ "ノーゲーム・ノーライフ11" (Japanese). MF Bunko J. 2022-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2023.
- ↑ "No Game No Life, Vol. 11 (light novel)". Yen Press. 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 mart 2023.
- ↑ "Monthly Comic Alive March 2013 issue" (Japanese). Media Factory. October 12, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016. (#invalid_param_val)
- ↑ "Seven Seas Licenses No Game, No Life manga". Anime News Network. 2014-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016.
- ↑ "No Game, No Life". Seven Seas Entertainment. 2017-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016.
- ↑ "No Game No Life 01" (Portuguese). Newpop Editora. 2015-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016.
- ↑ "遊戲人生 1" (Chinese). Sharp Point Press. April 19, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016. (#invalid_param_val)
- ↑ 1 2 "Monthly Comic Alive issue July 2015". Media Factory. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2016.
- ↑ "「ノーゲーム・ノーライフ・です!」アライブで獣人種いづな描いたスピンオフ". Natalie (Japanese). 2018-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.
- ↑ "No Game No Life, Desu! Spinoff Manga Ends". Anime News Network. November 27, 2017. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2017.
- ↑ "Yen Press Adds Delicious in Dungeon & No Game No Life, Desu! Manga, your name. Manga & Novels". Anime News Network. 29 oktyabr 2016. 2016-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.
- ↑ "No Game No Life 1 (MF Comics)". CD Japan (Japanese). 2017-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ "No Game, No Life, Vol. 1". Seven Seas Entertainment. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ "No Game No Life 2". Media Factory (Japanese). August 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 2, 2018.
- ↑ "ノーゲーム・ノーライフ、です! 1". Media Factory (Japanese). 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.
- ↑ "No Game No Life, Desu!, Vol. 1". Hachette Book Group. 2016-11-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ "ノーゲーム・ノーライフ、です! 2". Media Factory (Japanese). 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2016.
- ↑ "No Game No Life, Please!, Vol. 2". Amazon.com. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ ノーゲーム・ノーライフ、です! 3. Media Factory (Japanese). 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2018.
- ↑ "No Game No Life, Please!, Vol. 3". Amazon.com. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ ノーゲーム・ノーライフ、です! 4. Media Factory (Japanese). 2018-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2018.
- ↑ "No Game No Life, Please!, Vol. 4". Hachette Book Group. İstifadə tarixi: 1 iyul 2018.[ölü keçid]
- ↑ "No Game No Life Light Novels by Itsuten Kamiya Gets Anime". Anime News Network. July 28, 2013. 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "No Game No Life anime broadcasts" (Japanese). NGNL.jp. November 23, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016. (#invalid_param_val)
- ↑ 1 2 "No Game No Life episode 12" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life anime goods" (Japanese). NGNL.jp. October 18, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016. (#invalid_param_val)
- ↑ "No Game No Life music" (Japanese). NGNL.jp. 2016-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016. (#invalid_param_val)
- ↑ Luster, Joseph. "Crunchyroll to Stream No Game No Life anime". Crunchyroll. April 8, 2014. February 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "Fall into New Anime This October!". Anime Network. 2015-01-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016. (#invalid_param_val)
- ↑ "Sentai Filmworks Adds No Game No Life". Anime News Network. April 23, 2014. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "No Game No Life Anime Gets English Dub". Anime News Network. March 24, 2015. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "New anime licenses for Q1 2015". MVM Entertainment. 2015-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "Hanabee Launches VOD Site with Five New Acquisitions". Anime News Network. June 13, 2014. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "No Game No Life sur ADN" (French). Manga-News.com. June 10, 2014. September 5, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "JOne No Game No Life" (French). J-One.com. 2015-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016. (#invalid_param_val)
- ↑ "动漫:游戏人生" (Chinese). PPTV. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ 1 2 "No Radio No Life" (Japanese). Hibiki Radio. 2014-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "MF Bunko J and Hibiki Radio Station" (Japanese). Hibiki Inc. 2015-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2016.
- ↑ "No Game, No Life Fantasy Light Novels Gets Anime Film". Anime News Network. July 17, 2016. 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "No Game, No Life Zero Anime Film Reveals Teaser Video, Key Visual, 2017 Debut". Anime News Network. March 3, 2017. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ Green, Scott. "July Date Spotted For "No Game No Life" Anime Movie". Crunchyroll. March 22, 2017. September 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ "No Game, No Life Film's Visual Shows Returning Characters". Anime News Network. May 27, 2017. 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2017.
- ↑ "No Game, No Life Zero Film's U.S. Theatrical Release Scheduled for October". Anime News Network. August 19, 2017. 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2017.
- ↑ "Sentai Filmworks Licenses No Game, No Life Film". Anime News Network. June 13, 2017. 2017-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2017.
- ↑ "No Game No Life: Zero - MadFest Premiere". Facebook. Madman Entertainment. October 11, 2017. August 5, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2017.
- ↑ "No Game No Life" series information" (Japanese). Agency for Cultural Affairs. 2018-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 1" (Japanese). NGNL.jp. 2021-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 2" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 3" (Japanese). NGNL.jp. 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 4" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 5" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 6" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 7" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 8" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 9" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 10" (Japanese). NGNL.jp. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ "No Game No Life episode 11" (Japanese). NGNL.jp. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2016.
- ↑ Komatsu, Mikikazu. "No Game No Life Light Novel Series Gets 3 Million Copies in Print". Crunchyroll. May 4, 2017. May 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2018.
- ↑ "Top-Selling Light Novels in Japan by Series: 2014 (First Half)". Anime News Network. June 3, 2014. 2020-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "Top-Selling Light Novels in Japan by Volume: 2014 (First Half)". Anime News Network. June 3, 2014. 2020-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ Kono Light Novel ga Sugoi! 2014 (Japanese). Takarajimasha. November 20, 2013. ISBN 978-4-8002-1954-1.
- ↑ Kono Light Novel ga Sugoi! 2015 (Japanese). Takarajimasha. November 21, 2014. ISBN 978-4-8002-3373-8.
- ↑ "Sugoi Japan 2015 award". Sugoi-Japan.jp. 6 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "New York Times Manga Best Seller List, December 7–13". Anime News Network. December 19, 2014. 2020-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "November Bookscans Top 20 Graphic Novels". ICv2.com. December 4, 2014. 21 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "Japan's Animation DVD Ranking, September 22–28". Anime News Network. September 30, 2014. 2020-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "Japan's Animation Blu-ray Disc Ranking, September 22–28". Anime News Network. September 30, 2014. 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "Jojo breaks torne record" (Japanese). Mantan-Web.jp. April 19, 2014. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ Lamb, Lynzee. "AT-X Viewers Rate Monthly Girls' Nozaki-kun As The Top Anime of 2014". Anime News Network. January 1, 2015. 2020-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ "Japanese Fans Pick The Great Anime Songs By Female And Male Vocalists". Crunchyroll (ingilis). 1 avqust 2016. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 avqust 2016.
- ↑ 1 2 "The Spring 2014 Anime Preview Guide: No Game No Life". Anime News Network. April 9, 2014. 22 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ 1 2 Kimlinger, Carl. "No Game No Life Episodes 1-12 Streaming review". Anime News Network. July 30, 2014. 3 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ Eisenbeis, Richard. "No Game No Life is a Must Watch for Any Gamer". Kotaku. June 27, 2014. 20 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ Eisenbeis, Richard. "The Five Anime of Spring 2014 You Should Be Watching". Kotaku. May 13, 2014. 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ Eisenbeis, Richard. "The Five Best Anime of 2014". Kotaku. December 30, 2014. İstifadə tarixi: 11 may 2016.
- ↑ "No Game No Life: The Ani-TAY Review". Kotaku. June 26, 2014. 26 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
- ↑ Robertson, John. "IGN's August 2014 anime suggestions". IGN. August 21, 2014. 5 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
Xarici keçidlər
redaktə- ngnl.jp — Rəsmi saytı (yap.)
- No Game No Life (light novel) Anime News Network Ensiklopediyasında