Nobel Mukafati Muzeyi - Wikipedia
Nobel Mükafatı Muzeyi — (əvvəlki adı Nobel Muzeyi [isv. Nobelmuseet]), İsveçin mərkəzi Stokholmdakı köhnə şəhər olan Qamla Standakı (Köhnə şəhər) Sturtoret meydanının şimal tərəfindəki keçmiş Birja Binasında (Börshuset) yerləşən muzey (İsveç Akademiyası və Nobel Kitabxanası da eyni binadadır.) Nobel Mükafatı Muzeyində Nobel mükafatı və Nobel mükafatçıları haqqında məlumatlarla yanaşı, mükafatın qurucusu Alfred Nobel (1833–1896) haqqında məlumatları da özündə əks etdirən eksponatlar nümayiş etdirilir. Muzeydə daima nümayiş olunan şəxsi həyat hekayələri ilə yanaşı, Nobel mükafatı laureatlarının muzeyə bağışladıqları bir çox eksponatlarda yer alır.
Nobel Mükafatı Muzeyi | |
---|---|
Nobel Muzeyi | |
| |
Əsası qoyulub | 2001 |
Açılış tarixi | 2001-ci ilin yazı |
Mövzu | Təbii elmlər və mədəniyyət |
Ölkə | İsveç |
Yerləşir | Stokholm bələdiyyəsi[d] |
Direktor | Erika Lanner |
59°19′30″ şm. e. 18°04′14″ ş. u.HGYO | |
Nobel Prize Museum | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNobel Muzeyi 2001-ci ilin yazında Nobel mükafatının verilməsinin 100 illiyi şərəfinə açıldı. Erika Lanner muzeyin yeni direktoru olması ilə yanaşı muzeyin adı 2019-cu ildə Nobel Mükafatı Muzeyi olaraq dəyişdirildi.[1]
Muzeyin manifestinə görə buradakı mahiyyət "Nobel mükafatçıları və onların qazandıqları uğurların, habelə Nobel mükafatı və Alfred Nobelin xatirəsini canlandıran" eksponatların olmasıdır. Bu məqsədlərə çatmaq üçün muzey bistro və dükanına əlavə olaraq; elmlə əlaqəli sərgilər, filmlər, teatr tamaşaları və müzakirələri təqdim edir. Muzey sərgilərində Mariya Küri, Nelson Mandela və Vinston Çörçill kimi görkəmli Nobel mükafatçılarıda var.[2][3]
Muzey tez-tez “Elm eskizləri”, Nobel kəşflərinin öz eskizləri ilə çəkilən 42 Nobel mükafatçısı ilə bir foto sərgi təqdim olunur. Bu sərgi Dubay və Sinqapur da daxil olmaqla dünyanın digər yerlərində də nümayiş etdirilib.[4][5]
Muzeydəki parçaların hər hansının maketini evinə aparmaq istəyən qonaqlar üçün Alfred Nobel və muzeylə əlaqəli əşyaların olduğu xatirə mağazası mövcuddur. Ən populyar əşyalardan biri Alfred Nobelin tünd şokaladdan hazırlanan qızıl medaldır. Başqa birisi isə jalapeño bibəri ilə ətirli İsveç "dinamit" konfetidir. 2011-ci ildə suvenir mağazası Nobelin həyatını simvolizə edən rəsmlər çəkən rəssam Artan Mansuri ilə əməkdaşlıq etdi. Bundan əlavə, dükanda uşaqlar üçün bir çox öyrədici oyuncaqlar, Nobel mükafatı laureatları haqqında kitablar və yalnız Nobel Muzeyi mağazasında olan unikal əşyalar təqdim olunur.[6][7]
Burada Nobel şokaladının, İsveç tortları, həmçinin nahar və şam yeməyinin təqdim olunduğu Bistro Nobeldə var. Bistroda Nobel dondurması da verilir; bu dondurmaya yalnız Nobel Bistroda rast gəlmək olar. Nobel çayı ümumiyyətlə hər il Nobel ziyafətində verilir.[8] [9]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Erika Lanner appointed Director of Nobel Prize Museum". Nobel Prize Museum. 29 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 August 2019.
- ↑ "Nobelmuseet". routesnorth.com. 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2017.
- ↑ "The Nobel Museum". stockholm.com. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2017.
- ↑ ""Sketches of science"". 2017-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "About the Nobel Museum". Nobel Museum. 2011-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2007-03-18.
- ↑ "Nobel Creations". 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "Nobel Museum Gift Shop". 2017-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "Bistro Nobel". 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-09.
- ↑ "The Nobel Museum". vikingline.com. 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2017.