Nobelium - Wikipedia
| ||||||
Ümumi | ||||||
---|---|---|---|---|---|---|
Ad, İşarə, Nömrə | nobelium, No, 102 | |||||
Qrup, Dövr, Blok | , 7, f | |||||
Xarici görünüşü | ||||||
Atom kütləsi | [259] q/mol | |||||
Elektron formulu | [Rn] 5f14 7s2 | |||||
Fiziki xassələr | ||||||
Halı | ||||||
Sıxlığı | (0 °C, 101.325 kPa) q/L | |||||
Ərimə temperaturu | °C ( K, °F) | |||||
Qaynama temperaturu | °C ( K, °F) | |||||
Elektromənfiliyi | ||||||
Oksidləşmə dərəcəsi | ||||||
Spektr = | ||||||
İonlaşma enerjisi | kCmol-1 |
Nobelium (No, lat. Nobelium) – aktinoid qrupundan süni yolla alınmış 102 atom nömrəli kimyəvi element.
İlk dəfə olaraq elementin sintezi haqqında 1957-ci ildə Stokholmda işləyən beynəlxalq alimlər qrupu məlumat vermişdir və təklif etmişdirlər ki, yeni element isveç mühəndis kimyaçısı, ixtiraçı və sənayeçi Alfred Bernxard Nobelin (1833-1896) şərəfinə adlandırılsın. Sonradan alınan nəticələrin yanlış olduğu aydınlaşdı. İlk etibarlı məlumatlar bu element üçün SSRİ-də Q.N. Flerovun qrupu tərəfindən 1966-cı ildə alındı. Alimlər təklif etdilər ki, elementin adını dəyişsinlər və fransız fiziki Frederik Jolio-Kürinin şərəfinə joliotium (Jl) adlandırsınlar. Kompromis kimi həmçinin təklif olundu ki, elemet Georgi Nikolayeviç Flerovun (1913-1990) şərəfinə flerovium adlandırılsın. Məsələ bir neçə on il açıq qaldı, nobeliumun işarəsi mötərizədə göstərildi. Məsələn, Kimya ensiklopediyasının 1992-ci ildə çap olunmuş üçüncü tomunda nobelium haqqında məqalə var idi. Amma zaman keçdikcə məsələ “soruldu” və bu ensiklopediyanın 4-cü tomundan (0, 1995-ci ildə nəşr olunmuşdur) başlayaraq No simvolu mötərizədən azad oldu.
[1] Bir neçə qeyri – stabil izotopa malikdir, onlardan ən uzun ömürlüsü259. Yarım parçalanma müddəti 58 dəqiqədir.
No | 102 |
259,1009 | |
5f147s2 | |
Nobelium |
Xarici keçidlər
redaktə- WebElements.com – Nobelium (ingiliscə)
Kimya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- ↑ "Arxivlənmiş surət". 2021-03-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.