Nodar Dumbadze - Wikipedia
Nodar Dumbadze (gürc. ნოდარ დუმბაძე; 14 iyul 1928[1], Tiflis, Gürcüstan SSR, SSRİ[1] – 4 sentyabr 1984[2], Tbilisi) — gürcü yazıçı.
Nodar Dumbadze | |
---|---|
ნოდარ დუმბაძე | |
Doğum tarixi | 14 iyul 1928[1] |
Doğum yeri | |
Vəfat tarixi | 4 sentyabr 1984[2] (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Milliyyəti | Gürcü |
Həyat yoldaşı | Nanuli Ququnava |
Uşaqları | Manana, Zaza, Ketevan |
Atası | Vladimir Dumbadze |
Anası | Anna Baxtadze |
Təhsili |
|
İxtisası | İqtisadçı |
Fəaliyyəti | nasir, şair, ssenarist, publisist, siyasətçi, yazıçı, romançı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Gürcücə |
Janrlar | Hekayə, şeir, roman, ssenari |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNodar Dumbadze 1928-ci il 14 iyulda Tbilisidə doğuldu. Atası Vladimir Dumbadze Gürcüstan Kominist Partiyasının Maiakovski rayon komitəsinin birinci katibi, anası Anna Baxtadze isə evdar qadın idi. 1937-ci il Repressiyaları zamanı atasını güllələdilər, anası isə həbs olunub sürgün edilidi. Nodar 8 yaşında olanda xalaları onu Apxaziyaya apardı, bu zaman o, Tbilisi 15 saylı orta məktəbində oxuyurdu. Əmiləri həbs edilib güllələndikdən sonra onu nənəsi və babasının yanına, Çoxaturi rayonu Zenoba kəndinə göndərdilər.[3]
1945-ci il Nodar Çoxaturi rayonu Xidistavi kənd orta məktəbini bitirdi və təhsilini dəvam elətdirmək üçün Tbilisiyə qayıtdı. 1950-ci ildə Tbilisi Dövlət Üniversitetinin ekonomika fakültetini bitirdikdən sonra Üniversitetin labaratoriyasında assestant olaraq işləyirdi bununla birlikdə də yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. 1956–1957 illərdə onun yumoristik heykayələrinin üç kolleksiyası yayınlandı. 1957-ci ildə yaradıcılıq fəaliyyəti ilə çox məşğul olduğundan işi buraxdı. O Fərqli-fərqli jurnallarla əməkdaşlıq edirdi, bununla paralel olaraq da film ssenariləri yazırdı. Eyni zamanda yumoristik heykayələri dərc olunurdu.
1951-ci ildə Nanuli Ququnava ilə ailə qurdu. Onların Manana, Zaza (5 yaşında vəfat etdi) və Ketevan adlı üç uşaqları dünyaya gəldi.
Nodar Dumbadze 1984-cü ildə Tbilisi şəhərində vəfat etdi. İlk öncə Tbilisidə Mziuri parkında dəfn edilmişdi hansı ki, parkın tikinti fikri özünə məxsus idi. 2009-cu il 14 sentyabr tarixində məzarı Mtatsminda Yazıçılar və İctimai Xadimlər Panteonuna köçürüldü.[4]
Yaradıcılığı
redaktəNodar Dumbadzenin şeirləri Tbilisi Dövlət Universitetinin tələbə almanaxında dərc olunurdu. 1950-ci ildən başlayaraq şeirləri və yumristik heykayələri mətbuatda müntəzəm olaraq dərc olunmağa başladı. 1975-ci ildə roman və heykayələrinə görə Rustaveli mükafatına, 1980-ci ildə isə Lelin mükafatına layiq görüldü. Əsərlərinin çoxu rus, ukrayn, moldav, erməni, azərbaycan, ingilis, alman, ispan, polyak, yapon , türk, ərəb və başqa dillərə tərcümə edilmişdir.
Romanları:
- Mən, nənəm, İliko və İlarioni (gürc. მე, ბებია, ილიკო და ილარიონი) — 1960-cı il.
- Günəşi görürəm (gürc. მე ვხედავ მზეს) — 1962-ci il.
- Günəşli gecə (gürc. მზიანი ღამე) — 1967-ci il.
- Qorxma, ana! (gürc. ნუ გეშინია, დედა!) — 1971-ci il.
- Ağ bayraqlar (gürc. თეთრი ბაირაღები) — 1973-cü il.
- Əbədiyyət qanunu (gürc. მარადისობის კანონი) — 1978-ci il.
Azərbaycanca çıxan kitabları:
- Kukaraça (Bakı: Gənclik, 1989)
- Mən, nənəm, İliko və İllarion (Bakı: Gənclik, 1975. Altun, 2012)
- Mən günəşi görürəm (Bakı: Gənclik, 1986)
- Ağ bayraqlar (Bakı: Yazıçı, 1979. Gənclik, 1997)
- Xatirələr işığında (Bakı: Yazıçı, 1989)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Думбадзе Нодар Владимирович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Find a Grave (ing.). 1996.
- ↑ ნოდარ დუმბაძის – მზით სავსე მწერლის ოჯახი | რეზო შატაკიშვილის ბლოგი [ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
Xarici keçidlər
redaktə- Nodar Dumbadze şeirləri (gürc.)