Nodari Citanava - Wikipedia
Nodari Amrosiyeviç Çitanava (gürc. ნოდარ ჭითანავა; 10 mart 1935, Zuqdidi) — sovet və gürcü dövlət və partiya xadimi. 1989 — 1990-cı illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədri olmuşdur.
Nodari Çitanava | |
---|---|
gürc. ნოდარ ჭითანავა | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 mart 1935 (89 yaş) |
Doğum yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi, iqtisadçı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
1958-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvü oldu. 1963-cü ildə Gürcüstan Politexnik İnstitutunu, 1968-cı ildə isə Sov. İkp MK yanında Ali partiya məktəbini bitirmişdi.
1974-1979-cu illərdə Gürcüstan SSR Kənd Təsərrüfatı Naziri idi. 1979-1985-ci illərdə Gürcüstan SSR Nazirlər Sovetinin sədrinin birinci müavini, 1985-1989-cu illərdə isə Gürcüstan Kommunist Partiyasının MK-nin katibi olmuşdur. 1989-cu il aprelin 14-dən 1990-cı il noyabrın 15-inə kimi Gürcüstan SSR Nazirlər Sovetinin sədri idi. 10 və 11-ci SSRİ Ali Sovetinin üzvü olmuşdur.
Onun iqtisad elmləri doktoru və professor dərəcələri var. Gürcüstanın İqtisadiyyat Nazirliyi yanında iqtisadi və sosial problemlərini araşdıran elmi tədqiqat institutunun direktoru olmuşdur.