Nonultimus Xulu - Wikipedia
Noniltimus xulu - (lat. Mesogobius nonultimus) — Qamçılı xullar cinsinin nümayəndəsidir.
Nonultimus xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nonultimus xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Morfoloji əlamətləri
redaktəBədəni qamətli və uzunsovdur. Başı pazşəkillidir. Qəlsəmə qapaqları, döş üzgəclərinin əsası, qarın əmziyinin önündə boğazı və qarnının ortası çılpaqdır. Belində və böyürlərində aydın olmayan tünd zolaqlar vardır. Bunların forması və rəngi fərdi, yaş və coğrafi dəyişikliyə məruz qalır.
Yayılması
redaktəXəzər dənizində, o sıradan Azərbaycan sahillərində yayılmışdır.
Yaşayış yeri və həyat tərzi
redaktəDuzlu su balığıdır. Heç vaxt şirin sulara keçmir. Əsasən suyun alt qatlarında yaşayır. 6-7 il yaşayır. Molyuskalarla, xərçənglərlə və xırda balıqlarla qidalanır.[2]
Çoxalması
redaktəCinsi yetginliyə 3 yaşında çatır.Çoxalması təxminən 6 ° C-də dayaz sahil sularında erkən yazda (fevral ayının sonundan başlayaraq) başlayır.O,digər xullardan fəqli olaraq daha aşağı temperaturda çoxalır.Kürüləmə zonası əsasən yaşayış sahəsinin şimal-qərb və cənub-qərb sahilindədir.10 mindən çox kürü tökür.Kürünün maksimum həcmi 5.2 mm, ən azı isə 2.6 mm-dir.16 gün davam edən inkişafdan sonra, böyüklər balıqlarının əlamətləri göstərməyə başlayır.[3]
Təsərrüfat əhəmiyyəti
redaktəÖlçüsü böyük olduğu üçün kommersiya dəyəri var. Həvəskar balıqçılar tərəfindən ovlanır.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 143.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.
- ↑ "Arxivlənmiş surət". 2017-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.