Nordman Xulu - Wikipedia
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir.
Nordman xulu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Nordman xulu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Yayılması
redaktəQara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır.
Morfoloji əlamətləri
redaktəBaşı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir. Gebel xulu o biri yarımnövlərdən alçaq və uzunsov quyruq gövdəsi, xeyli kiçik ölçüləri ilə fərqlənir (onun bədəninin uzunluğu, adətən, 10 sm-dən az olur).
Yaşayış yeri və həyat tərzi
redaktəBütün yarımnövlər nadir hesab olunur və su hövzəsinin müxtəlif regionlarında rast gəlinir. Boqdanov xulu yalnız Dağıstan sahilində, Türkmən xulu Türkmənistan sahilində, Gebel xulu isə Azərbaycan və İran sahillərində qeydə alınmışdır.
Çoxalması
redaktəKürüləmə yaz aylarında baş verir. Dişilər təxminən 2 mm ölçüdə kürülər qoyur. Nəsil qayğısına erkəklər qalır. Bu anda o çox aqressiv olur. Döş üzgəci vasitəsilə kürülərin üstün ütəmizləyir və suyu filtirləyir.[1]
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur.
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 141.