Normand Sulalesi - Wikipedia
Normand sülaləsi (ing. House of Normandy) — Normandiyada (911—1135) və İngiltərədə (1066—1135) hakimiyyətdə olmuş norman mənşəli zadəgan sülaləsi.
Normand sülaləsi | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəI Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir[1].
Beləliklə, I Vilhelm Normandlar sülasəsinin hakimiyyətinin əsasını qoymuşdur. Normandlar sülaləsinin hakimiyyəti 1066-cı ildən 1154-cü ilədək davam etdi. Bu müddət ərzində normand sülaləsinin 4 nümayəndəsi krallıq etmişdir. Bu sülalənin son nümayəndəsi kral Bluask Stefan olmuşdur[2].
Normand sülaləsindən olan İngiltərə monarxları
redaktəAdı | Portret | Orijinal adı | Hakimiyyət illəri |
---|---|---|---|
Normand sülaləsi | |||
I Vilhelm Fateh/Qeyri-qanuni evlilikdən doğulmuş | ing. William I the Conqueror/the Bastard | 1066—1087 | |
II Vilhelm Kürən | ing. William II Rufus | 1087—1100 | |
I Henrix Boklerk | ing. Henry I Beauclerc | 1100—1135 | |
Stefan | ing. Stephen of Blois | 1135—1154 | |
İmperatriça Matilda | ing. Empress Matilda | 1141 |
İstinadlar
redaktə- ↑ "Tarixin gedişatını dəyişən müharibələr". 2014-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-29.
- ↑ "İngiltərəni idarə edən kral sülalələri". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-29.