Nostratik Diller - Wikipedia
Nostratik dillər, bu termini ilk dəfə 1903-cü ildə yazdığı Türkische Lautgesetze adlı məqaləsində danimarkalı dilçi Holger Pedersen işlətmişdir. Hind-Avropa dilləri ilə əlaqəli dillərin mövzu edildiyi bu məqalədə istifadə edilən nostratik termini Latın dilindəki "nostrates" (bizim ölkənin insanları) sözündən gəlməkdədir. Pedersenin bu fərziyyəsi SSRİ sahəsində inkişaf sahəsi tapmışdır. 1960-cı illərin əvvəllərində Sovet dilçisi Vladislav İlliç-Svitıç tərəfindən fərziyyə inkişaf etdirilərək nəzəriyyəyə çevrilmişdir.[1] İlliç-Svitıç; Hind-Avropa, Ural, Altay, Kartvel, Hami-Sami və Dravid dilləri arasındakı oxşarlıqlar üzərində dayanmışdır. Nostratik dillərin ümumi lüğəti üçün işlərini davam etdirən İlliç-Svitıç proyektini bitirə bilmədən 1966-cı ilde vəfat etmişdir. İlliç-Svitıçın işləri daha sonra Vladimir Dıbo tərəfindən Opıt sravneniya nostratiçeskih yazıkov adı ilə 1971-ci, 1976-cı və 1984-cü illərdə üç cilddə çap olunmuşdur. Aron Dolqopolski, Sergey Starostin və Vladimir Dıbo kimi alimlər bu sahədəki işlərinə davam etmişlərdir.
Mənbələr
redaktə- ↑ Dolgopolski, Aron. Nostratic Dictionary (PDF). McDonald Institute for Archaeological Research. 7 may 2008. ISBN 9781902937441.[ölü keçid]
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |