Novruz Memmedov - Wikipedia
Novruz İsmayıl oğlu Məmmədov (15 mart 1947, Şıxmahmud, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının 9-cu baş naziri (2018–2019), ictimai-siyasi xadim, I dərəcəli dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi (2017–2018),[2] Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini (2012–2017), Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri (1997 – 1 iyun 2017) və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri (1 iyun 2017 – 21 aprel 2018).[2]
Novruz Məmmədov | |
---|---|
21 aprel 2018 [1] – 8 oktyabr 2019 | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Artur Rasizadə |
Sonrakı | Əli Əsədov |
1 iyun 2017 – 21 aprel 2018 | |
1 iyun 2017 – 21 aprel 2018 | |
29 noyabr 2012 – 1 iyun 2017 | |
12 aprel 1997 – 1 iyun 2017 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1947 (77 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | dilçi, siyasətçi, diplomat |
Dini | islam |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri | |
cabmin.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNovruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967–1968-ci illərdə Əlcəzairdə, 1971–1973-cü illərdə Qvineyada, 1978–1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı və nəvələri var.
Siyasi fəaliyyəti
redaktəNovruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
Novruz Məmmədov 1992–1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993–1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.
12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olmuşdur.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.
2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilmişdir.
Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur – "Fəxri Legion" ordeni ilə təltif edilmişdir.
2005–2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olmuşdur.
Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3].
2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.
13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib[4].
1 iyun 2017-ci il tarixindən 21 aprel 2018-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsində çalışıb.[5].
İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.
21 aprel 2018-ci il tarixindən Azərbaycan Respublikasının Baş Naziri təyin edilmiş, 8 oktyabr 2019-cu ildə bu vəzifədən istefa vermişdir.
Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə, Novruz Məmmədov bir müddət Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.[6]
Mükafatları
redaktə2018-ci ildə Fransa Respublikası Prezidentinin Fərmanı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib.
Elmi fəaliyyəti
redaktəKitabları
redaktə- IX sinif üçün fransız dili dərsliyi ("Le Français", 1994)
- "Fransız dilinin praktik fonetikası" (1997)
- "Geosiyasətə giriş" (1-ci cild, Bakı, "Azərbaycan nəşriyyatı", 2011.- 576 səh.)
- "Geosiyasətə giriş" (2-ci cild, Bakı, "Azərbaycan nəşriyyatı", 2011.- 416 səh.)
- "Xarici Siyasətin Azərbaycan Modeli" (Bakı, Çaşıoğlu, 2012.-464 səh.)
- "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (Bakı, Qanun nəşriyyatı, 2013.-264 səh.)
- "Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış" (Ankara, Berikan yayınevi, 2015.-308 səh.)
Rəhbərlik etdiyi və baş redaktoru olduğu nəşrlər
redaktə- "Diplomatiya: ensiklopedik lüğət" (Bakı, "Diplomat" nəşriyyatı, 2005.-578 səh.)
- "Qlobal Siyasət: Təhdidlər, çağırışlar, ümidlər" (Bakı, Qanun nəşriyyatı, 2013.-320 səh.)
- "Кто прав, тот и сильнее?" (Bakı, "Zərdabi LTD", 2013.-344 səh.)
- "Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı" (Bakı, 2014.-232 səh.)
- "Современная Система Международных Отношений: Сквозь Призму Newtimes.az" "(Bakı, "Elm və Təhsil", nəşriyyatı 2015.-319 səh.)
- "Günümüz Jeosiyasi Süreçlerinin Perde Arkası"(Bakı, "Elm və Təhsil", nəşriyyatı 2015.-366 səh.)
- "Müstəqil Azərbaycanın 25 ili Səfirlərin gözü ilə"(Bakı, "BEST-TMS" MMC, 2016, — 645 səh.)
Tərcümələri
redaktə- Erix Fayql — "Правда о терроре: армянский терроризм — истоки и причины" (rus dilinə, Bakı, Azərnəşr, 2000.-176 səh.)
- Pyer Qamarra — "L'Assassin a le prix Goncourt"1963 (azərbaycan dilinə, Bakı, "Azərbaycan nəşriyyatı 2010.-216 səh.)
- Philippe Braillard, Mohammad Reza Djalili "Les relations internationales". 1997. (azərbaycan dilinə, Bakı, "Azərbaycan nəşriyyatı", 2010.-128 səh.). Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti (1991–2011). (azərbaycan dilində, Bakı, "Elm və təhsil" nəşriyyatı, 2016. −328 s., −16 s. illüstr).
İstinadlar
redaktə- ↑ https://www.bizimyolinfo.com/news-post/55332.html[ölü keçid]
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "Arxivlənmiş surət". 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "Arxivlənmiş surət". 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- ↑ "Arxivlənmiş surət". 2018-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-11.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
Xarici keçidlər
redaktə- "BAAU-nun fəxri doktorları - Bakı Avrasiya Universiteti" (az.). http://baau.edu.az. 2019-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.
- "Azərbaycan Dillər Universiteti" (az.). http://adu.edu.az. 10.01.2016. 2017-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-18.