Nquyen Khan - Wikipedia
Nquyen Khan (vyet. Nguyễn Khánh; 8 noyabr 1927[1] – 11 yanvar 2013[1], San-Xose, Kaliforniya) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) hərbi və dövlət xadimi, Cənubi Vyetnamın prezidenti və baş naziri (1964).
Nquyen Khan | |
---|---|
vyet. Nguyễn Khánh | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 noyabr 1927[1] |
Vəfat tarixi | 11 yanvar 2013[1] (85 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəkərli diabet |
Partiya | |
Fəaliyyəti | diplomat, siyasətçi, hərbi qulluqçu |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNquyen Khan 8 noyabr 1927-ci ildə Fransa Hind-Çininin Çavin vilayətində varlı ailədə anadan olmuşdur. O, Sayqonda elit fransız məktəbində oxumuşdur. Nquyen Khan gəncliyində Fransa müstəmləkəçilərinə qarşı mübarizə aparan kommunist hərəkatına qoşulmuş, lakin 15 aydan sonra Ho Şi Minin tərəfdarları sıralarını tərk etmişdir. Buna müxtəlif səbəblər ortaya atılmışdır. İddialara görə, o, Fransanın təklif etdiyi məbləğə görə tərəf dəyişdirmişdi, lakin özü qeyd etmişdir ki, bunda səbəb özünün kommunist yox, milliyətçi olması idi.
1960-cı ildə dövlət çevrilişinə cəhddən sonra tutduğu mübahisəli vəzifəyə görə rütbəsi aşağı salınaraq korpus rəisi vəzifəsinə təyin edilmişdir. 1963-cü ildə general Zıonq Van Minin başçılıq etdiyi hərbi çevrilişdə iştirak etdi. O, buna baxmayaraq, bundan siyasi divident götürməmişdir. Bu arada ölkədə hərbi siyasi rəhbərliklə mülki hökumət arasında ziddiyyətlər getdikcə artırdı. 1964-cü ildə qansız çevriliş etmiş və dövlətin başında dayanmışdır. Kütləvi etiraz ictimai hərəkatının təsiri altında o, hakimiyyəti mülki şəxslərə ötürmək məcburiyyətində qalmışdır.
1965-ci ilin fevralında Nquyen Van Thiyeu və Nquyen Kao Ki-nin başçılıq etdiyi hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılm;.d;r. O, xüsusi tapşırıqlar üzrə səfir təyin edilmi.dir, 1977-ci ildən Cənubi Vyetnamın süqutundan sonra ABŞ-də yaşamışdır. 2005-ci ilin yanvarında ABŞ-də antikommunist təşkilat olan Azad Vyetnam Hökumətinin dövlət başçısı təyin edilmişdir. O, 2013-cü ildə Kaliforniyanın San-Xose şəhərində 85 yaşında vəfat etmişdir.[2][3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Nguyen Khanh // Encyclopædia Britannica (ing.).
- ↑ "Đại tướng VNCH Nguyễn Khánh qua đời" [General Nguyen Khanh passed away] (vyetnam). British Broadcasting Corporation. 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
- ↑ "Former General Nguyen Khanh died in San Jose, at the age of 86". VietVungVinh. 12 April 2013 tarixində orijinalından arxivləşdirilib.
Əlavə ədəbiyyat
redaktə- Halberstam, David; Singal, Daniel J. The Making of a Quagmire: America and Vietnam during the Kennedy Era. Lanham, Maryland: Rowman & Littlefield. 2008. ISBN 978-0-7425-6007-9.
- Hammer, Ellen J. A Death in November: America in Vietnam, 1963. New York: E. P. Dutton. 1987. ISBN 0-525-24210-4.
- Jacobs, Seth. Cold War Mandarin: Ngo Dinh Diem and the Origins of America's War in Vietnam, 1950–1963. Lanham, Maryland: Rowman & Littlefield. 2006. ISBN 0-7425-4447-8.
- Jones, Howard. Death of a Generation: how the assassinations of Diem and JFK prolonged the Vietnam War. New York: Oxford University Press. 2003. ISBN 0-19-505286-2.
- Kahin, George McT. "Political Polarization in South Vietnam: U.S. Policy in the Post-Diem Period". Pacific Affairs. Vancouver, British Columbia. 52 (4). 1979: 647–673. doi:10.2307/2757066. JSTOR 2757066.
- Kahin, George McT. Intervention : how America became involved in Vietnam. New York: Knopf. 1986. ISBN 0-394-54367-X.
- Karnow, Stanley. Vietnam: A history. New York: Penguin Books. 1997. ISBN 0-670-84218-4.
- Langguth, A. J. Our Vietnam: the war, 1954–1975. New York: Simon & Schuster. 2000. ISBN 0-684-81202-9.
- Logevall, Fredrik. The French recognition of China and its implications for the Vietnam War // Roberts, Priscilla (redaktor). Behind the bamboo curtain : China, Vietnam, and the world beyond Asia. Stanford, California: Stanford University Press. 2006. ISBN 0-8047-5502-7.
- McAllister, James. "'Only Religions Count in Vietnam': Thich Tri Quang and the Vietnam War". Modern Asian Studies. New York: Cambridge University Press. 42 (4). 2008: 751–782. doi:10.1017/s0026749x07002855.
- Moyar, Mark. "Political Monks: The Militant Buddhist Movement during the Vietnam War". Modern Asian Studies. New York: Cambridge University Press. 38 (4). 2004: 749–784. doi:10.1017/S0026749X04001295.
- Moyar, Mark. Triumph Forsaken: The Vietnam War, 1954–1965. New York: Cambridge University Press. 2006. ISBN 0-521-86911-0.
- Shaplen, Robert. The Lost Revolution: Vietnam 1945–1965. London: André Deutsch. 1966.
- Trương Như Tảng. Journal of a Vietcong. London: Cape. 1986. ISBN 0-224-02819-7.
- VanDeMark, Brian. Into the Quagmire: Lyndon Johnson and the Escalation of the Vietnam War. New York: Oxford University Press. 1995. ISBN 0-19-509650-9.