Nubar Terziyan - Wikipedia
Nubar Terziyan (16 mart 1909, İstanbul – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi.
Nubar Terziyan | |
---|---|
türk. Nubar Terziyan | |
Doğum adı | Nubar Alyanakziya[1] |
Digər adı | Nubar Alyanak |
Doğum tarixi | |
Doğum yeri | İstanbul |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | İstanbul |
Fəaliyyəti | aktyor, televiziya aktyoru |
IMDb | ID0856194 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur[2].
1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub[2].
Fəaliyyəti
redaktəNubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub[2].
Mükafatları
redaktəTürkiyə kinosundakı xidmətlərinə görə aktyor Ankara Beynəlxalq kino festivalında "Əmək Ödülü" mükafatına layiq görülüb[2].
İstinadlar
redaktə- ↑ http://www.agos.com.tr/tr/yazi/10884/iyi-ki-dogdun-nubar-terziyan.
- ↑ 1 2 3 4 Vüqar İsmayılov. "Türk kinosunun məşhur erməni aktyorları". Modern.az (az.). modern.az. 18.10.2013, 16:56. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.