Nuh Turbesi - Wikipedia
Nuh Peyğəmbər türbəsi — Qədim Naxçıvan şəhəri ərazisində yerləşən türbə. Türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib.
Nuh Peyğəmbər türbəsi | |
---|---|
39°11′42″ şm. e. 45°24′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Naxçıvan Muxtar Respublikası |
Tikilmə tarixi | XVII əsr |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | 2006-cı ildə restavrasiya edilib |
İstinad nöm. | 5299 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Nuh tufanı
redaktəNaxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış "Nuh tufanı" əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), Ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunub keçmiş, Gəmiqayada quruya oturmuşdur. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad vermişdir. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Rəvayətə görə, gəminin qalıqları indi də buradakı "Ayı çuxuru" adlı yerdə qalmaqdadır. Digər bir rəvayətə görə isə Nuhun və qarısının qəbirləri də Naxçıvandadır.
Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R. Sultanovun fikrincə, tufan Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində baş vermişdir. Deməli Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu Naxçıvanın özündə də güclü daşqın olmuşdur. Ə. Hüseyni isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd etmişdir. Ümumilikdə Nuf əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlilər tərəfindən ilk dəfə yazıya alınmışdır. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə bu, Naxçıvan şəhərinin salındığı tarixlə (e.ə. 1539[1][2]) eyni dövrə təsadüf edir.[3]
Naxçıvanda Nuhdaban adlı qədim kəndin xarabalıqları, Nəhəcir (güman ki, Nuhəcir) dağı və kəndi indi də qalmaqdadır. Erməni tarixçisi M. Çamçıyan[4], XVI əsr ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin və qəbrinin Naxçıvanda olduğunu qeyd edirlər. Tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərli yağlı boya ilə "Nuhun qəbri" rəsmini çəkmişdir. Əsər hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılmaqdadır. Orta əsrlərdə xalq arasında Nuh peyğəmbərin məzarı kimi ziyarət edilən yerdə türbə inşa edilmişdir.
Tədqiqi
redaktəElmi araşdırmalar nəticəsində Nuh peyğəmbərin məzarüstü türbəsinin yeri təyin olunub, aparılan arxeoloji qazıntı zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanılıb. Türbə 3 hissədən — sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib.
Türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi 8 guşəlidir. Türbənin özülü tapılarkən 8 guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib. Ona görə də bərpa zamanı türbənin əvvəlki görkəminin yaradılmasına ciddi diqqət yetirilib.
Bərpası
redaktə"Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2006-cı il 28 iyun tarixli sərəncamından sonra Naxçıvan şəhərində türbənin yeri dəqiqləşdirilib. Türbə muxtar respublikanın Nazirlər Kabineti yanında Elmi-Bərpa İstehsalat İdarəsi tərəfindən bərpa edilib.
Elmi araşdırmalar nəticəsində Nuh peyğəmbərin məzarüstü türbəsinin yeri təyin olunub, aparılan arxeoloji qazıntı zamanı türbənin özülü, naxış elementləri tapılaraq bərpa işlərinə başlanılıb. Türbə 3 hissədən — sərdabədən, yerüstü məqbərədən və konusvari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə edilib.
Türbənin hündürlüyü 15 metr 50 santimetr, eni isə 7 metr 50 santimetrdir. Nuh peyğəmbərin məzarüstü türbəsi 8 guşəlidir. Türbənin özülü tapılarkən 8 guşəli və girişinin qərb istiqamətdən olduğu müəyyənləşdirilib. Ona görə də bərpa zamanı türbənin əvvəlki görkəminin yaradılmasına ciddi diqqət yetirilib.
Qalereya
redaktə-
Bəhruz Kəngərli - Nuhun türbəsi, 1920, "Naxçıvan yadigarı" albomundan
-
Bəhruz Kəngərli - Nuhun türbəsi, 1920
-
Bəhruz Kəngərli - Naxçıvanda Nuhun türbəsi, 1919
-
"Nuhun qəbri", rəssam B. Kəngərli (Azərbaycan Dövlət İncəsənət Muzeyi)
İstinadlar
redaktə- ↑ Brokhauz və Efronun ensiklopedik lüğəti
- ↑ Britannica. Nakhichevan. "The republic, especially the capital city of Nakhichevan, has a long history dating back to about 1500 bc."
- ↑ Y. Səfərov – Bir əfsanənin mənşəyi, "Azərbaycan" jurnalı, № 3, 1966
- ↑ Чамчян М. История Армении. Венеция, т. I, 1784, səh 356