Nuhbala Quliyev - Wikipedia
Nuhbala Quliyev - Wikipedia - Haqqında Məlumat
Nuhbala Nəcəfqulu oğlu Quliyev (23 oktyabr 1927, Bakı şəhəri, Zirə qəsəbəsi - 14 iyun 1998, Bakı şəhəri, Zirə qəsəbəsi) — yazıçı-jurnalist, SSRİ jurnalistlər ittifaqının üzvü, "Qızıl qələm" mükafatı laureatı, bir sıra filmlərin ssenari müəllifi, baş redaktor, Azərbaycan Teleradio Verilişləri QSC-nin Gənclər redaksiyasında raqdiojurnalist[1]. "Ağ çiçəklər diyarında" , "Xəzəri fəth edənlər" oçerklərinin müəllifidir.[2]
NUHBALA QULİYEV | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Zirə qəsəbəsi |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı şəhəri, Zirə qəsəbəsi |
Fəaliyyəti | ssenarist |
1967-ci ildə Azərbaycan Televiziyasında efirə çıxan "Günün ekranı" xəbərlər proqramının ideya müəllifi və baş redaktoru olub.
Ssenari müəllifi olduğu filmlər
redaktə- Ən dərin (film, 1965)
- Veteran neftçi (film, 1971)
- Mənim həyatım (film, 1971)
- Şəki heyvandarlıq kompleksi (film, 1975)
- Vahid bayraq altında (film, 1978)
- Zirvəyə yol (film, 1980)
- Abşeron rəngləri (film, 1983)
İstinadlar
redaktə- ↑ "Qəzet bolluğu heç kimə jurnalistikanı gözdən salmaq haqqı vermir" Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine — 525-ci qəzet
- ↑ Мир белых цветов : Очерки о передовиках Азербайджана - Кулиев Нухбала Наджафкулу оглы (rus). 1983. 2024-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-19.