Nureddin Humbetov - Wikipedia
Nurəddin Bahadır oğlu Hümbətov (2 fevral 1933, Gəncə – 24 aprel 2020, Bakı) — tibb elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, şair.[1]
Nurəddin Hümbətov | |
---|---|
Nurəddin Bahadur oğlu Hümbətov | |
Doğum tarixi | 2 fevral 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 2020 (87 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Zemfira Hümbətova Bala qızı |
Uşaqları | Aynişan Hümbətova, Fəxri Hümbətov |
Atası | Bahadur Hümbətov |
Anası | Dilbər Hümbətova |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Respublika Terapevtlər Kardioloqlar Cəmiyyəti Rəyasət heyətində |
Təhsili | Azərbaycan Dövlət Tibb Universiteti |
Elmi rəhbəri | akademik Mirməmməd Cavadzadə |
Tanınmış yetirmələri | Mustafayev İsaq professor, Mehdiyev Samir,Məmmədova Rəna-dosent |
Tanınır | həkim-kardioloq |
Mükafatları |
Həyatı
redaktəNurəddin Hümbətov 2 fevral 1933-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra 1957–1960-cı illərdə sahə həkimi, əvvəlcə Ucarda, sonra isə Gəncə şəhərinin poliklinikasında işləyib. 200-dən çox elmi əsərin, 3 monoqrafiya, 27 metodik tövsiyələrin və 24 səmərələşdirici təkliflərin müəllifidir. Əsərləri bir sıra xarici ölkələrin ən nüfuzlu təbabət jurnallarında dərc edilmişdir. 27 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 doktorluq dissertasiyasının elmi məsləhətçisi olmuşdur.
Ailəsi
redaktəÖvladları: Aynişan Nurəddin qızı Hümbətova Azərbaycan Dövlət Tibb Universitetinin II müalicə-profilaktika faküttəsini bitirmiş və tibb elmləri üzrə fəlsəfə doktorudur (həkim-kordioloq). Fəxri Nurəddin oğlu Hümbətov Azərbaycan Dövlət Tibb Universitetinin farmasevt fakültəsini bitirmişdir.
Elmi fəaliyyəti
redaktə- 1960-cı ildə Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına daxil olub.
- 1963-cü ildə terapiya kafedrasında assistenti
- 1964-cü ildə dossenti
- 1977-ci ildə professoru
- 1979-cu ildən isə II terapiya kafedrasının müdiri
- 1964-cü ildə namizədlik
- 1975-ci ildə isə Saratovda doktorluq dissertasiyasını müdafiə etmişdir.
- Ürəyin dostları bütün dünyada Beynəlxalq Kardioloqlar Cəmiyyətinin üzvü
- Respublika Terapevtlər Kardioloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü
Elmi yaradıcılığı
redaktəProfessor Nurəddin Hümbətov Azərbaycanda Kardiologiya İnstitutunun ilk direktoru və əsasını qoyanlardan biri olmuşdur. Onun rəhbərliyi altında əsasən xroniki, qeyri-infeksion xəstəliklərin (işemik-miokard infarktu, stenokardiya, artirial hipertoniya, şəkərli diabet, tənəffüs sistemi və həzm orqanları xəstəlikləri) yayılması, profilaktikası və müalicəsi üzrə geniş tədqiqat işləri aparmışdır. Bunlar Beynəlxalq əməkdaşlıq proqramı üzrə (Almaniy), Yuqoslaviya, Kanada, Yaponiya, İtaliya, MDB ölkələri) aparılan tədqiqatların bir hissəsini təşkil etmişdir. Nurəddin Hümbətovun təşəbbüsü ilə Respublikada 3 Beynəlxalq Simpozium keçirilmişdir. (1991, 1997, 1998).
Elmi əsərləri
redaktə- 1. Hipertoniya xəstəliyində metabolik proseslərin təsiri.
- 2. Значение Витамина В 12 во время осложнений при сахарном диабете
- 3. Гипертонические кризы. və s.
Beynəlxalq fəaliyyət
redaktəNurəddin Hümbətov dəfələrlə Almaniya, Yuqoslaviya, Kanada, Yaponiya, İtaliya, MDB ölkələri və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış etmiş, əldə etdiyi elmi yenilikləri müvəffəqiyyətlə nümayiş etdirərək səhiyyə praktikasına tətbiq etmişdir.
Mükafatları
redaktə- 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi
Haqqında
redaktəSən həmişə mənimləsən (Bakı, Azərbaycan nəşriyyatı, 2000.144 s.)
İstinadlar
redaktə- ↑ Eco-civilization. Eko-sivilizasiya "Ömrünü tibb elminin nailiyyətlərinə və tərəqqisinə həsr etmiş elm xadimi" 2015. səh. 38